CƏMİYYƏT
Rusiya alimləri qripə qarşı yeni vaksin hazırlayıblar
Bakı, 3 sentyabr (AZƏRTAC). Rusiyanın “Mikrogen” Elm-İstehsalat Birliyinin “İmmunopreparat” müəssisəsinin Ufadakı filialının mütəxəssisləri yeni dərman düsturu - qripə qarşı tez təsir göstərən vaksin üçün patent alıblar. Yeni vaksinin hazırda dərman bazarında təqdim edilən analoqlarla müqayisədə üstünlüyü ondan ibarətdir ki, onun tərkibində virusların daxili antigenləri vardır.
AZƏRTAC Rusiya KİV-lərinə istinadla xəbər verir ki, virusların antigenləri qrip virusunun bir sıra ştammlarından adyutatlardan xilas olmağa kömək edir.
Rusiyalı alimlərin yeni vaksini qripə qarşı preparatların üçüncü nəslinə aiddir. Bu, ən yaxın gələcəkdə qripə qarşı pandemik vaksinlərin seçimində və hazırlamasında istifadə edilə biləcək bir vasitədir.
Qeyd etmək lazımdır ki, vaksinlərin ilk satışı 2016-cı ildə nəzərdə tutulub. O vaxtadək preparat bütün lazımi sınaqlardan keçməlidir.