Respublika Gənclər Kitabxanası Beynəlxalq Uşaq Kitab Gününü qeyd edib
Bakı, 2 aprel, AZƏRTAC
Cəfər Cabbarlı adına Respublika Gənclər Kitabxanası Yasamal rayonu 176 nömrəli orta məktəbdə 2 aprel - Beynəlxalq Uşaq Kitab Günü münasibətilə görüş keçirib.
Kitabxanadan AZƏRTAC-a bildirilib ki, tədbiri kitabxananın elmi işlər üzrə direktor müavini Xalidə Musayeva bu günün ölkəmizdə də geniş tədbirlərlə qeyd olunduğunu söyləyib. Bildirib ki, uşaq ədəbiyyatının inkişafındakı xidmətlərinə görə 1953-cü ildən etibarən məşhur Danimarka yazıçısı Hans Xristian Andersenin doğum gününün “Beynəlxalq Uşaq Kitab Günü” kimi qeyd edilməsində əsas məqsəd uşaqların intellektual inkişafında kitabın rolunu artırmaq, kitaba sevgi aşılamaq və diqqəti uşaq kitabının nəşrinə yönəltməkdir.
X.Musayeva Azərbaycan uşaq şair və yazıçıları, onların əsərləri haqqında məlumat verəndən sonra şagirdlərin ədəbiyyata olan tələb və maraqları ətrafında müzakirə aparılıb.
Sonda Cəfər Cabbarlı adına Respublika Gənclər Kitabxanası tərəfindən məktəb kitabxanasına kitablar hədiyyə edilib.