Rusiya hökumətinin başçısı etiraf edib ki, rep və hip-hop dinləməyə hazırdır
Bakı, 29 mart, AZƏRTAC
Rusiyanın Baş naziri Dmitri Medvedev etiraf edib ki, repin pərəstişkarı deyil, lakin bu musiqiyə münasibətini dəyişdirməyə hazırdır.
AZƏRTAC xəbər verir ki, “VKontakte” sosial şəbəkəsinin birbaşa efirində istifadəçilərlə söhbətində Rusiya hökumətinin başçısına 23 yaşlı oğlu İlyanın musiqi zövqü barədə sual veriblər. Baş nazir deyib: “Hər musiqi normaldır. Əlbəttə, o, mənim dinlədiyim musiqilərin hamısını dinləmir, amma çoxunu dinləyir”. Əvvəllər oğlunun “Linkin Park” rok qrupunu, indi isə “Muse”, “Thirty Seconds to Mars” qruplarını dinlədiyini vurğulayan Medvedev bildirib: “Yeri gəlmişkən, mən bu musiqini də dinləyə bilərəm, buna da qatlaşaram. Bəlkə kiminsə xətrinə dəydi, amma mən, demək olar ki, rep və hip-hop dinləmirəm. Yəqin, sadəcə, məni cəlb etmir”.
Bununla belə, Medvedev musiqi zövqünü dəyişdirəcəyini istisna etməyib: “Hər şey ola bilər”. O, hətta görüşün moderatoru, telejurnalist Yana Çurikovadan xahiş edib ki, yaradıcılığı ilə tanış olması məsləhət görülən ifaçıların və onların kompozisiyalarının siyahısını tərtib etsin.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 11.06.2026 [11:14]
Teatr sənətinin vurğunu
- 10.06.2026 [15:19]
Klassik ənənə və müasir yanaşma: Beynəlxalq Muğam Mərkəzində növbəti konsert
Teatr sənətinin vurğunu
- [11:14]
Gələcəyin texnologiyaları: “ILA Berlin 2026” sərgisindən reportaj
- 10.06.2026 [23:23]
Şəkidə şəhid Məmmədiyə Cabbarzadənin xatirəsi anılıb
- 10.06.2026 [22:22]
Azərbaycan millisinin üzvü "Şamaxı"da
- 10.06.2026 [21:36]
Böyük Britaniya enerji ödənişlərini azaltmaq üçün Aİ ilə yeni saziş istəyir
- 10.06.2026 [21:32]
Qlazqoda iğtişaşlar və irqi zəmində hücumlarla bağlı üç nəfər saxlanılıb
- 10.06.2026 [21:21]
Yasamal rayonunda obyektdə baş verən yanğın söndürülüb YENİLƏNİB
- 10.06.2026 [20:28]
Tramp İranı yenidən sərt şəkildə vuracağını elan edib
- 10.06.2026 [20:21]
"Turan Tovuz" Filip Ozobiçlə vidalaşıb
- 10.06.2026 [20:07]
Bu saata olan əsas xəbərlər
- 10.06.2026 [20:00]
“Macar-Azərbaycan ortaq etnik kökləri” kitabının təqdimatı olub
- 10.06.2026 [19:52]