Ruslan Marçinkiv: Azərbaycanla Ukraynanın iş adamları birgə investisiyalarda iştirak edə bilərlər
İvano-Frankovsk, 3 may, AZƏRTAC
Azərbaycan və Ukrayna arasında tərəfdaşlıq münasibətləri var. Azərbaycan istər mədəniyyət, istərsə də turizm sahəsində bir sıra iri layihələr həyata keçirir. Biz Azərbaycanla birgə layihələr həyata keçirməkdə maraqlıyıq.
Bu sözləri AZƏRTAC-a məxsusi açıqlamasında İvano-Frankovsk şəhər Administrasiyasının meri Ruslan Marçinkiv deyib.
Onun sözlərinə görə, Azərbaycan və Ukrayna iş adamları birgə investisiya qoyuluşunda yaxından iştirak edə bilərlər. Hər iki ölkə arasında bütün sahələrdə əməkdaşlıq inkişaf edir.
“Turizm dünyada ən çox gəlir gətirən sahələrdən biridir. Bu sahədə yeni layihələr üzərində işləmək mümkündür”, - deyə mer əlavə edib.
Emil Hüseynli
AZƏRTAC-ın xüsusi müxbiri
İvano-Frankovsk
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 11.06.2026 [12:40]
Neft qiymətləri yenidən 150 dollara yüksələ bilər - PROQNOZ
- 11.06.2026 [12:37]