Sabah ilin ilk Ay tutulması olacaq
Bakı, 4 may, AZƏRTAC
Mayın 5-də 2023-cü ilin ilk Ay tutulması hadisəsi baş verəcək. Bu tutulma hadisəsi yarımkölgəli Ay tutulması olacaq.
N.Tusi adına Şamaxı Astrofizika Rəsədxanasından AZƏRTAC-a bildirilib ki, tutulma saat 19:14-də başlayacaq, saat 23:31-də isə sona çatacaq. Tutulmanın maksimumu saat 21:24-də qeydə alınacaq.
Tutulma hadisəsini Cənub Şərqi Avropa, Asiyanın böyük hissəsi, Avstraliya, Afrika, Sakit okean, Atlantik, Hind okeanı, Antarktidada görmək mümkün olacaq.
Qeyd edək ki, tutulma başlayanda Ay üfüqdən aşağıda olduğuna görə tutulma hadisəsi Azərbaycanda saat 19:38-dən etibarən müşahidə olunacaq.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 16.06.2026 [15:53]
AzTU professoru Türkiyədə ustad dərsləri keçib
- 16.06.2026 [14:55]
Çinin Anhui Universitetinin nümayəndə heyəti BDU-da olub
- 16.06.2026 [13:23]
Valideynlərə yeni təmayül tədris modeli barədə məlumat verilib
- 16.06.2026 [12:55]
“Doktorantura” adlı metodik vəsait istifadəyə verilib
- 16.06.2026 [12:50]
Magistraturaya qəbul imtahanının yekun nəticələri elan olunub
- 16.06.2026 [12:45]
“Krım sevgisi” kitabının 2-ci cildi nəşr olunub
- 16.06.2026 [12:26]