Azərbaycan Dövlət İnformasiya Agentliyi

Sahibkarlığın inkişafında informasiya texnologiyalarının rolu

Sahibkarlığın inkişafında informasiya texnologiyalarının rolu

Bakı, 31 oktyabr, AZƏRTAC

Əsası xalqımızın ümummilli lideri Heydər Əliyev tərəfindən qoyulmuş və uzunmüddətli dövrə hesablanmış iqtisadi siyasət ölkəmizdə dinamik iqtisadi inkişaf üçün əsaslı zəmin yaradıb.

Möhtərəm Prezident İlham Əliyevin apardığı uğurlu iqtisadi inkişaf strategiyasının icrası nəticəsində son on beş ildə ölkəmizdə sahibkarlıq mühiti daha da inkişaf edib və geniş sahibkarlar təbəqəsi formalaşıb. Ötən müddət ərzində sahibkarlığın inkişafı ilə bağlı Prezident İlham Əliyev tərəfindən onlarla Fərman və Sərəncam imzalanıb, dövlət proqramları və inkişaf konsepsiyaları təsdiq edilib. Son dövrlərdə öz möhtəşəmliyi ilə seçilən Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 6 dekabr tarixli 1138 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Milli iqtisadiyyat və iqtisadiyyatın on bir əsas sektoru üzrə strateji yol xəritələri"ni buna nümunə olaraq göstərmək olar.

Qeyri-neft sektorunun inkişafına ayrılan xüsusi diqqət, habelə iqtisadiyyatın şaxələndirilməsi, idxaldan asılılığın sıfıra endirilməsi, yerli istehsal həcminin və ixrac dövriyyəsinin daha da artırılması ilə bağlı aparılan islahatlar uğurlu iqtisadi inkişaf strategiyasının əsas tərkib hissələrindəndir.

İqtisadiyyatın bütün sahələrinin inkişafı üçün atılan məqsədyönlü addımlar biz sahibkarları sevindirir, yeni-yeni layihələrə investisiya qoyulması və yeni iş yerlərinin yaradılması üçün təşviq edir. Dövlətimizin sahibkarlara olan bu diqqət və qayğısını bir sahibkar olaraq mən də yaxından hiss edirəm və təbii ki, bu da biznes fəaliyyətimə daha yaradıcı və həvəslə yanaşmağıma öz müsbət təsirini göstərir.

Gənc sahibkar olaraq informasiya texnologiyaları sahəsində fəaliyyət göstərən şirkətlərə qoyulan investisiyanın cəmiyyətimiz və sahibkarın özü üçün daha faydalı olması barədə təcrübəmi bölüşmək istərdim. Ölkəmizdə elektron hökumət sisteminin mövcud olduğu, dövlət orqanları tərəfindən yüzlərlə elektron xidmətlərin göstərildiyi, rəqəmsal biznesin geniş vüsət aldığı, digital reklama tələbin artdığı, izləyici və müştəri kütləsinin biznes obyektini artıq müxtəlif sayt və səhifələrin üzərindən axtardığı, elektron alış-verişin geniş yayıldığı və elektron ödəmə portallarının sayının çoxaldığı bir dövrdə hər kəsin informasiya texnologiyaları sahəsində fəaliyyət göstərən şirkətlərə olan tələbatını daha da artırır.

Onu qeyd edə bilərəm ki, son dövrlərdə möhtərəm Prezident İlham Əliyev informasiya texnologiyalarının dövlətimizin, cəmiyyətimizin və ümumilikdə, biznesin inkişafında rolunu artırmaq üçün xeyli sayda mühüm qərarlar qəbul edib. Bunlara nümunə olaraq, müvafiq fərman və sərəncamlarla təsdiq edilmiş "Azərbaycan Respublikasında informasiya cəmiyyətinin inkişafına dair 2014-2020-ci illər üçün Milli Strategiya", "Azərbaycan gəncliyi 2017-2021-ci illərdə Dövlət Proqramı", "Azərbaycan Respublikasında telekommunikasiya və informasiya texnologiyalarının inkişafına dair Strateji Yol Xəritəsi", "2018-2020-ci illərdə Azərbaycan Respublikasında rəqəmsal ödənişlərin genişləndirilməsi üzrə Dövlət Proqramı"nı qeyd etmək olar. Qəbul edilən bu önəmli sənədlərdə qeyri-neft sektorunun inkişafının yalnız innovasiyayönümlü iqtisadiyyatın qurulması ilə mümkün olacağı, informasiya texnologiyalarının geniş tətbiqi ilə sahibkarlıq subyektlərinin fəaliyyətində məhsuldarlığın artırılması, ölkədə informasiya cəmiyyətinin bərqərar olması, İKT-nin dövlət idarəçiliyində hərtərəfli tətbiqi, habelə sosial-iqtisadi və mədəni sahələrin inkişafına təkan verən iqtisadi sektor kimi inkişaf etdirilməsi, informasiya texnologiyaları sahəsində gənclərin bilik və bacarıqlarının artırılması, onların yaradıcı və innovativ potensialının üzə çıxarılmasının dəstəklənməsi ilə bağlı xeyli tələblər və görülməli tədbirlər nəzərdə tutulub.

Təsisçisi olduğum "Global Technology Services" (www.gtservices.az ) şirkəti informasiya texnologiyaları bazarında kreativ layihələrin icraçısı kimi seçilməklə, tərkibində ayrı-ayrı sahələrdə fəaliyyət göstərən "Hostimul", "Web Coder" və "Azerbaijan Digital Arts School (ADAS)"  şirkətlərini birləşdirir.

"WebCoder" şirkəti (www.webcoder.az) - saytların yaradılması sahəsində böyük təcrübəyə malikdir, bundan başqa ERP və CRM tipli kompleks avtomatlaşdırma sistemləri, proqramlaşdırma, neyminq, brendinq və dizayn işləri ilə məşğuldur.

"Hostimul" şirkəti (www.hostimul.com) - 2017-ci ildə fəaliyyətə başlayıb və hostinq xidmətlərinin göstərilməsi üzrə ixtisaslaşıb. Bu gün "Hostimul" hostinq sahəsində müxtəlif istiqamətlər üzrə xidmətlər, saytların yerləşdirilməsi, domein adlarının qeydiyyatı, VPS və fiziki serverlərin icarəsi xidmətlərini təklif edir.

"Azerbaijan Digital Arts School (ADAS)" şirkəti (www.adas.az) - 2018-ci ildən fəaliyyətə başlayıb. ADAS-ın əsas məqsədi ölkəmizdə proqramlaşdırma, qrafik dizayn və SEO sahələrini inkişaf etdirmək, bu istiqamətlər üzrə peşəkar kadrları yetişdirməkdir. Burada hər üç sahə peşəkar mütəxəssislər tərəfindən akademik səviyyədə tədris olunur. ADAS-ın özəlliyi ondan ibarətdir ki, tələbələri real şirkətlərdə təcrübədən keçmək imkanına malikdirlər. Tədrisi müvəffəqiyyətlə bitirən tələbələr isə biz tərəfdən işlə təmin edilir.

Onu da qeyd edim ki, "Global Technology Services" şirkəti Azərbaycan Respublikasının Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi tərəfindən hostinq provayderi olaraq rəsmi qeydiyyata alınmış üç şirkətdən biridir. Şirkətin göstərdiyi xidmətlərin keyfiyyəti beynəlxalq keyfiyyət standartlarına uyğun olaraq, ISO 9001: 2015, ISO / IEC 20000-1:2011, ISO / IEC 27001:2013 sertifikatları ilə təsdiqlənib.

İldən-ilə daha da genişlənən və inkişaf edən IT sektoru həyatımızda əhəmiyyətli bir yerə sahibdir. Kompüterdən mobil telefonlara, planşetlərdən geyinilə bilən texnologiyalara qədər bir çox sahəni əhatə edən informasiya texnologiyaları ehtiyaclara uyğun olaraq inkişaf etməyə davam edir. Hazırda informasiya texnologiyalarının əsas komponentləri olan kompüterlər və telefonlar həyatımızı daha da asanlaşdırıb, hər kəs üçün daha rahat və sürətli məlumat əldə etmə imkanı yaradıb. Xüsusilə son bir neçə ildə mobil telefonların inkişafı informasiya texnologiyalarına fərqli bir ölçü gətirdi.

Əvvəllər ölkələrin inkişafı hərbi qüvvələrin səviyyəsi ilə müəyyən edilirdisə, günümüzdə texnologiya anlayışı əsas ölçü kimi götürülür. Görürük ki, texnologiya sahəsinə sərmayə qoyan və inkişaf etdirən ölkələr iqtisadi cəhətdən daha inkişaf edib və xaricdən daha az asılıdır.

İnformasiya texnologiyaları məhsullarının əsas ehtiyaca çevrilməsi IT sektorunun sürətli inkişafına gətirib çıxarıb. Bununla da IT sektorunda dövlətlərin və şirkətlərin investisiyaları artmağa başlayıb. Dünyanın tanınmış texnologiya şirkətləri araşdırma və inkişaf etdirmə üçün milyardlarla vəsait xərcləyir. Misal üçün, "Microsoft", "Apple" və "Samsung" kimi nəhəng şirkətlərin adlarını çəkmək olar. Bu şirkətlər hər il inkişafları üçün 10 milyard dollardan çox vəsait xərcləyirlər.

Təsadüfü deyil ki, dünyanın ən çox sərvətə malik insanları informasiya texnologiyaları sahəsində fəaliyyət göstərən şirkətlərin təsisçiləri və menecerləridir. Buna misal olaraq qeyd etmək olar ki, "Microsoft" şirkətinin təsisçisi Bill Gatesin 70 milyard dollardan çox, "Facebook" şirkətinin təsisçisi Mark Zuckerbergin 60 milyard dollardan çox, "Oracle" şirkətinin təsisçisi Larry Ellisonun 40 milyard dollardan çox, "Google" şirkətinin təsisçiləri Larry Page və Sergey Brinin 30 milyard dollardan çox sərvəti var. Bu bizə IT sektorunun dünya bazarında payının nə qədər böyük olduğunu göstərir.

IT sektoru hər il genişlənməyə davam edir. Sürətlə yenilənən bu sektorda yer almaq üçün biz daim özümüzü inkişaf etdirməli və sektorun özü kimi yeniliklərə açıq olmalıyıq.

"Global Technology Services" ailəsi olaraq əsas məqsədimiz informasiya texnologiyaları sahəsində dünyada baş verən yenilikləri tətbiq etməklə ölkəmizdə rəqəmsal biznesin formalaşması prosesində yaxından iştirak etmək, IT bazarını və unikal rəqəmsal informasiya xidmətlərini inkişaf etdirmək, IT üzrə yeni mütəxəssisləri yetişdirməklə əmək bazarına öz töhfəmizi verməkdən ibarətdir. Eyni zamanda, bu sahədə öz xidmət və məhsullarımızı dünya bazarına ixrac etmək də hədəflərimizdəndir. Əminik ki, ölkəmizdə biz sahibkarlar üçün yaradılan geniş imkanlar hədəflərimizə asanlıqla nail olmağımıza səbəb olacaq.

Mirzəyev Əli Məmməd oğlu

gənc sahibkar,

AMEA-nın İqtisadiyyat İnstitutunun dissertantı

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Prezident İlham Əliyev ABŞ Prezidenti Donald Trampı 80 illik yubileyi münasibətilə təbrik edib

“Türk dünyasının gənclər paytaxtı” statusu Xivəyə təhvil verilib

Ukrayna nəşrində Milli Qurtuluş Günü ilə bağlı məqalə dərc olunub

Şamaxıdakı Beynəlxalq Barbekü Festivalı mükafatlandırma ilə başa çatıb

Diaz Ahmetjanov: Tatar xalqının milli “Sabantuy” bayramı İçərişəhərdə ilk dəfə təşkil edilir

Azərbaycan karateçisi Mərakeşdə qızıl medal qazanıb

Prezident İlham Əliyevin sosial media hesablarında Milli Qurtuluş Günü münasibətilə paylaşım edilib

Birinci vitse-prezident Mehriban Əliyeva Milli Qurtuluş Günü münasibətilə paylaşım edib

Almaniya millisi dünya çempionatına böyükhesablı qələbə ilə başlayıb

Missuri ştatında təyyarə qəzaya uğrayıb, 12 nəfər ölüb

Serbiya Prezidenti ilk dəfə Gürcüstana rəsmi səfərə edəcək

Azərbaycanın qazandığı uğurların əsasında 33 il əvvəl formalaşdırılan dövlətçilik modeli dayanır- ŞƏRH

Putin və Tramp arasında telefon danışığı olub

Tbilisinin mərkəzindəki yaşayış binasında güclü yanğın baş verib

Üçüncü Beynəlxalq Mənəvi və Bədən Təcrübələri Festivalı – “Nine Senses Fest 2026” başa çatıb

Ermənistan MSK parlament seçkilərinin son nəticələrini açıqlayıb

Azərbaycan şahmatçısı beynəlxalq turnirdə çempionluğu təmin edib

İçərişəhərdə tatar xalqının “Sabantuy” milli bayramı təntənəli şəkildə qeyd olunub

Nizami Gəncəvinin Marneuli şəhərindəki büstü yenidən bərpa olunur - REPORTAJ

Siklon Avropanı ağuşuna alır: Aidiyyəti qurumlar yüksək hava şəraitinə hazırlaşır

Tramp Beyrutdakı hücumuna görə Netanyahuya əsəbləşib

G7 sammiti öncəsi Evian-le-Bən və Cenevrədə misli görünməmiş təhlükəsizlik tədbirləri

Mədəni qastrol proqramının növbəti ünvanı Xankəndi şəhəri olub

Avropa Kuboku: Azərbaycan basketbol millisi final mərhələsinə vəsiqə qazanıb

Türkiyənin hakim partiyası: Avropa Parlamenti nüfuzunu itirir

Tramp İranla sülh müqavilənin yaxın 2-3 saat ərzində imzalanmasının gözlənildiyini deyib

Rusiya və Türkiyənin xarici işlər nazirləri Cənubi Qafqaz və Yaxın Şərqdəki vəziyyəti müzakirə edəcəklər

Bu saata olan əsas xəbərlər

“Axios”: İsrail ABŞ tərəfini Livanın cənubuna bugünkü hücumla bağlı qabaqcadan məlumatlandırıb

Ukraynanın Krivoy-Roq şəhərində Milli Qurtuluş Günü qeyd edilib

Xarici sərmayədarlar Küveytdə 15 il yaşamaq hüququ əldə edə biləcəklər

Zelenski ilə Tramp arasında telefon danışığı olub

FHN: Binə qəsəbəsində açıq ərazidə baş verən yanğın söndürülüb

Tramp: İranla sülh sazişinə çox yaxın olduğumuz bir gündə Beyruta hücum baş verməməli idi

Qahirədə qeyri-adi əməliyyat: Pasiyentin mədəsindən 100 ədəd metal əşya çıxarılıb

Avropa Kuboku: Azərbaycan basketbol millisi finala yüksəlib

İsrail Beyrutun cənubundakı hədəflərə zərbələr endirib

Şəhid mayor Elnur Hacıyevin xatirəsi anılıb

“Gimnastika hamı üçün” festivalı başa çatıb

Baş katib: “Gimnastika hamı üçün” festivalına maraq ildən-ilə artır

Qarabağın və Şərqi Zəngəzurun aqrar gələcəyi ilə bağlı yeni planlar nələrdir? VİDEO

Qarabağın və Şərqi Zəngəzurun aqrar gələcəyi ilə bağlı yeni planlar nələrdir? VİDEO

BDU-nun nəzdində “Gənc istedadlar” liseyində “Son zəng”

Peru Prezidenti Azərbaycan səfirinin etimadnaməsini qəbul edib

Almatıda TDT-nin Beynəlxalq Gənclər Düşərgəsi başa çatıb

Prezidentin köməkçisi Hikmət Hacıyev ilə Ermənistanın Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan arasında işgüzar görüş keçirilib

Heydər Əliyevin Ukrayna xalqı qarşısında xidmətləri – tarixi faktlar və rəylər

Milli Qurtuluş Günü dövlətçiliyin xilası, xalqın birliyi və gələcəyə inamın təntənəsidir- ŞƏRH

Sərhədçi gənc əsgərlər Vətənə sədaqət andı içiblər

Oğuzda Milli Qurtuluş Günü qeyd olunub

Müdafiə Nazirliyi həftəlik icmalı təqdim edib VİDEO

Müdafiə Nazirliyi həftəlik icmalı təqdim edib VİDEO

Türkiyədə “Ankara Hava Limanı”nın açılışı olacaq

Ebola virusu Konqoda sürətlə yayılır

Beynəlxalq konfrans iştirakçıları Ulu Öndər Heydər Əliyevin məzarını, Şəhidlər xiyabanını və “Türk şəhidliyi” abidəsini ziyarət ediblər

Ukraynalı filosof: Heydər Əliyevin qayıdışı ilə onilliklər boyu düşünə bilən bir dövlətin təməli qoyulurdu

Aİ siyasətçilərinin demoqrafik böhranla bağlı narahatlıqları artıb

AAYDA: Sel suları nəticəsində zədələnmiş 25 avtomobil yolunda infrastruktur bərpa edilir

Milli Qurtuluş Günü münasibətilə vətəndaşlara pulsuz hüquqi yardım göstərilib

Xətai rayonunda şəhid mayor İlqar Verdiyevin şərəfinə ucaldılmış abidənin açılışı olub VİDEO

Xətai rayonunda şəhid mayor İlqar Verdiyevin şərəfinə ucaldılmış abidənin açılışı olub VİDEO

Britaniyada həkimlər hökumətin yeni təklifindən sonra tətili təxirə salıblar

Kurık limanında Trans-Xəzər fiber-optik kabel xətti üçün yük qəbul edilib

Zelenski Rusiya ərazilərinə endirilən hava zərbələrinin detallarını açıqlayıb

Aygün Attar: Bu günün güclü, qalib və suveren Azərbaycanı Heydər Əliyev dövlətçilik məktəbinin parlaq nəticəsidir

Bakı-Naxçıvan-Bakı marşrutu üzrə bu günə olan reyslər ləğv olunub VİDEO

Bakı-Naxçıvan-Bakı marşrutu üzrə bu günə olan reyslər ləğv olunub VİDEO

Qazaxıstan-Rusiya sərhədində yük maşınlarının sıxlığı müşahidə olunur

Britaniya La-Manş boğazında Rusiyanın “kölgə donanmasına” məxsus neft tankerini saxlayıb

Azərbaycanda sabaha gözlənilən hava proqnozu açıqlanıb

Akkan Suver: Azərbaycan öz uğurlarının əsasını 15 iyun 1993-cü ildə qoyulmuş dövlətçilik kursuna borcludur

Türkiyə Avropa Parlamentində səsverməyə çıxarılacaq layihəyə etiraz edib

Abşeron rayonunda Milli Qurtuluş Günü təntənə ilə qeyd edilib

Azərbaycan şahmatçıları dünya çempionatında mübarizə aparacaqlar

Bu saata olan əsas xəbərlər

MDU-nun rektoru: Milli Qurtuluş Günü Azərbaycan təhsilinin uğurlu gələcəyinə gedən yolun təməlidir

“Yüksəliş” müsabiqəsinin əyani mərhələsinin son turu təşkil olunub

Balakəndə “Qurtuluşdan Zəfərə” konfransı baş tutub

Qurtuluşdan Böyük Zəfərə: Heydər Əliyev siyasətinin tarixi nəticələri

Mədəniyyət Nazirliyi yazıçı-dramaturq Hidayət Orucovun vəfatı ilə bağlı məlumat yayıb

Fuad Rəsulov: Bu gün minlərlə xəstənin həyatının xilas edilməsində dövlət dəstəyi mühüm rol oynayır

Ağdamda ildırım düşməsi nəticəsində baş vermiş yanğın söndürülüb – YENİLƏNİB

Türkiyə millisi dünya çempionatına məğlubiyyətlə başlayıb

Dünya bazarında qızıl və gümüş bahalaşıb

Dünya birjalarında neft ucuzlaşıb

Yəmənli alpinist vulkan kraterinə yıxılaraq ölüb

Milli Qurtuluş Günü və məhkəmə hakimiyyətinin formalaşması

İyunun 14-ü Ümumdünya Qan Donoru Günüdür

15 İyun Türk dünyasının strateji birliyinə aparan yolun başlanğıcı oldu - ŞƏRH

Konqoda Eboladan ölənlərin sayı 149-a çatıb

Floridada helikopter qəzaya uğrayıb, dörd nəfər xəsarət alıb

ABŞ-dən İrana dəniz blokadası: 141 ticarət gəmisi ələ keçirilib

Dünya çempionatı: Braziliya millisi xal itirib

Kaluqa hava limanı fəaliyyətini dayandırıb

Ralf Ranqnik Avstriya millisi ilə yeni müqavilə imzalayıb

Şimali Koreyadan ABŞ-yə cavab: Nüvə dövləti olaraq qalacağıq

İsveçrə yığması dünya çempionatları tarixində ilk penalti qolunu vurub

“Axios”: ABŞ və İran arasında atəşkəsi uzadacaq virtual memorandum hazırlanır

Dünya çempionatı: Qətər son dəqiqə qolu ilə bir xal qazanıb

Tbilisidə 11 əvvəl baş vermiş təbii fəlakət qurbanlarının xatirəsi anılıb

DİN: “Son zəng” tədbirləri yüksək təhlükəsizlik şəraitində başa çatıb

MDU beynəlxalq reytinqdə ilk dəfə iştirak edib, ölkə üzrə 12-ci yerdə qərarlaşıb

Makron Versal sarayında Trampın şərəfinə rəsmi qəbul təşkil edəcək

BDU-da cari tədris ilini ən yüksək ÜOMG ilə bitirən məzunların adları açıqlanıb