Saatlıda “Erkən müayinə can qurtarır!” aksiyası təşkil olunub
Bakı, 18 sentyabr, AZƏRTAC
“Paşa Holdinq”in və Səhiyyə Nazirliyinin birgə təşəbbüsü, Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi və Saatlı Rayon İcra Hakimiyyətinin dəstəyi, “ALL Medical” şirkətinin icraçılığı ilə həyata keçirilən Fərqindəlik Layihəsi çərçivəsində “Erkən müayinə can qurtarır!” aksiyası Saatlı rayonunda keçirilib.
Səhiyyə Nazirliyindən AZƏRTAC-a verilən məlumata görə, aksiyanın əsas məqsədi əhalinin sağlamlığının qorunması, xəstəliklərin erkən mərhələdə aşkarlanmasının əhəmiyyəti barədə maarifləndirmənin artırılması və sakinləri vaxtında tibbi müayinələrdən keçməyə təşviq etməkdir.
Aksiya çərçivəsində 769 tibbi konsultasiya həyata keçirilib, sakinlərə 16 qlükometr və müvafiq test-striplər təqdim olunub.
Eyni zamanda, tibbi müayinələrin əhəmiyyəti barədə məlumat verilib və sağlamlıq vəziyyətinə vaxtında nəzarət etməyin vacibliyi vurğulanıb.