RUSİYA-TÜRKİYƏ TİCARƏTİNİN HƏCMİ İLİN SONUNADƏK TƏXMİNƏN 20 MİLYARD DOLLAR OLACAQ
O, agentliyə müsahibəsində demişdir: “Biz iki ölkə prezidentlərinin qarşıya qoyduqları vəzifənin - əmtəə dövriyyəsini 2008-ci ilədək 25 milyard dollaradək artırmaq vəzifəsinin yerinə yetirilməsinə xeyli yaxınlaşmışıq. Ümumiyyətlə, 2006-cı il iqtisadi münasibətlərin inkişafı üçün çox uğurlu il olmuşdur”.
Daşkənd sərmayə yatırımı sahəsində yaxşı şərait yarandığını vurğulamışdır. O qeyd etmişdir ki, Türkiyə biznesmenlərinin Rusiya bazarına yatırdıqları kapitalın həcmi 4 milyard dollara yaxınlaşmışdır. Cari ildə bir sıra iri layihələr həyata keçirilmişdir, məsələn, Türkiyənin “Beko” şirkəti Vladimirdə soyuducular, paltaryuyan maşınlar və televizorlar istehsal edən iri müəssisə açmış, “Şişəcəm” şirkətlər qrupu isə Ufada iri şüşə zavodu tikmişdir.
Diplomat Rusiya biznesmenlərini Türkiyədə turizm, telekommunikasiyalar, energetika kimi sahələrə daha fəal sərmayə qoymağa çağırmışdır.
Daşkənd demişdir: “Energetika sahəsində də çox böyük perspektivlərə malik yaxşı münasibətlər yaranmışdır. Hazırda “Mavi axın” boru kəməri ilə alınan qazın bir hissəsini İsrailə və başqa ölkələrə satmaq məsələsinə baxılır, təbii qazın Türkiyədə maye qaza çevrilməsinə, ölkəmizdə qaz anbarları tikilməsinə dair layihələr müzakirə edilir”.
Səfir turizmdən danışarkən bildirmişdir ki, “Türkiyə, ötən illərdəki kimi, yenə də rusiyalıların başlıca istirahət yeri olaraq qalır. İlkin hesablamalara görə, Türkiyəyə gedən Rusiya turistlərinin sayı ilin sonunadək 1,8-1,9 milyon nəfərə çatacaqdır”.