Azərbaycan Dövlət İnformasiya Agentliyi

Rus Dram Teatrının Novokuznetsk və Kemerovo qastrolları uğurla keçib

Bakı, 20 sentyabr, T.İvanayeva, AZƏRTAC

Azərbaycan Dövlət Akademik Rus Dram Teatrının Rusiya Mədəniyyət Nazirliyinin Ümumrusiya qastrol-konsert planı və “Roskonsert”in həyata keçirdiyi “Böyük qastrollar” proqramı çərçivəsində Sibirdə baş tutan qastrol səfəri anşlaqla başa çatıb, təqdim edilən tamaşalar ictimaiyyətin müsbət rəyli ilə qarşılanıb, habelə yerli mediada geniş işıqlandırılıb.

AZƏRTAC xəbər verir ki, Novokuznetsk Dram Teatrının və A.V.Lunaçarski adına Kuzbass Dram Teatrının səhnələrində Azərbaycanın Xalq artisti Aleksandr Şarovskinin quruluşunda Azərbaycan klassiki Mirzə Fətəli Axundzadənin pyesi əsasında hazırlanmış “Hekayəti Müsyö Jordan Həkimi-Nəbatat və Dərviş Məstəli Şah Cadükuni Məşhur” və Anton Çexovun əsəri əsasında səhnələşdirilmiş “Albalı bağı” tamaşaları nümayiş etdirilib.

Teatrın direktor müavini, Əməkdar mədəniyyət işçisi İlham Məmmədovun qeyd etdiyi kimi, teatr ilk dəfə olaraq Sibir şəhərlərinə qastrol səfərinə çıxıb, Novokuznetsk Dram Teatrının teatr mövsümünü açıb, həmçinin ilk dəfə olaraq “Okna 2024” Beynəlxalq Sənaye İncəsənəti Festivalında qonaq qismində öz tamaşası ilə çıxış edib. O vurğulayıb: “Sibirdə qastrollar zamanı tamaşaçıların böyük emosiyaları ilə qarşılaşdıq. Bu, sadəcə yaradıcılıq səfəri deyil, həm də yaşanan anların bəxş etdiyi xoşbəxtlikdir. İlboyu danışıqlar aparıldı, səfərin nüansları müzakirə edildi, aktyorlar tələbkar rus tamaşaçısının onları necə qarşılayacağından narahat idilər. Bu, həqiqətən də böyük qastrol idi, çünki təkcə aktyor heyəti yox, həm də teatrın texniki işçiləri, bir neçə yük maşını rekvizit və səhnə dekorasiyası Bakıdan Sibir şəhərlərinə çatdırıldı. Aktyorların rahat yerləşdirilməsi, qidalanması, istirahəti, ekskursiyaların təşkili üzrə də çox böyük işlər görülüb.

Yaddaşımızda ən parlaq xatirələr olaraq əbədi qalacaq qastrol səfərlərinin təşkilinə görə Azərbaycan və Rusiyanın mədəniyyət nazirliklərinə və “Roskonsert”ə dərin təşəkkürümü bildirmək istəyirəm. Bu qastrol səfərləri teatrımızın tarixinə düşüb!”.

Direktor müavini qeyd edib ki, tamaşalara biletlər qastrollardan iki ay əvvəl satılıb. Anşlaqla keçən tamaşalardan sonra tamaşaçılar aktyorları ayaqda alqışlayırdı. Hətta bu alqışlar yarım saat davam edib. Bütün bunlar Rusiya mediasının materiallarında da öz əksini tapıb. Azərbaycanın Xalq artistləri Natalya Şarovskaya, Fuad Osmanov, Səfa Mirzəhəsənov, Məbud Məhərrəmov, Ayan Mir-Qasımova, Əməkdar artistlər Murad Məmmədov, Salman Bayramov, Timur Rəhimovun daxil olduqları truppa bu diqqətə layiq idi. Onların hər biri qastrollardan böyük təəssüratla qayıdıb.

Azərbaycan Dövlət Akademik Rus Dram Teatrı artıq Rusiyanın bir çox şəhərində - Moskva, Sankt-Peterburq, Həştərxan, Velikiye Luki, Mahaçqala, Pskov, Saransk, Smolensk, Soçi, Surqut, Yaroslavl və digərlərində qastrollarda olub. Amma məhz Sibir turu ən yaddaqalan emosiyalarla başa çatıb.

Azərbaycanın Xalq artistləri Natalya Şarovskaya bu barədə deyir: “Bizə başqa ölkədə çıxış etmək və Sibir tamaşaçılarına Azərbaycandan böyük salam çatdırmaq imkanı verdiyi üçün hər kəsə təşəkkür edirəm. Sibirdə insanlar mehriban, istiqanlıdırlar. Baxmayaraq ki, Sibir soyuq regiondur və bizdən çox uzaqdadır. Ancaq bizi hərarətlə qarşıladılar. Aktyorları səhnədən buraxmayaraq uzun müddət alqışladılar, gül dəstələri təqdim etdilər, çoxlu xoş sözlər dedilər. Aleksandr Yakovleviç Şarovski qastrol səfərindən və iki tamaşamızın sürəkli alqışlarla qarşılanmasından məmnun qaldı. Bakıya onların ürəklərinin hərarətini, bu ecazkar diyarın bəxşişlərini və gözəl ölkəmizə böyük salamları gətirdik”.

Aktyorlar Səfa Mirzəhəsənov, Məbud Məhərrəmov, Fuad Osmanov, Murad Məmmədov da Sibir qastrolları ilə bağlı xoş təəssüratlarını bölüşüblər. Onlar teatr kollektivinin ölkəmizi layiqincə təmsil etdiyini vurğulayıblar.

Əməkdar artist Salman Bayramov deyir: “Dahi Mirzə Fətəli Axundzadənin milli koloritli “Müsyö Jordan və Məstəli şah” tamaşasının yüksək səviyyədə nümayişi və Qarabağ mövzusunu əks etdirən “Bizə başqasının olan lazım deyil, amma özümüzün olandan da əl çəkmərik!” sözləri aktual səsləndi”.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Şimali Koreya taktiki ballistik raketi sınaqdan keçirib

Novak: Hörmüz boğazına görə qlobal bazara gündə 6-7 milyon barel neft çatdırılmır

Rubio və Miliband Böyük Britaniyada ABŞ aktivlərinin qorunmasını müzakirə ediblər

Daimi Nümayəndəlik: Azərbaycan 2032-ci ilədək bərpaolunan enerji gücünü 8 giqavata çatdırmağı planlaşdırır

“Əl-Nəsr” qalib gəlib, Ronaldo karyerasının 981-ci qolunu vurub

ABŞ Prezidenti Asiya səfəri zamanı Kim Çen Inla görüşə biləcəyini açıqlayıb

Tramp: Putin və Zelenski razılaşmaq istəyirlər, lakin bunu necə edəcəklərini bilmirlər

Bolqarıstan Qara dənizdə dron hücumlarının araşdırılması üçün NATO və Aİ-dən kömək istəyib

Husilər Ər-Riyad hava limanına raket zərbəsi endirdiklərini iddia ediblər

Hörmüz boğazında tanker atəşə tutulub

Füzulidə qadınların təşəbbüsü ilə yaradılan cücə-inkubator sexinin açılışı olub

Prezident İlham Əliyevin sosial media hesablarında Kambocanın Baş nazirinin Azərbaycana səfərinə dair videoçarx paylaşılıb VİDEO

Ərdoğan: Ankara fikir ayrılıqlarının diplomatik yollarla həllinin tərəfdarıdır

Ramin Məmmədov: Azərbaycanın dünyəvi idarəetmə modeli ilə dini dəyərlər arasında ziddiyyət yoxdur

Dövlət məktəblərində geyim qaydalarının icrasına nəzarət gücləndirilib

Sarayevoda mina qurbanlarına həsr olunmuş növbəti ekspozisiya açılıb

Azərbaycan muzeylərinin nadir eksponatları: 1834-cü ilə aid Yer kürəsinin qlobusu

Pərviz Şahbazov: Neft bazarının sabitliyi üçün resursların təhlükəsiz çatdırılması mühümdür

Qazaxıstanın Xəzər sahillərində yenidən ölü suitilər aşkarlanıb

Paris Siyasi Elmlər İnstitutunun tələbələri Azərbaycanın xarici siyasəti barədə məlumatlandırılıb

Böyük Britaniya və Avropa İttifaqı arasında keçiriləcək sammitin tarixi açıqlanıb

Bu ilin yanvar-sentyabr aylarında Qəbələyə səfər edənlərin sayında 17,3 faizlik artım qeydə alınıb

ADPU-da Qırğız dili və ədəbiyyatı auditoriyası açılıb

Qusarda yanğın 83 yaşlı qadının ölümü ilə nəticələnib VİDEO

Qusarda yanğın 83 yaşlı qadının ölümü ilə nəticələnib VİDEO

Qazaxıstan XİN Səudiyyə Ərəbistanında olan vətəndaşlarına çağırış edib

Azərbaycançılıq dəyərləri hər şeydən üstün olmalıdır

Estoniya 2035-ci ilədək müddətli hərbi xidmətə çağırılan qadınların sayını dörd dəfə artıracaq

Bu saata olan əsas xəbərlər

Azərbaycan səfiri etimadnaməsini Pakistan Prezidentinə təqdim edib

Avropa İttifaqı Livanda müdafiə və təhlükəsizlik institutlarının gücləndirilməsi üçün yeni missiya yaradır

Çexiya klubunun baş məşqçisi: “Sabah” tarix yazır

Azərbaycan güləşçiləri Rusiyada çempion olublar

Media və Yayım Şurası vətəndaşları süni şəkildə yaradılan informasiya dalğalarının təsiri altına düşməməyə çağırır

Milli ənənələrdən beynəlxalq çay mədəniyyətinə: Bakı Bulvarında Çay Festivalı

Azərbaycan Peşəkar Boks Federasiyasının yeni prezidenti bəlli olub

ETSN-in əməkdaşları qan veriblər

Almaniyada Azərbaycanın mədəni irsinə həsr olunan “NAR” sərgisi başa çatıb

"Zabit heyətini təkmilləşdirmə kursu"nun növbəti buraxılış mərasimi olub

Azərbaycanın fövqəladə hallar naziri İranın daxili işlər naziri ilə görüşüb

“Sabah” “Slaviya Praqa” ilə oyundan öncə son məşqini keçirib

Arzu Nağıyev: Azərbaycanın MDB-yə sədrliyi yeni regional reallıqların və artan beynəlxalq nüfuzun göstəricisidir

“Sabah”ın baş məşqçisi: Çempionlar Liqasında sübut etməli olduğumuz çox şey var

Ağciyər Xəstəlikləri Mərkəzinin 2 saylı İxtisaslaşdırılmış Poliklinikası istifadəyə verilib

Aİ Çindən hibrid avtomobillərin idxalını illik 350 min ədədlə məhdudlaşdırır

Azərbaycan-Kamboca biznes-forumunda ticarət və investisiya əməkdaşlığının genişləndirilməsi müzakirə edilib VİDEO

Azərbaycan-Kamboca biznes-forumunda ticarət və investisiya əməkdaşlığının genişləndirilməsi müzakirə edilib VİDEO

“Sea Breeze Walk of Fame”də Yuli Qusmanın adına ulduz açılıb

Bakıda “Ürək transplantasiyası həftəsi” təşkil olunacaq

Baş nazir: Azərbaycandan elektrik enerjisini vasitəçi olmadan idxal edirik

Azərbaycanın xarici ticarət dövriyyəsinin həcmi açıqlanıb

Gənc alim: Antalyada həmkarlarımız Bakıdakı Beynəlxalq Astronavtika Konqresini hələ də böyük sevgi ilə xatırlayırdı

Proseslərin “Mygov biznes”dən vahid mühitdə təqdim olunması vaxt itkisini, inzibati xərcləri və sistemlər arasında uyğunsuzluğu azaldacaq - ŞƏRH

Azərbaycan Qlobal İnnovasiya İndeksində mövqeyini 9 pillə yaxşılaşdırıb

Azərbaycanlı professor Stenford Universitetinin ən reytinqli alimləri sırasına düşüb

AYNA: 18 marşrutun hərəkət sxemi müvəqqəti dəyişdirilir

“Şahinlərin Görüşü-2026” müştərək taktiki-uçuş təliminin açılış mərasimi olub VİDEO

“Şahinlərin Görüşü-2026” müştərək taktiki-uçuş təliminin açılış mərasimi olub VİDEO

Məktəb mühitində vahid geyim: dünyəvilik və sosial bərabərlik

“Sabah”ın futbolçusu: Tarixi oyunda qələbə qazanmaq istəyirik

İtaliyalı musiqiçi: Bakı həmişə mənə uğur gətirib

Vyetnam tərəfi Orta Dəhliz üzrə əməkdaşlıq məsələlərini nəzərdən keçirəcək

DTM-in rəhbəri: Azərbaycan dilinin tədrisinə xüsusi diqqət yetiririk

Doqquz ayda 620 dövlət standartı qəbul edilib

Avropa İttifaqı COP31-də BMT-nin emissiyaların azaldılması üzrə proqramının 2040-cı ilədək uzadılmasını təklif edəcək

Daxili işlər naziri iranlı həmkarı ilə görüşüb

Özçubukçu: Azərbaycanın beynəlxalq mövqeyi çoxşaxəli diplomatiya əsasında güclənir

Rumıniya və Bolqarıstan Qara dənizdə ticarət gəmilərinə hücumlara moratorium qoyulmasını istəyir

Özbəkistanlı nümayəndələr BMU-da yaradılmış akademik mühiti yüksək qiymətləndiriblər

Otuz dörd il sonra doğma kəndinə qayıdan Ağdərə sakini: İtirilmiş illərin yerini doldururam VİDEO

Otuz dörd il sonra doğma kəndinə qayıdan Ağdərə sakini: İtirilmiş illərin yerini doldururam VİDEO

Azərbaycanda istehlak qiymətləri 5,7 faiz artıb

Dövlət Proqramı təqaüdçülərinin beynəlxalq karyera imkanları genişləndirilir

Aİ-nin müdafiə komissarı ABŞ hərbi-kosmik qüvvələrinə alternativ yaratmağı təklif edib

Süni intellektlə qarşılıqlı əlaqələrdə gender bərabərsizliyi təkrarlana bilər - Tədqiqat

Muhammed Zeki Durak: Bugünkü görüşdə TDT-yə üzv dövlətlər öz təcrübələrini bölüşürlər

Yaşayış və qeyri-yaşayış sahələrinə görə ödənilmiş ƏDV-nin 26,4 milyon manatdan çoxu vətəndaşlara qaytarılıb

“Qarabağ” klubunun mətbuat katibi vəzifəsindən ayrılıb

“Trabzonspor”un baş məşqçisi: “Sabah” çox bacarıqlı və sistemli komandadır – MÜSAHİBƏ

Sabah Naxçıvanın bəzi küçə və məhəllələrində elektrik enerjisinin verilişi dayandırılacaq

Numan Kurtulmuş: Terrorizm probleminin aradan qaldırılması bütün regionun rifahına müsbət təsir göstərəcək

Çexiyanın nəqliyyat naziri Bakı Dəmiryol Vağzalında olub

Polşada məktəblərin təhlükəsizliyi ilə bağlı genişmiqyaslı əməliyyat keçirilib

“QHT-lərin milli dəyərlərin və ictimai məsuliyyətin qorunmasına töhfəsi”: İctimai müzakirə VİDEO

“QHT-lərin milli dəyərlərin və ictimai məsuliyyətin qorunmasına töhfəsi”: İctimai müzakirə VİDEO

BDU-nun 15 tələbəsi Prezident təqaüdünə layiq görülüb

Fransada genişmiqyaslı kiberhücum: Supermarketlərdə ərzaq məhsulları məhv edilir

Küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verilib

® “AccessBank” UPS üçün ehtiyat hissələrinin təchizatı üzrə tenderin müddətini uzadıb

Şəhid ailələrinin üzvləri üçün Türkiyənin Ankara və Konya şəhərlərinə səfər təşkil edilib

Gəmiçilik: Quru yük gəmiləri ilə tranzit daşımaları iki dəfədən çox artıb

Nyu-Yorkun məşhur Linkoln Mərkəzində Azərbaycan musiqisi səslənib

Prezident İlham Əliyev İranın daxili işlər nazirini qəbul edib VİDEO

® “Unibank” və AYİB xarici ticarətin maliyyələşdirilməsinə həsr olunan tədbir keçirib

Britaniya hökuməti 35 milyard funt sterlinqlik maliyyə çatışmazlığı ilə üzləşə bilər

“Folklorşünaslığın nəzəri əsasları” kitabı nəşr olunub

İlham Zəkiyev Beynəlxalq Görmə Məhdudiyyətli İdmançılar Federasiyasının mükafatına layiq görülüb

Azadlıq prospektinin bir hissəsində mikromobillik zolağı təşkil olunub

AzTU tələbələri beynəlxalq idman yarışında üç medal qazanıblar

“Trabzonspor” basketbol klubunun baş məşqçisi Azərbaycandan təklif alıb

Elnur Mustafayev: Azərbaycan qlobal geosiyasi və geoiqtisadi proseslərdə mühüm rol oynayan ölkələrdəndir VİDEO

Elnur Mustafayev: Azərbaycan qlobal geosiyasi və geoiqtisadi proseslərdə mühüm rol oynayan ölkələrdəndir VİDEO

“Oyuncaqların təhlükəsizliyi haqqında Texniki Reqlament” təsdiq edilib

TDT Baş katibinin müavini: Bugünkü görüşün nəticəsi olaraq Birgə Bəyannamə imzalandı VİDEO

TDT Baş katibinin müavini: Bugünkü görüşün nəticəsi olaraq Birgə Bəyannamə imzalandı VİDEO

Mao Nin: Çin-Azərbaycan münasibətləri güclü artım tempini qoruyub saxlayıb

Xətai Sənət Mərkəzində plener əsərlərdən ibarət sərgi açılıb