İQTİSADİYYAT
Repo predmetinin müəyyən olunması, təminat əmsalının hesablanması və açıqlanması Qaydaları qəbul olunub
Bakı, 19 oktyabr, AZƏRTAC
Bakı Fond Birjası (BFB) tərəfindən “Repo predmetinin müəyyən olunması və repo əməliyyatları üzrə təminat əmsalının hesablanması və açıqlanması Qaydaları” qəbul olunub.
BFB-dən AZƏRTAC-a bildirilib ki, Bakı Fond Birjası tərəfindən repo predmeti hesab edilən korporativ qiymətli kağızlar üçün repo əməliyyatları üzrə likvidliyin və risk idarəetmə mexanizmlərinin optimallaşdırılması məqsədilə təminat əmsalının hesablanması, müəyyən olunması və açıqlanmasını tənzimləyən “Repo predmetinin müəyyən olunması və repo əməliyyatları üzrə təminat əmsalının hesablanması və açıqlanması Qaydaları” hazırlanıb və oktyabrın 18-dən qüvvəyə minib.