Azərbaycan Dövlət İnformasiya Agentliyi

RESPUBLİKA BAŞ PROKURORLUĞU VƏ DAXİLİ İŞLƏR NAZİRLİYİ MƏTBUAT XİDMƏTLƏRİNİN MƏLUMATI

Respublikanın Baş Prokurorluğu və Daxili işlər nazirliyi cinayətkarlığa, onun təhlükəli növlərinə qarşı mübarizə, o cümlədən geniş ictimai əks-səda doğuran adam oğurluğu cinayətləri törətmiş şəxslərin ifşa edilərək məsuliyyətə cəlb olunması istiqamətində istintaq-əməliyyat tədbirlərini davam etdirirlər.

İnsan hüquq və azadlıqlarına qəsd kimi ən ağır cinayətlərdən sayılan, cəmiyyətdə və hüquq-mühafizə orqanlarında ciddi narahatlıq doğuran adam oğurluğu hallarına qarşı mübarizənin daha qətiyyətli və məqsədyönlü aparılması üçün belə faktlar üzrə cinayət işləri birləşdirilmiş, Baş Prokurorluğun və Daxili İşlər Nazirliyinin peşəkar əməkdaşlarından ibarət istintaq-əməliyyat qrupu yaradılmışdır. Həmin qrupun keçirdiyi mükəmməl istintaq hərəkətləri və əməliyyat-axtarış tədbirləri nəticəsində 2002-ci ildə əvvəllər törədilmiş və bağlı qalmış bir çox adam oğurluğu cinayətlərinin üstü açılmış, bu cinayətlərin törədilməsində iştirak edən 25 nəfər həbs olunmuş, şəxsiyyətləri müəyyənləşdirilmiş 23 nəfər barəsində isə axtarış elan edilmişdir.

Belə ki, 1994-cü il avqustun 28-də cinayətkar aləmdə “Bülbülə Tahir” ləqəbi ilə tanınan Tahir İbrahimovun qardaşı Hidayət İbrahimov, Akif Rüstəmov, “Roşka” ləqəbli Rövşən Paşayev və qeyrilərindən ibarət banda iş adamı Faiq Ələkbərovu Bakı şəhərindəki ofisində silahlı basqın etməklə oğurlamış, onu 3 gün saxlayaraq hədə-qorxu ilə 182 min ABŞ dolları pulunu almışdır. Keçirilmiş uğurlu əməliyyat-axtarış tədbirləri nəticəsində Rövşən Paşayev tutulmuşdur, digərlərinin isə axtarışı davam etdirilir.

Həmin ilin oktyabrında Hacıqabul şəhər sakinləri “Kokan” ləqəbli Qalib Abbasov, Sədyar Zeynalov və qeyrilərindən ibarət bandanın üzvləri Nəvahi ət kombinatının keçmiş direktoru, Milli Məclisin sabiq deputatı Əli Qurbanovun evinə silahlı basqın etmiş, onun xidməti tapançasını və əmlakını ələ keçirmiş, özünü və oğlu Fikrəti külli miqdarda pul almaq məqsədi ilə oğurlamışlar. İstintaqla müəyyən edilmişdir ki, Qalib Abbasov, həmçinin, 1995-ci ilin noyabrında odlu silah işlətməklə Hacıqabul şəhərində qərəzli xuliqanlıq əməli də törətmişdir. Keçirilmiş əməliyyat-axtarış tədbirləri ilə bu il o, Moskva şəhərində, Sədyar Zeynalov isə Hacıqabul rayonunda tutulmuşlar. Bandanın barələrində həbs-qətimkan tədbiri seçilmiş digər üzvlərinin axtarışı üzrə tədbirlər həyata keçirilir.

Adı yuxarıda çəkilən “Bülbülə Tahir”in yaratdığı cinayətkar dəstə 1995-ci ilin may ayında Bakı çay fabrikinin direktor müavini Rafiq Rəsulovu, oktyabr ayında isə Bakı Yanacaqdoldurma Məntəqələri İdarəsinin müdiri, Bülbülə qəsəbəsinin sakini Mürvət Bayramovu silahlı basqın yolu ilə oğurlayaraq hədə-qorxu gəlməklə külli miqdarda pul tələb etmişdir. Aparılmış istintaq və əməliyyat-axtarış tədbirləri nəticəsində Tahir İbrahimov hələ 2000-ci ilin fevralında, cinayətkar dəstənin digər üzvləri İlqar Bədəlov, Nəsrəddin Məmmədyar oğlu, Rizvan Abdullayev və Firuz Qurbanov isə bu ilin iyul və noyabr aylarında Bakı və Moskva şəhərlərində həbs olunmuşlar.

1996-cı ilin avqustunda Rusiya Federasiyası Dağıstan Respublikasının Dərbənd şəhər sakini Hətəm Hətəmovun sifarişi ilə, 50 min ABŞ dolları müqabilində, dağıstanlılar Abuzər Abuzərov və Allahverdi Babayev Azərbaycan Respublikasının vətəndaşları Qabil Ağayev, Hüseynağa Zərbəliyev, Afər Kərimov, Səyyad Allahverdiyev, “Hökməli Rasim” ləqəbli Rasim Cəbrayılov və qeyrilərindən ibarət silahlı banda təşkil edərək, Bakı şəhərinin sakini Tofiq Bayramovu oğurlamış, əlləri və gözləri bağlı vəziyyətdə Novxanı bağlarında 13 gün saxlayaraq, zərərçəkənin Rusiya Federasiyasında kommersiya fəaliyyəti ilə məşğul olan qardaşından hədə-qorxu ilə 300 min ABŞ dolları tələb etmişlər.

Sonrakı istintaq-əməliyyat tədbirləri nəticəsində həmin bandanın hələ 1995-ci ildə Bakı şəhər sakini Tahir Cəfərovu və İran İslam Respublikasının vətəndaşı Məmmədhüseyn Qaraxanlını da oğurlayaraq külli miqdarda pul tələb etdiyi müəyyən olunmuşdur.

Yüksək peşəkarlıqla həyata keçirilmiş istintaq hərəkətləri və əməliyat-axtarış tədbirləri ilə bandanın yuxarıda adları qeyd edilən üzvləri də həbs olunmuşlar.

1999-cu ilin dekabrında cinayətkar aləmdə “Nardaranlı Bala” ləqəbi ilə tanınan Balaqardaş Dadaşovun və cəzaçəkmə müəssisələrinin birində azadlıqdan məhrumetmə cəzası çəkən Ülfət Xudiyevin təşkil etdikləri silahlı banda tərəfindən “Binə” yarmarkasının sahiblərindən biri, əslən nardaranlı Məmmədmirzə Hüseynovun qardaşı Tofiq oğurlanaraq 14 gün azadlıqdan qanunsuz məhrum edilməklə qohumlarından hədə-qorxu ilə 1,5 milyon ABŞ dolları tələb olunmuşdur.

Həmin bandanın digər üzvləri İlham Həmidov, Rüstəm Qasımov və qeyriləri tərəfindən hələ 1996-cı ilin mayında Moskva şəhərində kommersiya fəaliyyəti ilə məşğul olan Surətdin Talıbovun Bakıda silahlı basqın edilməklə oğurlanması və 40 min ABŞ dolları alındıqdan sonra buraxılması da istintaqa məlum olmuşdur. Bandanın əksər üzvləri ölkəmizin və MDB dövlətlərinin ərazilərində tutularaq həbs olunmuş, Balaqardaş Dadaşov və qeyriləri barəsində isə həbsli axtarış elan edilmişdir.

2000-ci il yanvarın 10-da Keçmiş Aviasiya Nəqliyyatı Prokurorluğunda prokuror köməkçisi işləmiş Ceyhun Kərimovun yaşadığı binanın həyətində odlu silahla hədələnməklə və havaya atəş açılmaqla, başına rezin dəyənək zərbələri endirməklə bir qrup maskalı şəxs tərəfindən oğurlanmasına cəhd göstərilmişdi. Lakin cinayətkarlar iradələrindən asılı olmayan səbəbdən məqsədlərinə çata bilməmişdilər.

Bu cinayəti törətmiş bandanın üzvləri - İlham Kərimov, Tofiq Məmmədhüseynov, Oleq Panteleyev, Pərviz Axundov, Oleq Kaporeyka, Fikrət Əmirov, İlqar Əliyev, Zaur Babayev, Nail və Natiq Bənipaşa qardaşları respublikamızın və Rusiya Federasiyasının ərazilərində aparılmış istintaq-əməliyyat tədbirləri ilə müəyyən edilərək tutulmuş, banda başçısı Laçın Aydınovun və üzvləri - Ramal Mustafayevlə Əli Kərimovun barələrində isə həbsli axtarış elan olunmuşdur.

İstintaq zamanı bu cinayətkar dəstə tərəfindən 2001-ci ilin fevralında Bakı Şəhər Texniki İnventarlaşdırma və Mülkiyyət Hüquqlarının qeydiyyatı İdarəsində özəlləşdirmə şöbəsinin rəisi işləyən Ramil Bayramova da basqın edilməsi, habelə digər vətəndaşların da əmlakının quldurluq yolu ilə talanması faktları aşkar edilmişdir. O da müəyyən olunmuşdur ki, banda üzvləri arasında konkret vəzifə bölgüsü aparılmış, onlar odlu silahlar, qandal, elektroşok qurğusu, maska, rezin dəyənək və sair vasitələr əldə etmiş, həmçinin cinayətkar niyyətlərini həyata keçirmək üçün sahibkarlıqla məşğul olan bir sıra şəxslərin, o cümlədən ayrı-ayrı əcnəbi iş adamlarının siyahısını hazırlamışlar.

Beləliklə, Azərbaycan Respublikasının Prezidenti cənab Heydər Əliyevin dövlətin ali məqsədi olan insan və vətəndaş hüquqlarının etibarlı təmini, hər bir fərdin, o cümlədən sahibkarlıq fəaliyyəti ilə məşğul olan iş adamlarının qanuni mənafelərinin qorunması istiqamətində apardığı fəal hüquq-mühafizə kursunun həyata keçirilməsi 2002-ci ildə də uğurla davam etdirilmiş, cinayətkarlıqla mübarizədə əldə olunmuş müsbət təmayül qorunub saxlanılmışdır.

Respublikanın Baş Prokurorluğu və Daxili İşlər Nazirliyi ölkə ictimaiyyətini əmin edir ki, cinayətkarlığa qarşı bundan sonra da qətiyyətlə mübarizə aparılacaq, törədildiyi vaxtdan asılı olmayaraq hər bir cinayətin açılması və hüquqazidd əməllərə görə cəzanın labüdlüyü prinsipinin yerinə yetirilməsi, asayişin mühafizəsi və vətəndaşların əmin-amanlığı təmin olunacaqdır.

Bu məlumat AZƏRTAC-a respublika Baş Prokurorluğu və Daxili İşlər Nazirliyinin mətbuat xidmətlərindən 2002-ci il dekabrın 30-da daxil olmuşdur.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

BDU-da 2025/2026-cı tədris ilini ən yüksək ÜOMG ilə bitirən məzunların adları açıqlanıb

Tovuzda ağır yol qəzası olub, ölən var

Belfastda irqi ayrı-seçkiliyə qarşı aksiyaya minlərlə insan qatılıb

Naxçıvanda ildırım düşməsi nəticəsində yanğın baş verib

Marneulidə “Qurtuluşdan Zəfərə” adlı tədbir təşkil olunub

Azərbaycanda daha çox hansı qan qruplarına ehtiyac olur?

15 İyun xalqın strateji seçimi idi – ŞƏRH

Azərbaycan Avropa Olimpiya Komitələrinin Baş Assambleyasında təmsil olunub

Şahin İsmayılov: Milli Qurtuluş Günü müdrik xalqımızın Ümummilli Liderinə yüksək ehtiramının ifadəsidir

Bakı–Naxçıvan marşrutu üzrə bəzi reyslər hava şəraitinə görə təxirə salınıb

Milli Qurtuluş Günü - Azərbaycan dövlətçiliyinin xilası və inkişaf yolunun başlanğıcı

ABŞ Prezidenti: İranla müqavilənin sabah imzalanması planlaşdırılır

Azərbaycan avarçəkənləri Dünya Kubokunda medal qazanıblar

Zaqatalada 2 nəfəri ilan sancıb, onlardan 1-i ölüb

On il sonra Almaniyada 4,3 milyon işçiyə ehtiyac yarana bilər

Heydər Əliyev adına Hərbi Liseyin 26-cı buraxılış mərasimi olub

Şamaxıda II Beynəlxalq Barbekü Festivalı başlayıb

Bu saata olan əsas xəbərlər

Rəsmi Kiyev: Ukrayna heç vaxt bioloji silah hazırlamayıb

Yeni Azərbaycan Partiyası ilə “Belaya Rus” Partiyası arasında Qarşılıqlı Anlaşma və Əməkdaşlıq Memorandumu imzalanıb

15 İyun siyasi iradənin bərpası, planlı inkişafın və uzunmüddətli strategiyanın başlanğıcıdır – ŞƏRH

Atletika üzrə Azərbaycan çempionatına yekun vurulub

Azərbaycan atleti Nazim Babayev karyerasını bitirib

Dünya çempionu olan çövkən üzrə Azərbaycan millisi mükafatlandırılıb

Sabah bəzi magistral avtomobil yollarında görünüş məsafəsi məhdudlaşacaq

Elm və təhsil naziri azad Kəlbəcərin ilk məzununun "Son zəng" tədbirində iştirak edib

TADDEF sədrinin müavini: Türkiyədə Heydər Əliyevin xatirəsini sevgi və ehtiramla anırlar

Çövkən üzrə Azərbaycan millisi dünya çempionu olub VİDEO

Çövkən üzrə Azərbaycan millisi dünya çempionu olub VİDEO

İstedadlı şagirdlərimiz riyaziyyat və məntiq üzrə ASPIRE olimpiadasının qalibi olublar

“Köklərdən inkişafa doğru”: Bakıda “Nine Senses Fest – 2026” festivalı davam edir

Milli Qurtuluş Günü Azərbaycan dövlətçiliyinin xilas edildiyi tarix kimi xalqımızın yaddaşında əbədi yaşayacaq – ŞƏRH

Otuz üç ildən sonra Horovluda “Son zəng” çalınıb

Qazax-Tovuz regionunda 6678 şagird məzun olub

YAP Sədrinin müavini ilə Ulusal Birlik Partiyasının Sədri arasında görüş olub

Paytaxt məktəblərində “Son zəng” tədbirləri təşkil olunub

“Milli Qurtuluş Günü: Zəfər yolunun başlanğıcı”

Külli miqdarda narkotik vasitənin ölkə ərazisinə keçirilməsinin qarşısı alınıb

Naxçıvanda 3698 şagird məzun olub VİDEO

Naxçıvanda 3698 şagird məzun olub VİDEO

Şəkidə Milli Qurtuluş Günü ilə əlaqədar tədbir təşkil olunub

BŞTİ-nin rəhbərliyi məzunları təbrik edib

Ukrayna Müdafiə Qüvvələri Rusiyanın bir sıra obyektlərinə zərbələr endirib

“Türkiyənin Süni İntellekt üzrə 2026-2030-cu illər üçün Fəaliyyət Planı” açıqlanıb

Mil-Muğan regionu üzrə 4841 şagird məzun olub

Kipr Türk Tarix Cəmiyyəti 63 ildən sonra yenidən qurulub

Oman sahilləri yaxınlığında tanker gəmisinə mərmi dəyib

Qaxda sərbəst güləş üzrə turnirdə 40 yeniyetmə idmançı mübarizə aparıb

Laçın şəhər məktəbində “Son zəng” sevinci: 11 şagird məzun oldu

Türk ölkələrinin gəncləri Almatıda ekoloji aksiya keçiriblər

Media: İlon Maskın pullarını saymaq üçün 31 min 700 il lazımdır

Bakıda Şimali Kipr Türk Cümhuriyyətinin Mədəniyyət Günlərinin açılışı olub

Qələbənin yetişdirdiyi ilk məzunlar: Xıdırlıda unudulmaz gün - FOTOLAR VİDEO

Qələbənin yetişdirdiyi ilk məzunlar: Xıdırlıda unudulmaz gün - FOTOLAR VİDEO

Şuşada TDT ölkələrinin rəqabət siyasəti üzrə əməkdaşlığı müzakirə olunub, Birgə Kommünike imzalanıb VİDEO

Şuşada TDT ölkələrinin rəqabət siyasəti üzrə əməkdaşlığı müzakirə olunub, Birgə Kommünike imzalanıb VİDEO

Lənkəran və Astara məktəblərində “Son zəng” çalınıb

Bu il 193 nömrəli tam orta məktəbdən 120 şagird məzun olub

Şuşada çalınan “Son zəng” 16 məzunu müstəqil həyata səsləyib VİDEO

Şuşada çalınan “Son zəng” 16 məzunu müstəqil həyata səsləyib VİDEO

Şəki şəhər Kimya-biologiya təmayüllü liseyin məzunları “Son zəng”in sevincini yaşayıblar

İsrail Livanın cənubundakı hədəflərə yenidən zərbə endirib

Britaniyada Kral III Çarlzın rəsmi ad günü qeyd olunur - FOTOLAR

TDT Ölkələrinin Rəqabət Qurumları Rəhbərlərinin 3-cü İclasında birgə kommünike qəbul olunub VİDEO

TDT Ölkələrinin Rəqabət Qurumları Rəhbərlərinin 3-cü İclasında birgə kommünike qəbul olunub VİDEO

Bakıda Şimali Kipr Türk Cümhuriyyətinin Baş naziri Ünal Üstelin iştirakı ilə mətbuat konfransı təşkil olunub

Vüqar Rəhimzadə: Qurtuluşdan başlanan yol Azərbaycanı yeni zirvələrə və qələbələrə aparacaq

Startaplar üçün müsabiqənin növbəti mərhələsinə start verilib

Sahibə Qafarova Kamboca Krallığı Senatının sədr müavini ilə görüşüb

Azərbaycan Universitetində Milli Qurtuluş Günü qeyd olunub

Ünal Üstel: Azərbaycanda ortaq mədəniyyətimiz və gələcəyimiz naminə çalışırıq

Xankəndi, Xocalı və Ağdərə məktəblərində 60 məzun üçün “Son zəng” çalınıb VİDEO

Xankəndi, Xocalı və Ağdərə məktəblərində 60 məzun üçün “Son zəng” çalınıb VİDEO

Bakıda “RobotChallenge 2026” texnologiya yarışı start götürüb

Ağdam məktəbinin builki tək məzunu: Öz ata-baba yurdumda məzun olmaq böyük qürurdur VİDEO

Ağdam məktəbinin builki tək məzunu: Öz ata-baba yurdumda məzun olmaq böyük qürurdur VİDEO

Türkiyəyə 16 ölkədə axtarışda olan 90 nəfər ekstradisiya olunub

Ağcabədidə tam orta təhsil səviyyəsini bitirən 1466 məzun üçün “Son zəng” çalınıb

Avropa İttifaqı Ukrayna və Moldova ilə üzvlük danışıqlarına başlayır

Baş nazir Əli Əsədov Şimali Kipr Türk Cümhuriyyətinin Baş naziri ilə görüşüb

Son illərdə ölkədə qan donorlarının sayı davamlı şəkildə artır VİDEO

Son illərdə ölkədə qan donorlarının sayı davamlı şəkildə artır VİDEO

Sabah Bakıda və Abşeron yarımadasında qısamüddətli yağış yağacaq

Ağdam şəhərində 33 il sonra “Son zəng” çalınıb

Milli Qurtuluş Günü müasir Azərbaycanın siyasi, iqtisadi və ideoloji dayağıdır - ŞƏRH

Bu il 102 nömrəli tam orta ümumtəhsil məktəbindən 150 şagird məzun olub VİDEO

Bu il 102 nömrəli tam orta ümumtəhsil məktəbindən 150 şagird məzun olub VİDEO

Birol Küle: Türk dövlətləri son illərdə iqtisadi inkişaf nümayiş etdirirlər VİDEO

Birol Küle: Türk dövlətləri son illərdə iqtisadi inkişaf nümayiş etdirirlər VİDEO

Nazir müavini: Gənclərin texnologiyaların yalnız istifadəçisi deyil, həm də yaradıcısı olmağını istəyirik

Türkiyə millisi dünya çempionatında mübarizəyə başlayır

Bu saata olan əsas xəbərlər

Ankarada “Səda” musiqi kurslarının hesabat konserti təşkil edilib

Böyük Britaniya və Şimali İrlandiyanın Kralı Əlahəzrət III Çarlza

Füzuli şəhər məktəbində “Son zəng” sevinci VİDEO

Füzuli şəhər məktəbində “Son zəng” sevinci VİDEO

Muxtar respublikanın təhsil naziri: Naxçıvan məktəblərində təmayül tədris modeli tətbiq olunacaq VİDEO

Muxtar respublikanın təhsil naziri: Naxçıvan məktəblərində təmayül tədris modeli tətbiq olunacaq VİDEO

Paytaxtın 53 nömrəli məktəbində 187 nəfər məzun olub VİDEO

Paytaxtın 53 nömrəli məktəbində 187 nəfər məzun olub VİDEO

ÜST Ümumdünya Qan Donoru Günü ilə bağlı hesabat hazırlayıb

Şimal bölgəsində 6 minə yaxın şagird məzun olub - FOTOLAR

Azad edilmiş ərazilərdə 47 müəssisədə əməyin mühafizəsi ilə bağlı maarifləndirmə tədbirləri aparılıb

Azərbaycan və Bolqarıstan enerji sahəsində əməkdaşlığı genişləndirir

Qarabağ və Şərqi Zəngəzurda iki yeni qan bankı fəaliyyət göstərəcək

Ölkə ərazisinin əksər yerlərində yağıntılı hava şəraiti davam edir – FAKTİKİ HAVA

Şuşada Türk Dövlətləri Rəqabət Forumu: Regional inteqrasiyada yeni mərhələ - YENİLƏNİB VİDEO

Şuşada Türk Dövlətləri Rəqabət Forumu: Regional inteqrasiyada yeni mərhələ - YENİLƏNİB VİDEO

TDT-yə üzv və müşahidəçi ölkələrin ümumi ÜDM-i 2,4 trilyon ABŞ dollarını ötüb

TDT-yə üzv dövlətlərlə qarşılıqlı investisiyaların həcmi 40 milyard dollara yaxındır

Paytaxtdakı 6 nömrəli məktəb-liseydən 144 nəfər məzun olur VİDEO

Paytaxtdakı 6 nömrəli məktəb-liseydən 144 nəfər məzun olur VİDEO

Azərbaycan qəhrəman ukraynalı uşaqlara yardım edib VİDEO

Azərbaycan qəhrəman ukraynalı uşaqlara yardım edib VİDEO

TDT-yə üzv ölkələrin rəqabət orqanları arasında qarşılıqlı fəaliyyətin möhkəmləndirilməsi strateji əhəmiyyət kəsb edir

2025-ci ildə Azərbaycanın TDT dövlətləri ilə ticarət dövriyyəsinin həcmi 7,3 milyard ABŞ dolları olub

Elnur Bağırov: TDT-yə üzv ölkələrin əməkdaşlıq təşəbbüsləri Qarabağın və Şərqi Zəngəzurun dirçəlişinə töhfə verir