DÜNYA
Rumıniyada sirk direktoru prezidentliyə namizədliyini irəli sürmək niyyətindədir
![](/files/galleryphoto/2019/2/1200x630/15580249861972813582_1200x630.jpg)
![](/files/galleryphoto/2019/2/1200x630/15580249861744235955_1200x630.jpg)
Buxarest, 16 may, AZƏRTAC
Buxarest Sirkinin direktoru Boqdan Stanoeviç Rumıniya prezidentliyinə namizədliyini vermək niyyətində olduğunu bildirib. O, müstəqil namizəd kimi çıxış edəcək və heç bir partiya tərəfindən dəstəklənməyəcək.
B.Stanoeviçin fikrincə, rumınların prezident seçkilərində alternativ düşüncəli namizədə ehtiyacları var. Hazırkı hökumətdən narazı olduğunu bildirən sirk direktoru bir çox islahatların tezliklə yerinə yetirilməsinin mühüm olduğunu vurğulayıb.
Qeyd edək ki, sirk rəhbərliyindən əvvəl B.Stanoeviç 2015-ci ildə Mədəniyyət Nazirliyində dövlət katibi olub və Xaricdə Yaşayan Rumınlar üzrə Nazirlikdə rəhbər vəzifədə işləyib.
İqbal Hacıyev
AZƏRTAC-ın xüsusi müxbiri
Buxarest
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 03.07.2024 [21:30]
Özbəkistanda Qeyri-Maddi Mədəni İrs İnstitutu yaradılır
- 03.07.2024 [20:01]