RUSİYADAN ALINAN QAZIN AZALMASI ELEKTRİK STANSİYALARININ İŞİNƏ TƏSİR ETMƏYƏCƏK
Rusiyadan alınan qazın azalması Azərbaycanın elektrik stansiyalarının işinə heç cür təsir göstərməyəcəkdir. Bunu AZƏRTAC-a “Azərenergi” Səhmdar Cəmiyyətinin mətbuat xidmətindən bildirmişlər.
Rusiya Federasiyasından alınan qazın ölkəmizin bir sıra iri elektrik stansiyaları üçün əsas yanacaq növü olması nəzərə alınarsa, onun idxalının azalması, təbiidir ki, gündəlik istifadənin aşağı düşməsinə gətirib çıxara bilər. Belə hallarda elektrik stansiyalarının normal fəaliyyəti daxili yanacaq ehtiyatları hesabına təmin olunacaqdır.
“Azenerji” SC-nın mərkəzi dispetçer idarəsi mütəxəssislərinin fikrincə, Azərbaycan energetikləri qış mövsümünə hazırlıq çərçivəsində müəyyən iş görmüşlər və lazımi miqdarda - 150 min ton mazut ehtiyatı yaratmışlar.
Bundan əlavə, “Azenerji” SC milli energetika sisteminin təhlükəsiz fəaliyyətini təmin etmək üçün operativ tədbirlər cədvəli hazırlamışdır. Beləliklə, elektrik enerjisinin istehsalında və bölüşdürülməsində heç bir fasilə gözlənilmir.
Xatırladaq ki, “Azərenerji” SC ilə Rusiya, İran və Türkiyə şirkətləri arasında enerji mübadiləsinə dair əldə edilmiş razılığa əsasən, Azərbaycan qış mövsümündə elektrik enerjisinə təlabatını ödəmək üçün lazımi miqdarda yanacaq ala biləcəkdir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 17.10.2026 [20:17]
Media: İranın cənubunda partlayış səsləri eşidilib
- 17.10.2026 [18:57]
Fransada qarşıdurmalar baş verib, saxlanılanlar var
- 17.10.2026 [18:11]
Hörmüz boğazında daha bir tanker minaya düşüb
- 17.10.2026 [14:25]
Fransada sosial etirazlar: Paris və digər şəhərlərdə toqquşmalar baş verib
Bu saata olan əsas xəbərlər
- [20:00]
Bu saata olan əsas xəbərlər
- [12:01]
Birjalarda neft bahalaşıb
- [10:44]
Qızıl və gümüş bahalaşıb
- [10:42]
Bu gün Füzuli Şəhəri Günüdür
- [08:30]
YAP İdarə Heyətinin iclası olub
- [01:05]
Tramp: ABŞ-nin İranla müharibəsi gözləniləndən daha tez başa çatacaq
- 16.10.2026 [23:51]
Qazaxda qarşıda duran əsas vəzifələr müzakirə edilib
- 16.10.2026 [23:39]
Azərbaycanın mina probleminə dair bu dəfə Xorvatiyada aksiya təşkil olunub
- 16.10.2026 [23:18]
Azərbaycan ağırlıqqaldıranı Avropa birinciliyində üç bürünc medal qazanıb
- 16.10.2026 [22:43]
Britaniya ordusunun rəhbəri müharibə təhlükəsi ilə bağlı xəbərdarlıq edib
- 16.10.2026 [21:56]
“Vaqif” operası – Ramiz Mustafayevin zəngin sənət irsinə ehtiram
- 16.10.2026 [21:38]