“Sabah”ın idman direktoru: Düzgün strategiya ilə “Mornar”a qalib gələ bilərik
Bakı, 18 oktyabr, AZƏRTAC
“Komandamız dünən axşam oyun öncəsi son məşqini edib. Demək olar ki, hər şey qaydasındadır. Basketbolçularımız oyuna tam hazırdırlar”.
Bu sözləri AZƏRTAC-a açıqlamasında “Sabah” basketbol klubunun idman direktoru Elşən Yusubov FIBA Avropa Kubokunun müntəzəm mövsümündə Monteneqroda “Mornar” komandasına qarşı keçirəcəkləri I tur oyunu ilə bağlı danışarkən deyib.
Klub rəsmisi bildirib ki, komanda qələbə üçün əlindən gələni edəcək: “Rəqibimiz son keçirdiyi oyunlarda yaxşı nəticələr əldə edə bilməyib. Ona görə də uğursuz seriyaya son qoymaq üçün tam qüvvə ilə mübarizə aparacaqlar. Buna baxmayaraq, biz yüksək motivasiya və oyun ərzində düzgün strategiya tətbiq etməklə qələbəyə nail ola bilərik”.
Funksioner Monteneqro təmsilçisi ilə görüşə görə basketbolçularda həyəcan hiss olunmadığını vurğulayıb: “Oyunçular arasında ruh yüksəkliyi var. Komanda tam olaraq matça konsentrasiya olub. Əsas hədəf hazır şəkildə meydana çıxıb, qələbə üçün son anadək mübarizə aparmaqdır”.
Qeyd edək ki, bu gün Bar şəhərində keçiriləcək qarşılaşma Bakı vaxtı ilə saat 21:00-da başlayacaq.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 12.06.2026 [20:01]
Azərbaycan Beynəlxalq Xizək Konqresində təmsil olunub
- 12.06.2026 [18:28]
Azərbaycanı Dünya Kubokunda 8 boksçu təmsil edəcək
- 12.06.2026 [18:09]
Çövkən üzrə Azərbaycan millisi dünya çempionatının finalına vəsiqə qazanıb
- 12.06.2026 [18:06]
Azərbaycan klubu bütün legioner voleybolçuları ilə vidalaşıb
- 12.06.2026 [17:46]
Atletika üzrə Azərbaycan çempionatı start götürüb
- 12.06.2026 [16:00]
Dünya çempionatının fərdi mükafatları ictimaiyyətə təqdim olunub
- 12.06.2026 [15:38]
Rəşad Sadıqov: Braziliya millisi çempionluğa əsas namizəddir
- 12.06.2026 [15:36]