Azərbaycan Dövlət İnformasiya Agentliyi

RESPUBLİKA DAXİLİ İŞLƏR NAZİRLİYİ VƏ BAŞ PROKURORLUĞU MƏTBUAT XİDMƏTLƏRİNİN MƏLUMATI

Azərbaycanda hüquqi, demokratik dövlət quruculuğu istiqamətində ölkəmizin Prezidenti cənab Heydər Əliyevin rəhbərliyi ilə aparılan hərtərəfli islahatlar və fəal hüquq-mühafizə siyasəti öz səmərəsini vermiş, son illər respublikada etibarlı ictimai-siyasi sabitlik yaradılmış, əməliyyat şəraitinə tam nəzarət olunur. Hüquq-mühafizə orqanlarının cəmiyyətin əksər hissəsi tərəfindən təqdir olunan və dəstəklənən işgüzar, əlaqəli və səmərəli fəaliyyəti sayəsində Azərbaycanda qanunçuluğun və hüquq qaydalarının möhkəmləndirilməsi, dövlətin siyasi-iqtisadi əsaslarının hər cür qəsdlərdən qorunması, insan hüquq və azadlıqlarının təmin olunması, ümumən cinayətkarlıqa mübarizə sayəsində ardıcıl surətdə yüksək göstəricilər əldə edilmişdir.

Bu baxımdan, respublikanın daxili işlər, prokurorluq və digər hüquq- mühafizə orqanları tərəfindən ölkədə asayişin mühafizəsi, baş vermiş ağır və xüsusilə ağır, ictimai əks-səda doğurmuş cinayətlərin açılması, cinayət törədərək istintaqdan yayınanların tapılıb tutulması, silah-sursatın və narkotiklərin qanunsuz dövriyyəsinin qarşısının alınması məqsədi ilə həyata keçirilən əməliyyat-axtarış və istintaq tədbirləri uğurla davam etdirilir.

Əvvəlki illərdə olduğu kimi, 2003-cü ilin ötən dövründə də cinayətlərin açılma göstəriciləri yüksək olmuş, ümumi cinayətlərin sayı azalmış, axtarışda olan 3 minə yaxın cinayətkar müəyyən edilərək tutulmuşdur.

Cari ildə respublikada, xüsusən də Bakıda bir sıra təhlükəli cinayətkar qrup və dəstələr, o cümlədən adam oğurluqları törətmiş Fuad və Miryusif Əliyevlərin; Türkiyə vətəndaşı Bülənd Niyazini qətlə yetirmiş Habil Seyidovun; Bakı şəhər sakini Nina Qeyankinanı və Sumqayıt şəhər sakini Telman Qafarovu qətlə yetirmiş İlham Məmmədov və Azər Quliyevin; Bakı şəhər sakini Kərim Ələkbərovu odlu silahla qətlə yetirmiş Rusiya Federasiyasının vətəndaşı Murad İbrahimovun; Bakının Nizami, Xətai, Sabunçu, Nərimanov, Binəqədi və Nəsimi rayonlarının ərazisində qəsdən adamöldürmə, quldurluq, oğurluq və s. cinayətlər törətmiş Namiq Bünyadovun başçılıq etdikləri cinayətkar dəstələr, ümumiyyətlə isə respublika üzrə qrup halında 600-ə yaxın cinayət törətmiş 1569 cinayətkar zərərsizləşdirilmişdir.

Tamamlanmış cinayət işləri üzrə fiziki və hüquqi şəxslərə vurulmuş 5 milyard manatdan çox maddi ziyanın ödənilməsi təmin olunmuşdur.

Baş vermiş bir sıra ağır və xüsusilə ağır cinayət hadisələri respublika Daxili İşlər Nazirliyinin və Baş Prokurorluğunun birgə həyata keçirdikləri təşkilati-praktik tədbirlər nəticəsində açılmışdır.

Belə ki, yüksək peşəkarlıqla aparılmış əməliyyat-axtarış tədbirləri və istintaq hərəkətləri nəticəsində Abşeron rayonunun Saray qəsəbə sakini Salman Abdullayevi qətlə yetirmiş Namiq Əliyev və Rusiya Federasiyası hüquq-mühafizə orqanları tərəfindən axtarılan Həbib Baxşəliyev tutulmuşlar. Bu cinayətkar qrup tərəfindən Abşeron rayonu və Sumqayıt şəhəri ərazisində 2000-2003-cü illər ərzində daha 2 ölüm, 11 quldurluq, 37 mal-qara və mənzil oğurluğu törədilməsi də müəyyən edilmişdir. Həmin şəxslərdən qanunsuz saxladıqları 1 ədəd “Naqan” tipli tapança, 1 ədəd yivli silah və 2 ov tüfəngi götürülmüşdür.

Bununla yanaşı, xüsusi hazırlanmış birgə tədbirlər nəticəsində Nadir Şıxzadayevin, Gülnaz Babayevanın, Vüqar Dünyamalıyevin, Bəxtiyar Ağayevin və qeyrilərinin daxil olduqları 30 nəfərdən ibarət cinayətkar dəstə ifşa olunmuş, onlardan 18-i tutularaq istintaqa təhvil verilmiş, digərlərinin axtarışı üzrə intensiv iş aparılır. İstintaq və əməliyyat-axtarış tədbirləri zamanı bu təhlükəli cinayətkar dəstə tərəfindən son 2 il ərzində respublikanın Bərdə və Bakı şəhərinin Nəsimi, Nərimanov, Sabunçu, Xətai rayonlarının ərazilərində müxtəlif növ 65 cinayət hadisəsinin törədilməsi, vətəndaşların külli miqdarda əmlakının qarət edilməsi faktları sübuta yetirilmişdir. Həmin cinayətlər arasında 1 qəsdən adamöldürmə, 2 ölümə sui-qəsd, 7 quldurluq, 50-yə yaxın oğurluq və sair ağır cinayətlər vardır. Axtarış zamanı cinayətkarlardan 1 avtomat, 3 tapança, müxtəlif döyüş sursatları, narkotik vasitələr və cinayət yolu ilə əldə etdikləri qiymətli əşyalar götürülmüşdür.

Cari ilin aprel-iyun aylarında Bakı şəhərinin Xətai rayonunun ərazisində Nadir Fərhadova və İran İslam Respublikasının vətəndaşı Pərviz Yusifiyə odlu silahla xəsarət yetirilərək pul tələb olunması, bu rayonda yerləşən mağazaya silahlı basqın nəticəsində gözətçi Şirin Cəfərovu yaralamaqla malların talanması, Binəqədi rayonunda Zemfira Əliyevanın xüsusi amansızlıqla öldürülərək pul və qiymətli əşyaların aparılması cinayətlərinin də üstü açılmışdır. Həmin cinayətləri törədənlərin Rüfət Məmmədov və qeyriləri olması müəyyən edilmişdir və onların məsuliyyətə cəlb olunması istiqamətində tədbirlər davam etdirilir.

Böyük Britaniya və Kanada vətəndaşlarına qarşı quldurluq cinayətləri törətmiş Ramin Səlimov, Stanislav Yakuşev, Ramin Novruzov və Tamerlan Anatağıyevdən, habelə Avstriya vətəndaşlarına qarşı soyğunçuluq cinayətləri törətmiş Pərviz Qulamov, Səbuhi Poladov, Vüqar Əliyev və Samir Həsənovdan ibarət cinayətkar dəstələr həyata keçirilən birgə tədbirlər nəticəsində müəyyən edilib cinayət məsuliyyətinə cəlb olunmuşlar.

İnsan hüquq və azadlıqlarının təmin edilməsi sahəsində mühüm vəzifələrdən biri də cinayətlər nəticəsində zərərçəkmiş şəxslərin pozulmuş hüquqlarının bərpasıdır. Odur ki, keçmiş illərdən bağlı qalmış cinayətlərin açılması işi də daim nəzarətdə saxlanılmışdır. Görülmüş tədbirlər nəticəsində 2001-2002-ci illər ərzində Ağsu, Sabirabad, Saatlı və Kürdəmir rayonları ərazisində Mirnəcəf, Mirnəzim və Mirqəni Rzayev qardaşlarından ibarət çinayətkar qrup tərəfindən 42, eləcə də 2001-2003-cü illərdə Salyan, Hacıqabul, Xaçmaz və Xızı rayonları ərazisində Sərvər və İxtiyar Məmmədov qardaşlarından ibarət cinayətkar qrup tərəfindən 16 mal-qara oğurluğu hadisəsinin törədilməsi müəyyən edilmiş, təqsirkar şəxslər məsuliyyətə cəlb olunmuşlar.

Strateji əhəmiyyət kəsb edən obyektlərin mühafizəsi, yanacaq-sürtkü materiallarının, habelə onları nəql edən kəmərlərin və müvafiq avadanlıqların talanması ilə bağlı baş verən cinayətkar qəsdlərin qarşısının alınması sahəsində görülən işlər xüsusi nəzarət altında davam etdirilmişdir. Cari ilin yanvar-fevral aylarında həyata keçirilmiş tədbirlərlə Binə qəsəbəsi ərazisində Azərbaycan Hava Yolları Dövlət Konserninə məxsus Dübəndi-Bakı ehtiyat neft kəmərinin 2.300 metr uzunluğunda olan hissəsini oğurladıqlarına görə Laçın rayon sakini Mürsəl Salahovun başçılıq etdiyi cinayətkar dəstənin 11 üzvü müəyyən olunaraq həbs edilmişdir. Bu yöndə həyata keçirilən birgə tədbirlərin məntiqi nəticəsi olaraq cari ilin ötən dövrü ərzində həmin növ cinayətlərin sayı kəskin surətdə azalmışdır.

Qeyd olunmalıdır ki, ölkənin maliyyə-iqtisadi əsaslarına ziyan vuran hərəkətlərin qarşısının alınması üzrə görülən məqsədyönlü və xüsusi tədbirlər nəticəsində Rusiyanın ayrı-ayrı bölgələrindən gətirilmiş 878 ədəd saxta 100-lük ABŞ dolları əskinasını respublika vətəndaşlarına satmaq istəyən Bakı şəhər sakinləri Eldar Ələsgərov, Güloğlan Mürsəlov, Nazim Əsədov, Teymur Abbasov, habelə Rusiya Federasiyasının milliyətcə çeçen vətəndaşları Şaxid Mantayev və Xanpaşa İsrapilov, həmçinin Rusiya vətəndaşı Əsli Abdullayeva və Bakı şəhər sakini Çingiz Hacıyevdən ibarət üç cinayətkar qrup zərərsizləşdirilərək cinayət məsuliyyətinə cəlb olunmuşdur. Bundan başqa şəxsiyyət və sürücülük vəsiqələrinin, pasportların və digər sənədlərin, habelə Bakı şəhərində fəaliyyət göstərən ABŞ, Yaponiya, İsveçrə, Səudiyyə Ərəbistanı və sair dövlətlərin banklarının məlumatlarını kompüter vasitəsi ilə əldə etməklə, bu bankların kredit kartlarının və qiymətli kağızlarının saxta nümunələrini hazırlayan, belə ödəniş sənədləri ilə 40-a yaxın mağazadan 28 milyon manatlıqdan çox sənaye malları talamış Rusiya Federasiyasının Çeçenistandan olan vətəndaşı Sultan Musayevin başçılıq etdiyi, Azərbaycan və Gürcüstan vətəndaşlarından ibarət mütəşəkkil cinayətkar dəstə də uğurla başa çatdırılmış əməliyyat-axtarış tədbirləri nəticəsində ifşa edilmişdir. Respublikamızın ictimaiyyəti əmin ola bilər ki, ölkədə həyata keçirilən məqsədyönlü və səmərəli hüquq-mühafizə siyasətinə uyğun surətdə Azərbaycanda kriminogen durumun daim nəzarətdə saxlanılması, cinayətkarlıqla mübarizə və asayişin mühafizəsi, qanunçuluğun və hüquq qaydalarının təmini işi bundan sonra da dönmədən və qətiyyətlə davam etdiriləcəkdir. İctimai sabitlik, əhalinin əmin-amanlığı, vətəndaşların hüquqları və dövlətin mənafeləri üçün təhlükə yaradan hər cür neqativ təzahürlərə, cinayətkar qəsdlərə qarşı ciddi adekvat ölçülər götürüləcək, törədilmiş hər bir hüquqazidd əmələ görə qanunun bütün gücü tətbiq olunacaqdır.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

DİN: “Qarabağ” – “Neftçi” matçında insidentə cəhd göstərən 19 nəfər saxlanılıb

Professor İradə Bağırovanın yubileyində Azərbaycan tarixinin aktual problemlərinə nəzər salınıb

İtaliyada Azərbaycanın Müstəqilliyinin Bərpasının 35-ci ildönümü qeyd olunub

İran Hörmüz boğazının açılması üçün ABŞ-yə 7 günlük plan təqdim edib: "Seçim Vaşinqtonundur"

Sözün tövbə qapısı və mənəvi ucalığın poeziya təntənəsi

Şahruddin Məhəmmədəliyev: 3:1-dən sonra da nəticəni dəyişəcəyimizə inanırdıq

Bundesliqa: “Bavariya” öz meydanında “Leypsiq”i darmadağın edib

Türkiyəli siyasətçi: Azərbaycan və Türkiyə bir-birindən ayrılmazdır

Fransada keçirilən aksiyalarda yüz minlərlə insan iştirak edib, nümayişlərdə zorakılıq halları qeydə alınıb YENİLƏNİB

Azərbaycan FIFA U-15 Dünya Çempionatı və Festivalına hazırlaşır VİDEO

Azərbaycan FIFA U-15 Dünya Çempionatı və Festivalına hazırlaşır VİDEO

Şahin İsmayılov: Bakı Zirvə Görüşü Azərbaycanın Avrasiya məkanında birləşdirici rolunu bir daha nümayiş etdirdi

Nika Çitadze: Azərbaycan ilə Gürcüstan arasında əlaqələr təhsil sahəsində də uğurla inkişaf edir

Fransada dəmir yolu işçilərinə də tətil çağırışı edilib

Qurban Qurbanov: “Neftçi” və “Sabah” fərqli səviyyəyə yüksəlib

“Neftçi”nin baş məşqçisi: Artıq “Qarabağ” və “Sabah”dan çəkinmirik

İKTA internet operator və provayderləri üzrə şikayət hesabatını açıqlayıb

Ukrayna Silahlı Qüvvələrinin rəsmisi cəbhədəki son vəziyyət barədə məlumat açıqlayıb

Premyer Liqa: 6 qolun vurulduğu “Qarabağ" - "Neftçi" oyunu heç-heçə ilə bitib

Azərbaycan cüdoçuları Asiya Açıq Turnirinin ilk günündə 8 medal qazanıblar

PFL "Qarabağ”ı və “Neftçi”ni 1000-ci oyunlarına görə mükafatlandırıb

Azərbaycanın və Özbəkistanın ali təhsil müəssisələri arasında əməkdaşlıq genişlənir, 60-a yaxın sənəd imzalanıb

Media: İranın cənubunda partlayış səsləri eşidilib

Cüdo üzrə Naxçıvan birinciliyinin qalibləri bəlli olub

Bu saata olan əsas xəbərlər

QMİ-nin sədri G20 Dinlərarası Forum Assosiasiyasının İşçi qrupunun iclasında iştirak edib

"Borussiya Dortmund" "Sabah"la oyundan öncə Bundesliqada xal itirib

Gürcüstanda yaşayan azərbaycanlı müəllim: Azərbaycan dövləti bizə daim diqqət və qayğı göstərir

Hörmüz boğazında daha bir tanker minaya düşüb

Qazaxda 12 yaşlı qızı avtomobil vurub

Lənkəranda “Vətənə fəda olmuş sevgilər” adlı bədii kompozisiya təqdim edilib

“Gürcüstanda azərbaycandilli məktəblərdə təhsil alan şagirdlərin ana dilini mənimsəməsinə təsir edən amillər” adlı kitabın təqdimatı olub

Sabah bəzi magistral avtomobil yollarında görünüş məsafəsi 500-1000 metrədək məhdudlaşacaq

Füzuli Şəhəri Günü konsert proqramı ilə qeyd olunub VİDEO

Füzuli Şəhəri Günü konsert proqramı ilə qeyd olunub VİDEO

Zelenski: Rusiya Ukraynanın enerji infrastrukturuna ən irimiqyaslı hücumlardan birini həyata keçirib

Uğursuz nəticədən sonra "Gəncə" baş məşqçi ilə müqaviləyə xitam verib

“Öz yazarını seç” – onlayn səsverməyə start verilir

Günel Bədəlova Beynəlxalq Xizək Alpinizmi Federasiyasının vitse-prezidenti seçilib

G20 Dinlərarası Forumu çərçivəsində mühüm görüşlər baş tutub

V.F.Ələsgərovun “Şərəf” ordeni ilə təltif edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

İsveçdə uşaqlarına elektrik skuteri alan 30-dan çox valideyn məhkəmə qarşısına çıxarılıb

AzTU Özbəkistanın yeddi ali təhsil müəssisəsi ilə əməkdaşlıq sənədləri imzalayıb

Füzuli Dövlət Dram Teatrının təqdimatında “Tıq-tıq xanım” tamaşası nümayiş olunub VİDEO

Füzuli Dövlət Dram Teatrının təqdimatında “Tıq-tıq xanım” tamaşası nümayiş olunub VİDEO

“Şahinlərin Görüşü-2026” təlimində növbəti məşq uçuşları icra olunub VİDEO

“Şahinlərin Görüşü-2026” təlimində növbəti məşq uçuşları icra olunub VİDEO

Biləsuvarda ağır yol qəzası: iki nəfər ölüb, üç nəfər xəsarət alıb YENİLƏNİB

Etimadın möhkəmləndirilməsi və öhdəliklərə əməl olunması sülhün qorunması üçün əsas tələbdir - ŞƏRH

Azərbaycan beynəlxalq təhsil sərgisində VİDEO

Azərbaycan beynəlxalq təhsil sərgisində VİDEO

Fransada sosial etirazlar: Paris və digər şəhərlərdə toqquşmalar baş verib

Səudiyyə Ərəbistanının maliyyə naziri qlobal enerji təhlükəsizliyinə təhdid barədə xəbərdarlıq edib

Füzuli Şəhəri Günündə ustad dərsləri VİDEO

Füzuli Şəhəri Günündə ustad dərsləri VİDEO

“2026 G20 Dinlərarası Forumu”nda Azərbaycan da təmsil olunub

Hərbçilərimiz Bakıda keçirilən NATO təlimini uğurla başa vurublar VİDEO

Hərbçilərimiz Bakıda keçirilən NATO təlimini uğurla başa vurublar VİDEO

Füzuli sakini: O günlərdə bizi yaşadan ümid oldu VİDEO

Füzuli sakini: O günlərdə bizi yaşadan ümid oldu VİDEO

Yunanıstandakı Azərbaycan icmasının sualları cavablandırılıb

Gəncədə “Nizami Gəncəvi işığında” adlı konsert proqramı təqdim olunub

“Eurowings” aviaşirkəti yanacaq xərclərinin bahalaşmasına görə uçuşları azaldır

Azərbaycanlı alim Stanford–Elsevier siyahısında yüksək mövqeyini qoruyur

Beynəlxalq Valyuta Fondu ilə əməkdaşlıq genişlənir: Banqkokda mühüm görüşlər

Bazar gününün hava proqnozu açıqlanıb

Füzuli sakini: 30 il həsrət çəkdiyim torpağa şəhid atası kimi qayıtdım VİDEO

Füzuli sakini: 30 il həsrət çəkdiyim torpağa şəhid atası kimi qayıtdım VİDEO

Deputat: Füzulidə də iqtisadi fəallığın artırılması əsas prioritetlərdəndir

“AzerGold” QSC 6-cı “Rebuild Garabagh” sərgisində təmsil olunub

Bakıda İndoneziya mətbəxi təqdim olunub

Dövlət Sərhəd Xidmətinin Xüsusi Məktəbinin 15 illik yubileyi qeyd edilib

Azərbaycan AirBadminton üzrə Avropa çempionatında bürünc medal qazanıb

Zabrat–Maştağa avtomobil yolunda hərəkətə tam məhdudiyyət tətbiq olunub

Anar Hüseynzadə: Əsas məqsəd axtardığını tapmaq deyil, axtarış prosesindən zövq almaqdır

Bu saata olan əsas xəbərlər

Vətən müharibəsinin xronikası: 17 oktyabr

FIFA U-20 dünya çempionatının brendi Qız Qalasında və Bakı Olimpiya Stadionunda nümayiş etdirilib

Milli Kitabxanada “Füzuli şəhəri Günü” adlı virtual və ənənəvi kitab sərgisi təqdim olunub

Cəbrayıl şəhərində Su Meliorasiya Sistemlərinin İstismarı İdarəsinin yeni inzibati binası istifadəyə verilib

AQEM Azərbaycanın rəqəmsal bağlantı imkanlarının genişləndirilməsi baxımından mühüm platformadır - ŞƏRH

Azərbaycan nefti 116 dollara satılır

Müstəqillikdən suverenliyə uzanan dövlətçilik salnaməsi - ADAU-da tədbir

Bu gün Beynəlxalq Yoxsulluqla Mübarizə Günüdür

Birjalarda neft bahalaşıb

Qızıl və gümüş bahalaşıb

Müasir İncəsənət Muzeyində Anar Hüseynzadənin “O” adlı fərdi sərgisi açılıb

Azərbaycan Premyer Liqası: “Qarabağ" bu gün "Neftçi" ilə qarşılaşacaq

Ötən gün cinayət törətməkdə şübhəli bilinən 35 nəfər saxlanılıb

“Yusif Qarabağinin elmi-fəlsəfi irsi və Şərq düşüncə tarixində yeri”: Buxarada beynəlxalq elmi-praktiki konfrans VİDEO

“Yusif Qarabağinin elmi-fəlsəfi irsi və Şərq düşüncə tarixində yeri”: Buxarada beynəlxalq elmi-praktiki konfrans VİDEO

“Apple” “iPhone Duo”nun çatdırılmasını 2027-ci ilin yanvarına təxirə salıb

Gəncəyə beşinci raket hücumunun zərərçəkəni: o gecə ailəmin 5 üzvünü itirdim

İş yerində millenniallarla zumerlər əslində nə ilə fərqlənirlər? – sosioloqun cavabı

Çikaqonun mərkəzində Azərbaycan Bayrağı ucaldılıb

Çində 2-ci beynəlxalq azərbaycanşünaslıq elmi konfransı keçirilir VİDEO

Çində 2-ci beynəlxalq azərbaycanşünaslıq elmi konfransı keçirilir VİDEO

Füzuliyə köçürülmüş sakinlərdən 1100-dən çox şəxs məşğulluq tədbirlərinə cəlb edilib

Bu gün Füzuli Şəhəri Günüdür

Media: Hörmüz boğazında 2 milyon bareldən çox neft daşıyan tanker minaya düşüb

Tramp Rusiya neftinin əsas alıcılarına qarşı yeni sanksiya və tariflərin tətbiqini təxirə salıb

Aİ liderləri rəqabətqabiliyyətlilik, enerji təhlükəsizliyi və Ukraynaya dəstəyi müzakirə ediblər

Azərbaycanlı alimin Türkiyədə yeni elmi-tədqiqat əsəri çapdan çıxıb

CENTCOM: İranın 25 milyard dollarlıq neft ixracının qarşısı alınıb

Çexiyanın dövlət borcu rekord həddə çatıb

Merts Ukraynadakı münaqişəni Trampla şəxsən müzakirə etməyi planlaşdırır

ABŞ Prezidenti Ağ Evin mətbuat katibinin istefasını təsdiqləyib

Qurama sənəti Vaşinqtonda mədəniyyət təşkilatlarının nümayəndələrinə təqdim edilib VİDEO

Qurama sənəti Vaşinqtonda mədəniyyət təşkilatlarının nümayəndələrinə təqdim edilib VİDEO

İran ABŞ-nin mümkün hücumlarına qarşı hava hücumundan müdafiə sistemini gücləndirib

Kamalə Kamal: “44” filmi milli yaddaşımızın gələcək nəsillərə ötürülməsidir

Tramp Rusiya, ABŞ və Çin arasında nüvə silahlarına dair razılaşmanın əldə olunacağına inanır