ŞAHBAZYAN VƏ QULDUR DƏSTƏSİNİN ÜZVLƏRİ TUTULMUŞLAR
Əməliyyat işçiləri hadisə yerinə baxış keçirərkən zərər çəkmiş ailəyə tanış olan şəxslərə diqqət yetirmişlər. Onların biri - heç yerdə işləməyən yerli sakin, əslən ermənistanlı olan Şahbazyan şübhə doğurmuşdur. İnformatorlar bildirmişlər ki, o, əvvəllər Novomoskovskın cinayətkar qruplaşmalarından birinin üzvü olmuşdur. Odur ki, erməniyə göz qoymuşlar. Nəticədə, əməliyyat işçilərinin şübhəsi doğru çıxmışdır.
Hüquq-mühafizə orqanlarının əməkdaşları kompleks əməliyyat tədbirləri keçirərək, Şahbazyanın cinayətkar qruplaşma ilə əlaqədə olduğunu müəyyənləşdirmiş və tezliklə bu dəstəni yaxalamışlar.
Lakin məhkəmə zamanı Şahbazyan və əlaltıları mühafizənin odlu silahını zor gücünə ələ keçirərək, girovlar götürmüş, mühafizəçi əsgəri yaralayaraq aradan çıxmışlar. Buna baxmayaraq, quldurlar tezliklə tutulmuşlar.