İQTİSADİYYAT
RUSİYA NEFTİN NƏQLİNİ ARTIRMAĞI İSRAR, AZƏRBAYCAN İSƏ İMTİNA EDİR
Bakı-Novorossiysk şimal boru kəməri vasitəsilə nəql edilən neftin həcmini artırmaq barədə Rusiyanın təklifini Azərbaycan tərəfi qəbul etməmişdir.
Azərbaycan Dövlət Neft Şirkətinin prezidenti Natiq Əliyev AZƏRTAC-ın müxbirinə demişdir ki, kəmərlə əlavə neft daşınması iqtisadi baxımdan sərfəli deyildir. Bizim neftimiz öz yüksək keyfiyyətinə görə seçilir. Azərbaycan nefti Rusiya ərazisinə daxil olan kimi “yuros” tipli neftə qarışır. Bu qarışıq isə ucuz qiymətə satılır.