RİNN ADA-nın İnkişaf və Diplomatiya İnstitutu ilə birgə yeni təlim proqramına başlayıb
Bakı, 18 oktyabr, AZƏRTAC
Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi ADA-nın İnkişaf və Diplomatiya İnstitutu ilə əməkdaşlıq çərçivəsində yeni təlim proqramına başlayıb.
Nazirlikdən AZƏRTAC-a bildirilib ki, təlimin əsas məqsədi böhran baş verdikdə qurumu və maraqlı tərəfləri təhlükələrdən qorumaq və ya təhlükələrdən irəli gələn təsiri azaltmaq üçün düzgün kommunikasiyanın qurulmasıdır.
Təlim nəticəsində iştirakçılar böhran zamanı vacib mesajların sürətlə hazırlanması, media ilə işin təşkil olunması və ictimaiyyətə məlumatın operativ ötürülməsi kimi mövzularla tanış olacaqlar.