“Sabah” klubu məğlubiyyətsiz oyunlar seriyasını 10-a çatdırıb
Bakı, 5 sentyabr, AZƏRTAC
Bakının “Sabah” klubu məğlubiyyətsiz oyunlar seriyasını 10-a çatdırıb. Murad Musayevin yetirmələri Azərbaycan Premyer Liqasının V turunda “Səbail” ilə qarşılaşıb. Mövsümün startında ardıcıl 4 qələbə qazanan “Sabah” ilk xal itkisi ilə üzləşib - 0:0.
AZƏRTAC Peşəkar Futbol Liqasına istinadla xəbər verir ki, paytaxt klubu ötən çempionatın son 5 oyununda da uduzmayıb. Sonuncu dəfə ötən mövsümün XXIII turun aprelin 16-dakı səfər görüşündə “Neftçi”yə 0:1 hesabı ilə uduzan M.Musayevin komandası yenilməzliyini 10-a çatdırıb. Bakı təmsilçisi tarixinin ən uğurlu seriyası zamanı 6 qələbə qazanıb və 4 heç-heçə edib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 11.06.2026 [19:21]
“Sabah” Fransa klubunun yarımmüdafiəçisini icarəyə götürüb
- 11.06.2026 [18:52]
“Zirə” milli komandanın futbolçusunu transfer edib
- 11.06.2026 [18:39]
“Qalatasaray”ın sabiq vitse-prezidenti azadlığa buraxılıb
- 11.06.2026 [17:53]
“Şamaxı” “Sumqayıt”ın futbolçusunu icarəyə götürüb
- 11.06.2026 [17:36]
“Qarabağ” klubunun rəhbərliyi görülən işlərlə bağlı hesabat verib
- 11.06.2026 [17:33]