“Sabirabad Təmir-tikinti” və “Ucar ağac emalı” ASC-lərin səhm paketləri hərracda satılıb
Bakı, 24 may, AZƏRTAC
İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən keçirilən hərracda “Sabirabad Təmir-tikinti” ASC-nin 44,82 faizlik və “Ucar ağac emalı” ASC-nin 30,06 faizlik səhm paketi satılıb.
Dövlət Xidmətindən AZƏRTAC-a bildirilib ki, hərracda 3500 manat ilkin start qiyməti ilə təklif edilən “Volkswagen Passat” markalı avtomobil 4210 manata satılıb. Hərracda özəlləşdirilən əmlakların siyahısı ilə https://clck.ru/33ihWp linki vasitəsilə tanış olmaq mümkündür.
Mayın 30-da təşkil olunacaq növbəti hərraca 40 dövlət əmlakı çıxarılacaq. Bunlardan 3-ü səhmdar cəmiyyətinin səhm paketi, 12-si kiçik dövlət müəssisəsi və obyekti, 25-i isə nəqliyyat vasitəsidir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 12.06.2026 [12:58]
Aqrar sektorda rəqəmsallaşma genişlənir və sığorta sistemi gücləndirilir
- 12.06.2026 [12:34]
Sahil Babayev: Sosialyönlü xərclərə 15,3 milyard manat yönəldilib
- 12.06.2026 [12:29]