Rober Tomanın “Tələ” əsəri əsasında hazırlanan eyniadlı tamaşaya daxili baxış keçirilib
Bakı, 12 fevral, AZƏRTAC
Şuşa Dövlət Musiqili Dram Teatrında Rober Tomanın “Tələ” əsəri əsasında hazırlanan eyniadlı tamaşaya daxili baxış keçirilib.
Teatrdan AZƏRTAC-a bildirilib ki, tamaşanın quruluşçu rejissoru Lalə Şirinova, quruluşçu rəssamı Fatma Əliyeva, musiqi tərtibatçısı Asyaxanım Heydərova, işıq tərtibatçısı Kənan Məmmədovdur.
Tamaşada rolları Rasəf Mehdiyev, Vüsal Məmmədov, Aybəniz Cahangirova, Sevinc Ağayeva, Türkay Cəfərli, Nihat Heybətov, Orxan Abışov, Sahib İbrahimov, Gülarə Məmmədova, Rəhimə Məmmədova, Səyyar Rüstəm, Gündüz Qasımov canlandırıblar.
Rober Tomanın dedektiv janrda yazdığı "Tələ" əsəri arvadını öldürmüş Danielin komissar tərəfindən oyuna gətirilərək qatil olduğunu necə etiraf etdiyindən bəhs edir.