Respublika Diaqnostika Mərkəzinin əməkdaşları Şirvan şəhərində olmuşlar
Şirvan, 16 iyun (AZƏRTAC). Respublika Diaqnostika Mərkəzinin səyyar həkim briqadası növbəti humanitar aksiyanı Şirvan şəhərində keçirmişdir.
AZƏRTAC xəbər verir ki, Şirvan Diaqnostika Mərkəzində keçirilən müayinələrə bu şəhər ilə yanaşı, Salyan, Sabirabad, Hacıqabul rayonlarından olan 200-dən çox sakini cəlb olunmuşdur.
Humanitar aksiya çərçivəsində 8 nəfərdən ibarət həkim briqadası tərəfindən oftalmoloji, ginekoloji, kardioloji və lor müayinələri aparılmışdır.
Respublika Diaqnostika Mərkəzinin baş həkimi Rauf Ağayev AZƏRTAC-a bildirmişdir ki, belə aksiyaların əsas hədəflərindən biri də ixtisaslı və dəqiq diaqnostik müayinələrin həyata keçirilməsidir ki, bu da xəstələrin müalicəsi zamanı vacib amildir. Bəzən xəstələrə və hətta sağlam insanlara düzgün qoyulmayan diaqnoz böyük fəsadlara yol açır. Bu gün Respublika Diaqnostika Mərkəzinin Şirvan şəhərində təşkil etdiyi birgünlük ixtisaslı müayinə və konsultasiya vətəndaşlar üçün çox vacib bir aksiyadır.
Sakinlər respublika səhiyyə ocaqlarının müasirləşdirilməsi istiqamətində aparılan işlərə və onların sağlamlığına göstərdiyi qayğıya görə dövlətimizin başçısı İlham Əliyevə minnətdarlıqlarını bildirmişlər.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.08.2023 [17:29]
Ötən həftə Azərbaycanda COVID-19 əleyhinə 70 doza vaksin vurulub
- 26.08.2023 [12:14]
COVID-19-un yeni variantı daha yüksək mutasiya qabiliyyətinə malikdir
- 24.08.2023 [16:45]
Çexiyalı kardioloqlar aritmiyanın müalicəsində yeni üsul hazırlayıblar
- 24.08.2023 [16:26]
ÜST bir çox ölkədə COVID-19-un davamlı olması barədə xəbərdarlıq edib
Bu saata olan əsas xəbərlər
- [20:00]
Bu saata olan əsas xəbərlər
- [12:01]
Birjalarda neft bahalaşıb
- [10:44]
Qızıl və gümüş bahalaşıb
- [10:42]
Bu gün Füzuli Şəhəri Günüdür
- [08:30]
YAP İdarə Heyətinin iclası olub
- [01:05]
Tramp: ABŞ-nin İranla müharibəsi gözləniləndən daha tez başa çatacaq
- 16.10.2026 [23:51]
Qazaxda qarşıda duran əsas vəzifələr müzakirə edilib
- 16.10.2026 [23:39]
Azərbaycanın mina probleminə dair bu dəfə Xorvatiyada aksiya təşkil olunub
- 16.10.2026 [23:18]
Azərbaycan ağırlıqqaldıranı Avropa birinciliyində üç bürünc medal qazanıb
- 16.10.2026 [22:43]
Britaniya ordusunun rəhbəri müharibə təhlükəsi ilə bağlı xəbərdarlıq edib
- 16.10.2026 [21:56]
“Vaqif” operası – Ramiz Mustafayevin zəngin sənət irsinə ehtiram
- 16.10.2026 [21:38]
BMT: Ukraynada sentyabrda mülki əhali arasında itkilər 85 faiz artıb
- 16.10.2026 [21:26]