“Rotunda Jazz Club”da 13-cü caz gecəsi
Bakı, 26 oktyabr, Xaruqə Məmmədova, AZƏRTAC
Oktyabrın 26-da “Rotunda Jazz Club”da 13-cü caz gecəsi təşkil edilib.
AZƏRTAC xəbər verir ki, gecədə Braziliyanı təmsil edən 22 yaşlı bas gitaraçı Maykl Pipoquinhan geniş konsert proqramı ilə çıxış edib.
Konsert musiqisevərlər tərəfindən alqışlarla qarşılanıb.
Qeyd edək ki, caz festivalına oktyabrın 28-də yekun vurulacaq.