Azərbaycan Dövlət İnformasiya Agentliyi

Rok, bluz və onun ifaçıları

Rok, bluz və onun ifaçıları

Bakı, 1 aprel, Məmməd Məmmədli, AZƏRTAC

Bluz dünyada kədəri ifadə edən yeganə musiqi janrıdır. Onun kökü hələ orta əsrlərdə Amerikadakı quldarlıq quruluşu dövrünə gedib çıxır. Amerikalılar Afrikadan zənciləri zorla tutub, gəmilərlə torpaqlarında plantasiyalarda işlətməyə gətirirdilər. Uzun səyahət zamanı çoxları yolda ölür, sağ qalanlarsa tez bir zamanda materikə ayaq basmalarını arzulayırdılar. Ancaq onları nə gözlədiyini hələ təsəvvürlərinə belə gətirmirdilər. Bu zaman onlar ömürlük köç etdikləri yerlərə özləri ilə mədəniyyətlərini də daşıyırdılar. Zənci qullar yorğun iş saatından sonra bir yerə yığışaraq vətən həsrətli mahnılar oxuyurdular. Onların oxuduğu mahnıların musiqisi bluz idi. Məhz buna görə bluz kədərli musiqi sayılır. Çünki onlar doğma yurdlarından kökündən çıxarılan ağac kimi qoparılıb, yad yerlərə gətirilərək ağ insanlar üçün işləməyə məhkum edilmişdilər. Bluz musiqisi cəmi beş notdan ibarətdir. Buna “pentatonika” deyilir. Pentatonika bluza özünəməxsus bir çalar gətirir. Gitara isə bu çaları daha da rövnəqləndirir.

Rok və caz bluzdan ayrılmış janrlardır. Bütün rok ifaçıları öz karyeralarına başlamazdan öncə bluzun sirlərini öyrənirlər.

Bu janrın öncülləri qara dərili Robert Johnson, John Lee Hooker və başqaları olub. Zəncilərdən sonra ağ insanlar da bu janra maraq göstəriblər. Ona görə də bluz “ağ” və “qara” olur. Demək olmaz ki, qara dərili bluz ifaçıları ağ dərililərdən yaxşı çalırlar. Bu, onların istedadından, özünü musiqiyə həsr etməsindən, ona bağlı olmasından asılıdır. Bir çox ağ dərili ifaçılar var ki, indiyədək onların adları dillər əzbəridir. Bunların sırasında Stevie Ray Vaughan, Gary Moore, Eric Clapton, qara dərililərdən isə B.B.King, Albert King, Chuck Berry və başqalarını misal çəkmək olar. Bu ifaçılar bluzun kralları sayılırlar.

B.B. Kingin məşhur “Lucille” gitarasının öz tarıxçəsi var. Arkansas klublarının birində konsert zamanı iki kişi Lucille adlı qadının üstündə dalaşmağa başlayırlar. Axırda onlar klubda yanğın törədirlər. Hamı bayıra çıxmağa tələsir. Birdən ifaçının yadına düşür ki, bahalı “Gibson” markalı gitarasını içəridə unudub. Birtəhər geri dönüb sevimli gitarasını xilas edir və o vaxtdan adını “Lucille” qoyur…

Bluz ancaq gitarada ifa olunur. Heç bir musiqi aləti bu janrın incəliklərini gitara kimi çatdıra bilmir. XX əsrin əvvəllərinə qədər akustik gitara səsinin zəifliyindən orkestrdə özünə yer tapa bilmirdi. O zaman ən çox zərb və nəfəs alətləri dəbdə idi. Ancaq 1952-ci ildə Amerikada iki firma - Fender “Telekaster”i, Gibson isə “Les Paul”u buraxdı. Bir qədər sonra Fender 1954-cü ildə özünün məşhur “Stratocaster” gitarasının istehsalına başladı. O zamandan gitara yenidən dəbə düşdü. Bir çox musiqiçilər akustik alətlərini atıb, elektrogitaraya keçdilər. Bir qədər sonra, ötən əsrin 60-cı illərinin sonlarından başlayaraq “distortion” səsi kəşf olundu. Elə bu andan da rokun tarıxı başladı.

Jimi Hendrix, yəqin çoxunuz onu tanıyırsınız, bu solaxay gitaraçı, o dövrdə qeyri-adiliyi ilə seçilirdi. Onun “All along the watchtower”, “Little wing” mahnılarını bu gün də gitara ifaçıları öz proqramlarına daxil edirlər. Jimi o zamanlar “Woodstock” meydanında verdiyi konsertlərlə məşhurlaşmışdır.

Jimi Hendrix Vaşinqtonda anadan olub. Onun valideynləri afroamerikalıdır. Valideynlərinin içkiyə qurşanmağı və evdəki dava-dalaşlar Hendrixin sonrakı həyatına öz təsirini göstərdi. O özünü tənha hiss edirdi. Bu tənhalıqdan bezən oğlan gitaranı özünə dost seçmişdi. Ötən əsrin 60-cı illərinin əvvəllərində “Upsetters” y “Curtis Knight” və “Squires” kimi yerli qruplarda çıxışlar etməyə başlamışdır. O, bir çox məşhur ifaçılarla çalışırdı. İçkiyə qurşanmış J.Hendrix həm də narkotika aludəçisi idi. 20 diskindən 3-ü (“Are you Experienced?” 1967), “Bold as Love” (1967) və “Electric Ladyland” (1968) sağlığında çıxmışdı. Jimi Hendrix dünyasını dəyişəndə onun cəmi 28 yaşı vardı.

Elektrogitaranın kəşfindən sonra rok musiqisi o dövrün cavan nəslini fanatlara çevirdi. Hamı konsertlərə gedir, vaxtlarını maraqlı keçirirdilər. Stadionlarda o qədər insan toplaşırdı ki, adam əlindən tərpənmək olmurdu…

Hər bir gitara fanatı bilir ki, Carlos Santana əvvəl “Gibson”da çalırdı və onun “PRS” firmasında özünün imzalanmış gitarası vardır. Gary Moore “Gibson”, Jimmy Page “Gibson”, Eric Clapton “Fender”, Jeff Beck “Fender”, Steve Vai “İbanez”, Eric Johnson “Fender”, George Benson “İbanez” gitara istehsalçılarını seçmişlər. Amma o zamanlar çeşid o qədər də böyük deyildi. Buna baxmayaraq, həmin firmalar indiyədək populyarlığını qoruyub saxlaya bilmişlər.

Eric Clapton “Fender” markalı “Blackie” adlandırdığı stratocasterini 1973-cü ildə almışdı və bu, uzun illər onun əlindən düşmədi. Həmin gitaranı o, 2004-cü ilə qədər qorudu və bundan sonra auksionda 959500 dollara sata bildi.

Eric Clapton müğənni, bəstəkar, bütün dövrlərin ən məşhur gitaraçılarından biridir. Musiqiçilər arasında “Slowhand” (asta barmaq) kimi tanınır. Doğurdan da o, musiqisində Malmsteen kimi sürət nümayiş etdirmir. “Rolling Stone” jurnalında bütün dövrlərin 100 ən yaxşı gitaraçının adı olan siyahıda ikinci yeri tutur. Onun bütün yaradıcılığı boyu ifaları dəyişikliyə məruz qalsa da, bütünlükdə əsərləri bluza köklənib.

Ümumiyyətlə, rok musiqisini bir janr kimi ayırmaq mümkün deyil. Çünki tarixə nəzər yetirsək görərik ki, Jimi Hendrix, Steve Vai, Eric Johnson, Bucketheadin musiqiləri biri-birindən tamamilə fərqlənirlər. Bu sənətkarların çox fərqli çalğı üslubu vardır.

Dövr dəyişdi, ötən əsrin 80-ci illərində pop musiqisi yarandı. Onun da öz kralları vardır. Ancaq təəssüflər olsun ki, rok indi o qədər də populyar deyil. Azərbaycanda belə musiqiyə heç cavanlar da maraq göstərmir. Yaşlılar isə daha çox rokun nostaljisi ilə yaşayırlar. Düşünürəm ki, vaxtilə rokun ürəkləri fəth edən gözəlliyi, cazibəsi fanatlara, ümumən dinləyicilərə yaşatdığı mənəvi zövq yenidən qəlblərə xoş bir istilik kimi axacaq…

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Bu saata olan əsas xəbərlər

“Macar-Azərbaycan ortaq etnik kökləri” kitabının təqdimatı olub

“Vətəndaşların müraciətləri haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2026-cı il 26 may tarixli 415-VIIQD nömrəli Qanununun tətbiqi və Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 23 iyun tarixli 950 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Dövlət və bələdiyyə orqanlarında, dövlət və ya bələdiyyə mülkiyyətində olan və ya paylarının (səhmlərinin) nəzarət zərfi dövlətə və ya bələdiyyəyə məxsus olan hüquqi şəxslərdə və büdcə təşkilatlarında vətəndaşların müraciətləri ilə bağlı kargüzarlığın aparılması Qaydası”nda dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Fərmanı

“Vətəndaşların müraciətləri haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikasının Qanunu

Bakı Şəhər İcra Hakimiyyətinin strukturunun və idarə edilməsinin təkmilləşdirilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Hikmət Hacıyev: Yaxın Şərqdə münaqişənin kəskinləşməsi şəraitində Orta Dəhliz əlavə əhəmiyyət qazanır

İsveçrə Vəkillər Kollegiyasının sədri Azərbaycana səfər etməyi planlaşdırır

Yasamal rayonunda Həsən bəy Zərdabi küçəsindəki obyektdə yanğın baş verib

Dünya Kuboku: BMT Vaşinqtonu miqrasiya siyasətini “hərtərəfli” nəzərdən keçirməyə çağırır

İtaliyalı ekspert: Azərbaycanın azad edilmiş əraziləri innovativ şəhərsalma laboratoriyasına çevrilir

Prezidentin köməkçisi: Türk dünyası yeni siyasi reallığa və geniş Avrasiya qitəsində əməkdaşlıq platformasına çevrilir

Putin miqrantların tibbi müayinədən keçirilməsi ilə bağlı yeni qaydaları nəzərdə tutan qanunu imzalayıb

“Qəhrəmanlıq Zirvəsi” kitabının təqdimatı olub

Türkiyənin İzmir Yüksək Texnologiya İnstitutunun nümayəndə heyəti Qarabağ Universitetində olub

Çində dünyanın ən böyük LNG daşıyan tankerinin inşasına başlanılıb

İkiqat Avropa çempionu olan baş məşqçi: Azərbaycanın futbol ölkəsi olmadığı fikri ilə razı deyiləm – EKSKLÜZİV MÜSAHİBƏ VİDEO

İkiqat Avropa çempionu olan baş məşqçi: Azərbaycanın futbol ölkəsi olmadığı fikri ilə razı deyiləm – EKSKLÜZİV MÜSAHİBƏ VİDEO

Hikmət Hacıyev: Regionda sülhün bərqərar olmasından sonra Azərbaycanın xarici siyasətində yeni imkanlar yaranıb

ABŞ səfirliyinin nümayəndə heyəti Azərbaycan İdman Akademiyası ilə tanış olub

Uşaqların zərərli informasiyadan qorunmasına yönəlmiş normativ hüquqi akt layihəsi müzakirə olunub YENİLƏNİB

“Code for Future” layihəsinin cari il məzunları 87 faiz performans göstəriblər

Serbiya Prezidenti Azərbaycanın müdafiə nazirini qəbul edib

ABŞ-də Günəş enerjisi ilə elektrik enerjisi istehsalı kömürü üstələyib

Albaniya Respublikasının Prezidenti Bayram Beqaydan

Azərbaycanın zəngin mədəni irsi “İpək Yolu – 2026” festivalında nümayiş olunub

Samir Mahmudov: Sağlam cəmiyyətin təməli möhkəm ailə və hüquqi maarifləndirmədən keçir

® Bakıda “Force of Love 2026” yay festivalı keçirilib

Psixoloq: Sosial şəbəkə məhdudiyyətləri uşaqların emosional inkişafına müsbət təsir edəcək

Azərbaycanın qlobal enerji təhlükəsizliyinə töhfəsi və yaşıl enerji perspektivləri - ŞƏRH

“Abşeron Şərab 1” MMC-nin qida təhlükəsizliyi qeydiyyatı ləğv edilib

ADPU ilk dəfə RUR beynəlxalq universitet reytinqində yer alıb

Astanada İpək Yolunun gələcəyi – energetikadan mədəniyyətə qədər müxtəlif istiqamətlər müzakirə olunub

Vaşinqtonda ənənəvi Trans-Xəzər Forumu işə başlayıb

İsmət Əliyev: Risk altında olan uşaqların müəyyənləşdirilməsi istiqamətində ardıcıl tədbirlər görülür

Coğrafiya İnstitutu sürüşmə riski olan əraziləri açıqlayıb

COP31 Sədrliyi 2035-ci ilədək qlobal elektrikləşmənin 35 faizə çatdırılmasını hədəfləyir

Oğuzda ilk dəfə keçirilən “Aykido və Yapon Mədəniyyəti Günü” festivalı böyük marağa səbəb olub

Temperaturun kəskin dəyişməsi yeni reallığa çevrilir

Ekspert: Cənubi Qafqaz regionu Türkiyə üçün əhəmiyyətli bölgədir

® “Birbank”dan yenilik: 73 yaşadək təqaüdçülər kredit əldə edə biləcəklər

Anar Bağırov: Uşaqların hüquqlarının müdafiəsində vəkilliyin rolu xüsusi əhəmiyyət daşıyır

Sabunçu rayonunda 46 kiloqramdan artıq narkotik vasitə qanunsuz dövriyyədən çıxarılıb

Əlilliyi olan uşaqlar üçün sosial xidmət müəssisəsinə mediatur təşkil edilib

Valideynlərin sosial şəbəkə platformalarına nəzarət mexanizmi güclənəcək RƏY

Əmək müqaviləsi ilə çalışmaq işçiyə hansı hüquqlar verir?

Dünya çempionatı: Türkiyə millisinin ilk oyununun baş hakimi açıqlanıb

Yaxın Şərqdəki münaqişə qlobal neft tədarükündə 1 milyard barel itkiyə səbəb olub

“Rəqəmsal həllərdə dövlət-özəl tərəfdaşlığı” mövzusunda infosessiya baş tutub

Hacıqabulda açıq ərazidə yanğın başlayıb VİDEO

Hacıqabulda açıq ərazidə yanğın başlayıb VİDEO

Emin Əmrullayev: Uşaqların rəqəmsal mühitdə davranışları ilə bağlı qərarlar faktlara və araşdırmalara əsaslanmalıdır

Nazir: Təhsil seçimləri maraq və bacarıqlara əsaslanmalıdır

Sahibə Qafarova İndoneziyanın Azərbaycandakı yeni səfiri ilə görüşüb

Milli Məclisdə kitabxana sisteminin aktual məsələlərinə həsr olunmuş ictimai müzakirə keçirilib

Premyer Liqaya yüksələn klub daha 3 futbolçu ilə vidalaşıb

Avropalıların yalnız 11 faizi ABŞ-ni müttəfiq hesab edir - ECFR sorğusu

Energetika naziri vətəndaşların müraciətlərini dinləyib

Bəzi sosial şəbəkələrdə uşaqların intihara, terrorizmə, kiberbullinqə məruz qalma ehtimalı daha çoxdur

ADU-da “Çin dili körpüsü” müsabiqəsinə yekun vurulub

Rusiya Ermənistana qarşı mövqeyini sərtləşdirir

Almaniya səfiri Azərbaycan və Ermənistan arasında sülh prosesində əldə olunmuş nailiyyətləri təqdir edib

Türk professor Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin qonağı olub

Qərbi Azərbaycan və Qarabağın mətbuat tarixi öyrənilir

Qara Qarayev adına Azərbaycan Dövlət Kamera Orkestri Xızıda konsert proqramı ilə çıxış edib

Azərbaycanda urbanizasiya prosesi və mənzil siyasətinin yeni strategiyaları

Kamran Əliyev: Yetkinlik yaşına çatmayan şəxslərlə bağlı qanunvericilikdə xüsusi humanist yanaşma tətbiq olunur

Kamran Əliyev: Uşaqlarla bağlı hər bir hüquq pozuntusu prokurorluq orqanlarını ciddi şəkildə narahat edir

Konstitusiya Məhkəməsi Palatasının iclasında Göyçay Rayon Məhkəməsinin müraciətinə baxılıb

Salyanda çörək istehsalı müəssisəsində nöqsanlar aşkar edilib

Naxçıvanda fəaliyyət göstərən sahibkarlar üçün proqnozlaşdırılabilən, etibarlı biznes mühiti yaradılacaq - ŞƏRH

Baş prokuror: Dünyada uşaqlara qarşı zorakılıq halları ciddi narahatlıq doğurur

Kembricdə təhsil alan azərbaycanlı tədqiqatçı: Qarabağdakı layihələr şəhərsalmanın ölkə üçün vacibliyini göstərir - MÜSAHİBƏ

Aytən Məmmədova: Qanun layihəsi qlobal qanunvericiliyin müasir çağırışlarını özündə əks etdirir

Kamran Əliyev: Uşaqların hüquqlarının qorunması prokurorluq orqanlarının fəaliyyətində prioritet istiqamətlərdən biridir

LNG Avropada əsas qaz mənbəyi kimi rolunu gücləndirib

Masallıda şadlıq sarayında saxta alkoqollu içkilər aşkarlanıb

Azərbaycanı dünya çempionatında 5 yelkənçi təmsil edəcək

Nazir Ceyhun Bayramov Tokioda Ermənistanla normallaşma prosesindən danışıb

XİN: Çin İran məsələsində atəşkəsin tərəfdarıdır

Azərbaycan və Böyük Britaniya arasında minatəmizləmə sahəsində gələcək layihələrlə bağlı fikir mübadiləsi aparılıb

Məktəblərdə mobil telefonların qadağası ilə bağlı nəzarət mexanizmləri tətbiq edilir

Seymur Məmmədov: Azyaşlılar qanunda təklif olunan dəyişikliklər barədə düzgün maarifləndirilməlidir

Ekspert: Uşaqların rəqəmsal təhlükəsizliyinin gücləndirilməsi davamlı maarifləndirmə tələb edir

Sosial şəbəkədə yaş qadağasına əməl olunmasına ciddi nəzarət ediləcək

İnformasiya təhlükəsizliyi sahəsindəki islahatlar cəmiyyət tərəfindən müsbət qarşılanır - RƏY

Şəhid və Vətən müharibəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslərin övladları Azərbaycanın enerji tarixi ilə tanış olublar

U-21 millisinin baş məşqçisi: Eqosunu komandadan üstün tutan futbolçunun yığmada yeri olmayacaq

Ötən il qlobal mayeləşdirmə və yenidən qazlaşdırma gücü artıb - HESABAT

Nazir müavini: Bir çox valideyn uşağının sosial şəbəkədən istifadəsinə nəzarət edə bilmir

AZƏRTAC-ın Uşaq Bilik Portalının sədası Ağdamdan gəlir VİDEO

AZƏRTAC-ın Uşaq Bilik Portalının sədası Ağdamdan gəlir VİDEO

BMU və İCMA arasında birgə fəaliyyət istiqamətləri müəyyənləşib

Gəncə Dövlət Aqrar Kollecinin ilk məzun buraxılışı olub

Azərbaycanın enerji diplomatiyası: Qlobal enerji təhlükəsizliyinə inteqrasiya olunmuş strateji inkişaf modeli - ŞƏRH

Azərbaycanla Yaponiya arasında əməkdaşlıq dərinləşir

Azərbaycan uşaqların maraqlarını və təhlükəsizliyini prioritet hesab edən hüquqi mexanizmlər formalaşdırır – ŞƏRH

Tramp İrana yeni zərbələr endirməyə hazır olduğunu bildirib

Agentlik: Yeni təmayül tədris modeli ali təhsilə hazırlığı daha əlçatan edir

Elmir Vəlizadə: Qanun layihəsinin əsas mahiyyəti uşaqların sosial şəbəkələrin zərərli təsirlərindən qorunmasıdır

Əmanət, qızıl, yoxsa daşınmaz əmlak : Vətəndaşlar yığımlarını necə dəyərləndirməlidir? VİDEO

Əmanət, qızıl, yoxsa daşınmaz əmlak : Vətəndaşlar yığımlarını necə dəyərləndirməlidir? VİDEO

“Uşaqlar və Hüquq” – Yeni kitab təqdimatı

Pakistanda hərbi helikopter qəzaya uğrayıb, bütün ekipaj həlak olub

“Azəriqaz”ın baş direktoru Cəbrayılda vətəndaşların müraciətlərini dinləyəcək