Rektor: Müasir Azərbaycan ailəsi ənənəvi köklərinə sadiq olmalıdır
Bakı, 14 may, AZƏRTAC
Müasir dünyada ailə dəyərlərinə qarşı bir çox təhdidlər mövcuddur. Ənənəvi ailə dəyərləri artıq get-gedə funksionallığını itirir və bunun yerinə müasir ailə dəyərləri önə çıxır. Amma müasir Azərbaycan ailəsi, eyni zamanda, ənənəvi köklərinə sadiq olmalıdır.
AZƏRTAC xəbər verir ki, bunu Azərbaycan İlahiyyat İnstitutunun rektoru Aqil Şirinov jurnalistlərə açıqlamasında bildirib.
Onun sözlərinə görə, artıq iki ildir ki, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin dəstəyi ilə Azərbaycan İlahiyyat İnstitutunda Beynəlxalq Ailə Günü münasibətilə layihə həyata keçirilir. Layihənin əsas məqsədi köklərinə sadiq qalan, eyni zamanda, müasir dövrün çağırışlarını da nəzərə alan ailə modelini cəmiyyətə tətbiq etmək, cəmiyyətə daha doğrusunu təlqin etməkdir:"Tələbələrimiz auditoriyada müəllim kimi dərs keçirlər və Azərbaycanın milli düşüncəsində və kimliyində ailə dəyərlərinin rolundan bəhs edirlər. Həmçinin ailə dəyərlərini psixoloji, sosioloji və teoloji aspektdən çatdıran mühazirələrlə müəllimlərin, həmçinin Azərbaycanda fəaliyyət göstərən bir çox ziyalıların qarşısında çıxış edirlər. Ümid edirəm ki, tələbələrimizin bu mühazirələri gələcəkdə digər layihələrə də öncüllük edəcək”.
Aqil Şirinov qeyd edib ki, Azərbaycan İlahiyyat İnstitutunda ailə dəyərləri, qadınlar və erkən nikahlarla əlaqəli bir çox layihələr mövcuddur. Bu layihələri Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi dəstəkləyir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 14.05.2026 [12:26]
AKTA-nın kiber klub komandaları beynəlxalq hakatonda uğurla iştirak edib
- 14.05.2026 [12:00]
Bu saata olan əsas xəbərlər
- 14.05.2026 [11:53]
Uşaq evinin sakinləri üçün Peşə Təhsil Mərkəzinə ekskursiya təşkil edilib
- 14.05.2026 [11:46]
Bakı, Sumqayıt, Abşeron və Naxçıvan üzrə bu ayın pensiyaları ödənilib
- 14.05.2026 [11:05]
Alimentin tutulması nə vaxtdan hesablanır? – Hakimdən açıqlama
- 14.05.2026 [10:54]
“Bilim Quba” mərkəzi - 1 il
Bu saata olan əsas xəbərlər
- [12:00]
ABŞ-nin neft ehtiyatları azalıb
- [11:13]
“Bilim Quba” mərkəzi - 1 il
- [10:54]