CƏMİYYƏT
Şabran sakini Sumqayıt Perinatal Mərkəzində üçəm dünyaya gətirib
Sumqayıt, 31 avqust, Ətrabə Rzayeva, AZƏRTAC
Avqustun 31-də Sumqayıt Tibb Mərkəzinin Perinatal Mərkəzində üçəm dünyaya gəlib.
Perinatal Mərkəzin rəhbəri, Əməkdar həkim Təranə Rəcəbli AZƏRTAC-a bildirib ki, uşaqların anası Şabran rayon sakini, 32 yaşlı Turan Müseyibovadır. O, təcili tibbi yardım xidməti ilə Mərkəzə gətirilib. T.Müseyibova dərhal əməliyyata alınıb və o, üçəm dünyaya gətirib.
T.Rəcəbli qeyd edib ki, körpələrin hər üçü oğlan uşağıdır, onlardan ikisi 1700 qram, biri isə 1460 qramdır. Körpələr stabil zondla qidalanırlar. Müalicə plan üzrə aparılır. Əməliyyat icbari tibbi sığorta çərçivəsində həyata keçirilib.