SABUNÇUDA RAYON GƏNCLƏRİNİN TOPLANTISI KEÇİRİLMİŞDİR
AZƏRTAC xəbər verir ki, sentyabrın 17-də Sabunçunun A.İsgəndərov adına Mədəniyyət Sarayında Azərbaycan gənclərinin V Forumu çərçivəsində rayon gənclərinin toplantısı keçirilmişdir.
Rayon gənclər və idman idarəsinin rəisi Rakif Əliyev bildirmişdir ki, hesabat dövründə “Azərbaycan gəncliyi Dövlət Proqramı (2005-2009-cu illər)” çərçivəsində rayonda bir sıra tədbirlər, o cümlədən, gənclər siyasəti, gənclərin maarifləndirilməsi, asudə vaxtlarının səmərəli təşkili, intellektual oyunlar və idman yarışları ilə bağlı tədbirlər həyata keçirilmişdir. Bundan əlavə, Azərbaycanın tarixinə və mədəniyyətinə, Xocalı soyqırımına, 20 Yanvar faciəsinə həsr olunmuş tədbirlərə də geniş yer verilmiş, videofilmlər nümayiş etdirilmişdir.
İdarə rəisi söyləmişdir ki, 2 fevral - Gənclər günü münasibətilə rayonun ictimai-siyasi həyatında fərqlənən gənclər mükafatlandırılmış, 15 sentyabr - Bilik günündə isə məktəblilərə çantalar və dərs ləvazimatları paylanmışdır.
Tədbirdə vurğulanmışdır ki, 1994-cü ildə Gənclər və İdman Nazirliyinin yaradılması gənclərin təşkilatlanmasına, mütəşəkkilliyinə, ölkənin ictimai-siyasi həyatında aparıcı mövqe tutmasına geniş şərait yaratmışdır.
Sonda rayonun ictimai həyatında fərqlənmiş gənclər təşkilatlarının bir neçə üzvü idarənin fəxri diplomlarına layiq görülmüşlər.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 16.06.2026 [20:04]
“Qarabağ” növbəti transferini gerçəkləşdirib
- 16.06.2026 [19:15]
“Qarabağ”ın Avropa Liqasındakı ilk rəqibi müəyyənləşib
- 16.06.2026 [18:28]
Çempionlar Liqası: “Sabah”ın I təsnifat mərhələsindəki rəqibi bəlli olub
- 16.06.2026 [18:07]
İngiltərə millisinin futbolçusu dünya çempionatını buraxacaq
- 16.06.2026 [16:57]
Azərbaycan yığmasının futbolçusu: Milli komandada inkişaf hiss olunur
- 16.06.2026 [16:20]
Mərakeş millisinin sabiq futbolçusu: Ümid edirəm ki, dünya çempionu olacağıq
- 16.06.2026 [16:07]