Azərbaycan Dövlət İnformasiya Agentliyi

RUSİYA PREZİDENTİ VLADİMİR PUTİNİN BƏYANATI

- Hörmətli xanımlar və cənablar!

İzacə verin, sizi işimizin nəticələri barədə qısa şəkildə məlumatlandıraq. İlk növbədə bir daha bildirmək istəyirəm ki, qonağımızı, bizim üçün əziz qonağı, Azərbaycan Prezidenti Heydər Əliyeviç Əliyevi və Azərbaycan Respublikasının mötəbər nümayəndə heyətini Moskvada görməyimizə ürəkdən şadıq.

Biz Azərbaycan dövləti başçısının indiki səfərini ikitərəfli münasibətlərin inkişafında ciddi mərhələ kimi qiymətləndiririk. Səfərin proqramı çox geniş idi. Bildiyiniz kimi, hələ dünən mənim evimdə qarşılıqlı fəaliyyətimizin əsas məsələləri barədə fikir mübadiləsi aparmaq imkanımız oldu. Əlbəttə, biz təkbətək görüşümüzün xeyli hissəsini Qarabağ münaqişəsinin nizama salınması məsələsinə ayırdıq. Mən bu barədə bir qədər sonra danışacağam. Lakin diqqət mərkəzində heç də təkcə bu problem deyildi. Biz elə bugünkü iki söhbətimizdə də yalnız bu barədə deyil, həm də qarşılıqlı iqtisadi əlaqələrdən, beynəlxalq aləmdə əməkdaşlıqdan, fəaliyyətimizin əlaqələndirilməsindən danışdıq. İqtisadiyyat sahəsində qarşılıqlı əlaqələrimizin istiqamətlərini nəzərdən keçirdik və öncül məsələləri seçdik. Bildiyiniz kimi, energetika - həm neft, həm də qaz sahəsində əməkdaşlıq bu istiqamətlər sırasındadır. Hesab edirik ki, biz heç də təkcə bu sahələrdə deyil, başqa sahələrdə də səmərəli işləyə bilərik. Kənd təsərrüfatının inkişafı sahəsində əməkdaşlıq da buraya daxildir. Azərbaycan həmişə Rusiya bazarının təzə meyvə və tərəvəzlə ənənəvi təchizatçısı olmuşdur və Rusiyanın da Azərbaycana bəzi kənd təsərrüfatı məhsulları göndərmək imkanı var və göndərməyə hazırdır.

Sənaye istehsalı və sənaye kooperasiyası sahəsində istifadə edilməmiş ehtiyatlar çoxdur. Söhbət həm elektroenergetikadan, həm maşınqayırmadan, həm neft kimyasından, həm metallurgiyadan, həm də rabitədən gedir. Biz bütün bu məsələlər üzərində çox ciddi və müfəssəl şəkildə dayandıq və gördüyünüz kimi, bir sıra mühüm sənədlərin imzalanmasına nail olduq. Mən ilk növbədə 2010-cu ilədək dövr üçün iqtisadi əməkdaşlıq haqqında müqaviləni qeyd etmək istərdim. Hökumətlərə müvafiq tapşırıqlar veriləcəkdir. İndi hökumətlərarası komissiya əməli fəaliyyət proqramı üzərində işləyir və razılaşdığımız kimi, komissiyanın növbəti görüşü cari ilin martında Bakıda keçiriləcəkdir.

Hərbi idarələrin əməkdaşlığı qarşılıqlı fəaliyyətin getdikcə daha böyük əhəmiyyət kəsb edən amilinə çevrilir. Bununla əlaqədar mən qəbul edilmiş və Qəbələ radiolokasiya stansiyasının icarəsi haqqında sazişin imzalanması ilə başa çatmış qərarlara görə məmnun olduğumu bildirmək, azərbaycanlı tərəfdaşlarımıza, ilk növbədə Prezidentə təşəkkür etmək istərdim. Hesab edirik ki, bu, sərhəd idarələrimiz arasında getdikcə genişlənən qarşılıqlı fəaliyyətlə yanaşı, mühüm qərardır.

Ən kəskin problemə - Qarabağ probleminə gəldikdə, bu münaqişənin nizama salınmasında ilk növbədə maraqlı olan dövlət kimi Rusiyanın mövqeyini açıqlaya və təsdiqləyə bilərəm. Belə ki, biz istər Azərbaycanla, istərsə də Ermənistanla münasibətlərimizi eyni dərəcədə fəal və hərtərəfli inkişaf etdirmək istəyirik. Məhz buna görə də həmin məsələnin nizama salınmasında maraqlıyıq. Nəzərə çarpdırmaq istəyirəm, Azərbaycan kimi, Rusiya da hesab edir ki, bu məsələnin dincliklə nizama salınmasının heç bir alternativi yoxdur. Odur ki, bu nizamasalmaya “məğlublarsız və qaliblərsiz” prinsipi əsasında nail olmaq lazımdır. Biz buna çalışacağıq və Rusiya istər ikitərəfli danışıqlarımızda, istərsə də ATƏT-in Minsk qrupu çərçivəsində zəruri səylər göstərəcəkdir.

Biz humanitar sahədə əməkdaşlıq barədə də danışdıq. Mən humanitar sahədə əməkdaşlığa diqqət göstərdiyinə, rus dilini dəstəklədiyinə görə Azərbaycan rəhbərliyinə öz minnətdarlığımı bildirmək istəyirəm. Biz kütləvi informasiya vasitələri sahəsində qarşılıqlı əlaqələrimizin dəstəklənməsindən danışdıq. Mən səfər ərəfəsində “İnterfaks - Azərbaycan” nümayəndəliyinin açılmasını böyük məmnuniyyətlə qeyd edə bilərəm.

Sözsüz ki, çoxtərəfli xarakter daşıyan məsələlər, o cümlədən Xəzər dənizinin bölünməsi ilə bağlı məsələlər diqqət mərkəzində olmuşdur. Deməliyəm ki, bu məsələdə nəzərəçarpacaq irəliləyiş vardır və biz belə razılığa gəldik ki, bu istiqamətdə səylərimizi artıracağıq və ən yaxın vaxtlarda bunu müvafiq sənədlərdə əks etdirmək niyyətindəyik.

Bütün bunlarla yanaşı, biz belə razılığa gəldik ki, bu ilin yayında qeyri-formal görüş keçirək və mən ümid edirəm ki, Heydər Əliyeviç bizim dəvətimizi qəbul edəcəkdir. Mən belə başa düşdüm ki, o, bu məsələyə müsbət münasibətini bildirdi. Zənnimcə, yayın əvvəlində əlamətdar bir hadisə ilə əlaqədar, Sankt-Peterburqda Nizaminin abidəsinin açılışı münasibətilə görüşəcəyik. Mən Peterburq şəhərinin qubernatoru ilə bu barədə danışmışam. Şəhər hökuməti bu tədbirə hazırdır və ümidvaram ki, bu, qarşılıqlı münasibətlərimizlə əlaqədar digər mühüm məsələləri müzakirə etmək üçün yaxşı imkan olacaqdır.

Diqqətinizə görə çox sağ olun.

 

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Fərid Qayıbov: “Kür” komandasının qələbəsi həndbolumuzun inkişafına mühüm töhfə verəcək

Kənan Hüseynəliyev peşəkar rinqdə 13-cü qələbəsini qazanıb

Zelenski Ukraynada seçkilərin keçirilməsi üçün 60 günlük atəşkəs şərti irəli sürüb

AFP: Ər-Riyadda partlayış baş verib

“Kür” Avropa Kubokunda növbəti mərhələyə yüksəlib

Culfa rayonunun kəndlərində elektrik enerjisinin verilişində fasilə yaranacaq

FHN Qəbələ-Xankəndi ultramarafonunda təhlükəsizliyi təmin edib

Premyer Liqa: “Qarabağ” 1000-ci oyununda qələbə qazanıb

Türk dünyası gənclərinin görüşü maraqlı anlarla yadda qalıb VİDEO

Türk dünyası gənclərinin görüşü maraqlı anlarla yadda qalıb VİDEO

Ömrünü sözə və sənətə həsr etdi - Ayaz Vəfalı

Naxçıvan Dövlət Kukla Teatrında “Yeddi şəhid, bir şahid” tamaşasının premyerası olub

Azərbaycanın Mərkəzi Asiya üçün strateji əhəmiyyəti ilbəil artır ŞƏRH

Kambocanın Baş naziri Azərbaycana rəsmi səfərə gəlib

Azərbaycanlı tələbələr Türk dünyası gənclərinin birinci görüşündə iştirak ediblər

Berlində Dünya Səhiyyə Sammiti işə başlayıb VİDEO

Berlində Dünya Səhiyyə Sammiti işə başlayıb VİDEO

Zelenski Rusiyanın neft emalı zavodlarına zərbələrin hansı halda dayandırılması məsələsinə aydınlıq gətirib

Biləsuvarda zəncirvari qəza baş verib, ölən və yaralananlar var

Makrona aid edilən irqçi ifadə Fransada siyasi qalmaqala səbəb olub

Məktəblərdə geyim qaydaları: hüquqi çərçivə və vahid yanaşma

Finlandiya Ukraynaya F-16 qırıcıları üçün döyüş sursatları göndərəcək

Şəhidlərimizin xatirəsinə həsr olunan anım mərasimləri təşkil edilib

Almaniyada ifrat sağçının paylaşdığı xəritə Fransada narazılıq yaradıb

Ağdaşda “Kənddən şəhərə” yarmarkası təşkil olunub

İsveçdə hərəkətsiz həyat tərzi problemi getdikcə dərinləşir

Sakinlərə keyfiyyətli xidmət: Qax Elektrik Şəbəkəsi bu istiqamətdə səylərini artırıb

Ultramarafonun 70 yaşlı iştirakçısı: Qarabağda baş verən dəyişiklikləri görmək qürurvericidir VİDEO

Ultramarafonun 70 yaşlı iştirakçısı: Qarabağda baş verən dəyişiklikləri görmək qürurvericidir VİDEO

Şahin İsmayılov: Mərkəzi Asiya ilə əlaqələrin genişlənməsi Azərbaycanın regional mövqeyini daha da gücləndirir - ŞƏRH

Azərbaycan və Belarus üzgüçülük federasiyaları arasında memorandum imzalanıb

Məktəblərdə geyim qaydaları ilə bağlı Azərbaycan Milli QHT Forumu bəyanat yayıb

Türkiyədə dəhşətli yol qəzası: 11 nəfər ölüb, 27 nəfər yaralanıb

Qəbələ-Xankəndi III Beynəlxalq Ultramarafonunun qalibləri mükafatlandırılıb

Tovuzda qadın dəm qazından boğularaq ölüb

Müdafiə Nazirliyi həftəlik icmalı təqdim edib VİDEO

Müdafiə Nazirliyi həftəlik icmalı təqdim edib VİDEO

EYBA-nın payız konfransının iştirakçıları Ali Məhkəmədə olublar

Türk dünyası gənclərinin görüşündə 11 maddəlik yekun bəyannamə qəbul olunub VİDEO

Türk dünyası gənclərinin görüşündə 11 maddəlik yekun bəyannamə qəbul olunub VİDEO

Azərbaycanda sabaha gözlənilən hava proqnozu açıqlanıb

Nühavn – Kopenhagenin rəngarəng ürəyi - REPORTAJ VİDEO

Nühavn – Kopenhagenin rəngarəng ürəyi - REPORTAJ VİDEO

FHN Salyanda növbəti xilasetmə təlimi keçirib VİDEO

FHN Salyanda növbəti xilasetmə təlimi keçirib VİDEO

Beynəlxalq Ultramarafonun qalibi: Hər şey ideal təşkil olunmuşdu VİDEO

Beynəlxalq Ultramarafonun qalibi: Hər şey ideal təşkil olunmuşdu VİDEO

Bu saata olan əsas xəbərlər

Vətən müharibəsinin xronikası: 11 oktyabr

Qəbələ-Xankəndi III Beynəlxalq Ultramarafonunun qalibi bəlli olub VİDEO

Qəbələ-Xankəndi III Beynəlxalq Ultramarafonunun qalibi bəlli olub VİDEO

Fərid Qayıbov: III Beynəlxalq Xankəndi Ultramarafonunda iştirakçıların sayı kifayət qədər artıb VİDEO

Fərid Qayıbov: III Beynəlxalq Xankəndi Ultramarafonunda iştirakçıların sayı kifayət qədər artıb VİDEO

Süni intellektdən möhtəşəm abidələrə: Qazaxıstan paytaxtından REPORTAJ VİDEO

Süni intellektdən möhtəşəm abidələrə: Qazaxıstan paytaxtından REPORTAJ VİDEO

Azərbaycan Ankarada 4-cü Dünya Mədəniyyətləri Festivalında geniş təmsil olunub VİDEO

Azərbaycan Ankarada 4-cü Dünya Mədəniyyətləri Festivalında geniş təmsil olunub VİDEO

Gəncə terrorunun şahidləri: Altı il keçsə də, həmin gecənin ağrısı unudulmayıb

Bu gün Beynəlxalq Qız Uşaqları Günüdür

“Kür” bu gün APOEL klubu ilə cavab oyununa çıxacaq

Üçüncü Beynəlxalq Xankəndi Ultramarafonunda sonuncu mərhələyə Ağdamda start verilib

Azərbaycan Premyer Liqasında VII tura 2 oyunla yekun vurulur

Honkonqda meymunçiçəyinə yeni yoluxma halları aşkarlanıb

Azərbaycan cüdo yığması dünya çempionatının qarışıq komanda yarışında Avstriya ilə qarşılaşacaq

BMT-nin Baş katibi Ər-Riyad hava limanına hücumu pisləyib

“İnter Mayami” Messi və Suaresin dubl etdiyi matçda böyükhesablı qələbə qazanıb

ABŞ ordusu Oman körfəzində ticarət gəmisini vurub

Türk dövlətlərinin iştirakı ilə ənənəvi futbol yarışı təşkil olunacaq

Ərəb koalisiyası Ər-Riyad aeroportuna hücumda husiləri günahlandırıb

Ər-Riyadda hava limanına raket hücumu nəticəsində 12 nəfər həlak olub

Hörmüz boğazında tankerə hücum edilib

Mourinyo “Vilyarreal”la oyundan sonra mətbuat konfransını boykot edib

Tramp: ABŞ-yə Kanadanın xokkey çubuqları və maskaları lazım deyil

Makronun populyarlıq reytinqi rekord səviyyədə aşağı düşüb

Yer kürəsində son 3 ayın ən güclü maqnit qasırğası baş verib

Almaniyada gənc siyasətçi qalmaqallı xəritə paylaşımından sonra istefa verib

ABŞ-də “İsayas” qasırğası nəticəsində ölənlərin sayı artıb

Beynəlxalq Cüdo Federasiyasının bayrağı dünya çempionatının növbəti ev sahibinə təhvil verilib

Argentina səfiri: Azərbaycanla bizi birləşdirən ortaq mədəni cəhətlər var

Bakıda beynəlxalq tanqo marafonu davam edir

Premyer Liqa: “Sumqayıt” komandası mövsümdə ilk qələbəsini qazanıb

Tramp: Zelenskiyə dedik ki, Rusiyanın neft emalı zavodlarını vurma

Azərbaycan Basketbol Liqası: “Neftçi” “Ordu”nu məğlub edib

Azərbaycanlı professorun kitabı ABŞ-də təqdim olunacaq

Uşanqi Kokauri: Finalda taktiki cəhətdən səhvə yol verdim VİDEO

Uşanqi Kokauri: Finalda taktiki cəhətdən səhvə yol verdim VİDEO

Xəzərin dayazlaşması köçəri quşların məskunlaşmasına ciddi təsir göstərir

Baş nazir: Gürcüstanda yanacağın qiymətinin artımı dünyada baş verən proseslərlə əlaqədardır

Bu saata olan əsas xəbərlər

Azərbaycan cüdoçuları dünya çempionatında fərdi yarışları 7 medalla bitiriblər

Bürünc medal qazanan Azərbaycan cüdoçusu: Üçüncü yer uğrunda görüşə tam hazır deyildim VİDEO

Bürünc medal qazanan Azərbaycan cüdoçusu: Üçüncü yer uğrunda görüşə tam hazır deyildim VİDEO

Ankara Universitetinin rektoru TAU-da olub

Çin Avropaya hibrid avtomobillərin ixracını azaltmaqla bağlı Aİ ilə razılığa gəlib

Fuad Yanqildin: Hədəf həmişə yüksəkdir

Mədinə Musayeva: Sabahkı oyunda da eyni performansı göstərə biləcəyik

2027-ci il üçün Tbilisi Dövlət Peşəkar Azərbaycan Dram Teatrına ayrılan maliyyə vəsaiti artırılır

Avropa Kuboku: “Kür” ilk oyunda rəqibini məğlub edib VİDEO

Avropa Kuboku: “Kür” ilk oyunda rəqibini məğlub edib VİDEO

Uşanqi Kokauri dünya çempionatında gümüş medal qazanıb

Dünya çempionatı: Azərbaycan cüdoçusu bürünc medal qazanıb

“GastroFest 2026” festivalı yekunlaşıb

Macarıstan və Türkiyə diplomatik əməkdaşlığı genişləndirir

EYBA-nın payız konfransının iştirakçıları ADA Universitetində olub, təşkilatın Ümumi Yığıncağı keçirilib

Macarıstanın “Nepszabadsag” qəzeti on ildən sonra yenidən fəaliyyətə başlayıb

Rusiya bir sıra gürcü istehsalçılarının spirtli və qazlı içkilərinin idxalına və satışına qadağa qoyub

Ancela Kavni: Minatəmizləyənlərin cəsarətinə heyran qaldım VİDEO

Ancela Kavni: Minatəmizləyənlərin cəsarətinə heyran qaldım VİDEO

Azərbaycan cüdo nümayəndələrinə 6-cı və 7-ci dan dərəcələri üzrə sertifikatlar təqdim edilib

Rəşad Aslanov: Türk dünyası gənclərinin əməkdaşlığı böyük əhəmiyyət daşıyır

Kiyevə atılan ballistik raketlər zamanı Azərbaycan restoranı dağılıb FOTOLAR

Rektor: Türkiyə-Azərbaycan Universiteti iki qardaş ölkə arasında əlaqələrin təhsil sahəsindəki təzahürüdür

Azərbaycan Basketbol Liqasında daha bir oyun keçirilib

Ukraynanın Zaporojye vilayətində hava hücumu nəticəsində ölənlərin sayı 17 nəfərə çatıb YENİLƏNİB VİDEO

Ukraynanın Zaporojye vilayətində hava hücumu nəticəsində ölənlərin sayı 17 nəfərə çatıb YENİLƏNİB VİDEO

Çinin kənd təsərrüfatı üzrə yüksək texnologiyalar şirkətləri ilə əməkdaşlıq imkanları müzakirə edilib

Qazaxda ilk dəfə “Grace of Nature” bədii gimnastika turniri təşkil edilib