RƏSSAMIN YUBİLEY SƏRGİSİ AÇILMIŞDIR
Muzeyin direktoru İsrafil İsrafilov tədbiri açaraq bildirmişdir ki, rəssam 1937-ci ildə repressiya olunmuş tanınmış yazıçı Seyid Hüseynin ailəsində dünyaya göz açmışdır. Füzulinin “Leyli və Məcnun” poemasına miniatürləri, portretləri ona geniş şöhrət qazandırmışdır. Əlcəzair, Tunis, Misir, Fransa, Kuba, Yunanıstana səyahətləri Toğrul Sadıqzadənin müxtəlif əsərlərində öz əksini tapmışdır. Mədəniyyət və turizm nazirinin müavini Sevda Məmmədəliyeva, Rəssamlar İttifaqının sədri Fərhad Xəlilov və başqaları rəssamın yaradıcılığından söhbət açmışlar.
Tədbirdə rəssamın Azərbaycan təsviri sənətinin inkişafında xidmətlərindən bəhs olunmuşdur.
Axırda İlahə Sadıqzadə atasının xatirəsinə göstərilən diqqət və ehtirama görə tədbirin təşkilatçılarına və iştirakçılarına minnətdarlığını bildirmişdir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 13.10.2026 [12:55]
İstanbulda ədəbi-bədii proqram: “Zəfər yolundan Türk dünyasına”
- 13.10.2026 [11:29]
Milli İncəsənət Muzeyində ilin sonunadək bir sıra mühüm sərgilər açılacaq
- 13.10.2026 [11:26]
Azərbaycan Banqkokda beynəlxalq ipək sərgisində təmsil olunur
- 13.10.2026 [11:12]
Şirin Məlikova: Yeni kitabların nəşrini planlaşdırırıq
- 13.10.2026 [09:05]