Sahibkarlar arasında stolüstü tennis turniri keçirilib
Bakı, 13 avqust, AZƏRTAC
Sahibkarlar və biznes fəaliyyətinə maraq göstərən gənclər arasında əməkdaşlığın genişləndirilməsi, eləcə də sağlam həyat tərzinin təşviqi məqsədilə Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) və Gənclər və İdman Nazirliyinin Qusar rayon Gənclər və İdman İdarəsinin təşkilatçılığı ilə stolüstü tennis turniri keçirilib.
KOBİA-dan AZƏRTAC-a bildirilib ki, Qusar Olimpiya İdman Kompleksində təşkil olunmuş turnirdə 60-a yaxın sahibkar və biznes fəaliyyətinə maraq göstərən gənclər iştirak edib. Turnirin qaliblərinə diplom, medal və xatirə hədiyyələri təqdim olunub.