Azərbaycan Dövlət İnformasiya Agentliyi

“Sahibkarlıq günü”nə həsr olunmuş konfrans keçirilib YENİLƏNİB VİDEO

Bakı, 25 may, Ramiz Quliyev, Elvin Camalov, AZƏRTAC

Mayın 25-də İqtisadiyyat Nazirliyinin və Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının dəstəyi, Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (AZPROMO) təşkilatçılığı və aidiyyəti dövlət qurumlarının, sahibkarların, ictimai birliklərin nümayəndələri, eləcə də müxtəlif sahələrdə fəaliyyət göstərən sahibkarların iştirakı ilə “Sahibkarlar günü”nə həsr olunan konfrans keçirilib.

Əvvəlcə tədbir iştirakçıları Fəxri Xiyabanda Ümummilli Lider Heydər Əliyevin məzarını ziyarət edib, xatirəsini ehtiramla anaraq abidəsi önünə əklil qoyublar. Görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın məzarı da ziyarət edilib, abidəsi önünə çiçək dəstələri düzülüb. Konfrans iştirakçıları, həmçinin Şəhidlər Xiyabanında Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda canlarından keçmiş qəhrəmanlarımızın xatirəsini ehtiramla yad edib, “Əbədi Məşəl” kompleksinə əklil qoyublar.

Bakı Biznes Mərkəzinin foyesində İqtisadiyyat Nazirliyinin Sahibkarlığın inkişafı siyasəti və sənaye şöbələrinin, Sahibkarlığa Kömək Milli Fondunun, AZPROMO-nun, Azərbaycan İnvestisiya Şirkətinin, sənaye parklarının və məhəllələrinin, Kiçik və Orta Sahibkarlığın İnkişafı Agentliyinin, “Təmiz Şəhər” ASC-nin, Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının, Azərbaycan Banklar Assosiasiyasının sahibkarlığın inkişafı və dəstəklənməsi sahəsində gördüyü işlərə dair stendlər quraşdırılıb, maarifləndirici materiallar yerləşdirilib.

Müvafiq qurumların nümayəndələri təmsil etdikləri sahələr üzrə konfrans iştirakçılarına ətraflı məlumat verib, KİV nümayəndələrinin suallarını cavablandırıblar.

Tədbirdə çıxış edən iqtisadiyyat naziri Şahin Mustafayev ümummilli lider Heydər Əliyevin əsasını qoyduğu ölkəmizin hərtərəfli inkişaf strategiyasının Prezident İlham Əliyev tərəfindən böyük uzaqgörənliklə davam etdirilməsi nəticəsində digər sahələrdə olduğu kimi, özəl sektorda da sürətli inkişafa nail ounduğunu, bu istiqamətdə bir çox sistemli və ardıcıl tədbirlərin, kompleks islahatların həyata keçirildiyini vurğulayıb.

Qeyd edilib ki, Azərbaycan Respublikası Prezidentinin Sərəncamına uyğun olaraq, üçüncü ildir keçirilən “Sahibkarlar Günü” də sahibkarlara göstərilən qayğının bariz nümunəsidir.

Nazir Şahin Mustafayev vurğulayıb ki, aprelin 11-də keçirilmiş Prezident seçkiləri bir daha xalqımızın son 15 il ərzində ölkəmizdə görülmüş genişmiqyaslı işləri yüksək qiymətləndirdiyini və Azərbaycanda sabitliyi, əmin-amanlığı, iqtisadi inkişafı təmin edən siyasəti dəstəklədiyini bir daha təsdiq edir.

Nazir diqqətə çatdırıb ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən iqtisadi siyasətin prioritet istiqaməti kimi ölkəmizdə əlverişli biznes və investisiya mühiti yaradılıb. “Ölkəmizin gələcək inkişafı sahibkarlığın inkişafından asılıdır” strateji xəttinə uyğun olaraq qanunvericiliyin təkmilləşdirilməsi, şəffaf inzibati tənzimləmə, dövlət dəstəyi mexanizmlərinin genişləndirilməsi, sahibkarların hüquqlarının və qanuni mənafelərinin etibarlı müdafiəsi təmin edilir. İqtisadiyyatın aparıcı qüvvəsi olan sahibkarlığın inkişafının dəstəklənməsi dövlət başçısının daim diqqətindədir və bu istiqamətdə yeni iqtisadi islahatlar paketi reallaşdırılır. Belə ki, sahibkarlıq sahəsində aparılan yoxlamalar 2021-ci ilədək dayandırılıb, lisenziya tələb olunan fəaliyyət növlərinin və icazələrin sayı əhəmiyyətli dərəcədə azaldılıb, prosedurlar sadələşdirilib və lisenziyaların elektron qaydada verilməsi üçün “Lisenziyalar və icazələr” portalı istifadəyə verilib, investisiyaların və ixracın təşviqi mexanizmləri tətbiq olunur, yerli istehsalın dəstəklənməsi üçün kompleks və ardıcıl tədbirlər həyata keçirilir, dövlət satınalmalarında yerli istehsala üstünlük verilir. Kiçik və Orta Sahibkarlığın İnkişafı Agentliyi yaradılıb, vergi və gömrük prosedurları sadələşdirilib. Həyata keçirilmiş məqsədyönlü tədbirlər nəticəsində son 15 ildə ölkə iqtisadiyyatı 3,2 dəfə, sahibkarlıq subyektlərinin sayı 4,3 dəfə artıb, özəl bölmənin payı artaraq ÜDM-də 84 faizi, məşğulluqda isə 75 faizi ötüb, 90 mindən çox müəssisə yaradılıb.

Görülmüş tədbirlər beynəlxalq hesabatlarda da öz müsbət əksini tapır. Dünya İqtisadi Forumunun Qlobal Rəqabətlilik Hesabatlarında Azərbaycan 2005-ci ildən 2017-ci ilədək olan dövrdə 69-cu yerdən 35-ci yerə yüksəlib və 2009-cu ildən indiyə kimi MDB-də liderliyini qoruyub saxlayır. “Doing Business 2018” hesabatında Azərbaycan ötən illə müqayisədə 8 pillə irəliləyib və 190 ölkə arasında 57-ci pillədə qərarlaşıb, Avropa və Mərkəzi Asiya regionunda 4 və daha çox islahat aparan 3 ölkədən biridir.

İqtisadiyyat naziri qeyd edib ki, qeyri-neft sektorunda istehsal və ixrac potensialının artırılması məqsədilə Sumqayıt Kimya, Balaxanı, Mingəçevir, Qaradağ və Pirallahı sənaye parkları, Mingəçevir, Pirallahı və Milli Elmlər Akademiyasının yüksək texnologiya parkları, Neftçala, Masallı, Hacıqabul və Sabirabad sənaye məhəllələrinin yaradılması istiqamətində əhəmiyyətli işlər görülüb, tikintisi tamamlanmış sənaye zonalarında müasir standartlara uyğun müəssisələr fəaliyyətə başlayıb. Həmçinin 2,5 milyard manatlıq investisiya qoyuluşunu nəzərdə tutan 271 layihə üçün İnvestisiya Təşviqi Sənədi verilib. Artıq bu layihələrin 130-u üzrə müəssisələr fəaliyyətə başlayıb. Hazırda 30 rayon üzrə 191,8 min hektar ərazidə 45 aqroparkın yaradılması təşviq olunur. Xaçmaz, Şəmkir və Cəlilabad aqroparklarında 1-ci mərhələ üzrə işlər başa çatıb. 2018-ci ildə 15 aqroparkın istifadəyə verilməsi gözlənilir.

İndiyədək 35 mindən çox sahibkara 2,2 milyard manatadək güzəştli kredit verilib. 2018-ci ildə isə qaytarılmış kreditlər hesabına sahibkarlara minimum 170 milyon manat güzəştli kreditin verilməsi nəzərdə tutulur.

Ölkəmizin xarici iqtisadi əlaqələrinin genişləndirilməsində ixrac təşviqi mexanizmləri xüsusi əhəmiyyət kəsb edir və indiyədək xarici ölkələrə 13 ixrac missiyası təşkil olunub, sahibkarlara 4,6 milyon manat ixrac təşviqi ödənilib, ölkəmiz 11 beynəlxalq sərgidə “Made in Azerbaijan” vahid ölkə stendi ilə təmsil olunub. Sahibkarlardan bazar araşdırmalarının aparılması üçün 50-yə yaxın sifariş daxil olub və artıq 12 bazar araşdırması aparılıb. Belarusda Azərbaycan Ticarət Evi artıq 1 ildən çoxdur ki, sahibkarların istifadəsindədir. Latviya və Ukraynada da Azərbaycan ticarət evlərinin yaradılması işləri yekunlaşmaq üzrədir. Çin, Rusiya, BƏƏ və Polşada Azərbaycanın ticarət nümayəndələri təyin edilib. Dövlət-özəl əməkdaşlığının genişləndirilməsi üçün 15 istehsalçılar və ixracatçılar assosiasiyası, İxracatçılar Klubu yaradılıb. Yerli istehsalının potensialının yüksəldilməsi və ixracın dəstəklənməsi tədbirləri nəticəsində qeyri-neft ixracı 2017-ci ildə 24,4 faiz, 2018-ci ilin I rübündə isə 35 faizə yaxın artıb. Eyni zamanda, Azərbaycanın tranzit potensialının yüksəldilməsi məqsədilə Bakı-Tbilisi-Qars dəmir yolu, Bakı Beynəlxalq Dəniz Ticarət Limanı kompleksi istifadəyə verilib ki, bu da sahibkarlar üçün geniş imkanlar açır, özəl bölmənin fəaliyyətini stimullaşdırır. İqtisadiyyat naziri sahibkarlara göstərdiyi böyük diqqət və qayğıya, yaradılan əlverişli şəraitə görə dövlət başçısına bir daha minnətdarlığını bildirib, iş adamlarını “Sahibkarlar Günü” münasibətilə təbrik edib.

Sonra sahibkarlığın inkişafına həsr olunmuş “Dayanıqlı inkişaf. Güclü sahibkarlıq” filmi nümayiş olunub.

Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri, akademik Ziyad Səmədzadə dövlət başçısının rəhbərliyi ilə son dövrlərdə ölkəmizdə sahibkarlıq sahəsində həyata keçirilən effektli islahatlar və qəbul edilən qanunvericilik aktlarının sahibkarlığın inkişafında önəmli rolunu diqqətə çatdırıb, özəl bölmənin və biznes mühitinin daha da yaxşılaşdırılması sahəsində həyata keçirilən tədbirlər barədə fikirlərini bölüşüb.

Sahibkarlarla bağlı xüsusi günün qeyd edilməsinin ölkədə biznes mühitinə, özəl sektora verilən böyük önəmin göstəricisi olduğunu bildirən vergilər naziri Mikayıl Cabbarov vergi sistemində aparılan dəyişikliklərin başlıca prinsipləri, vergiödəyiciləri ilə münasibətdə şəffaflığın təmin olunması, onların qarşılaşdığı məsələlərin həll olunması istiqamətində görülən işlər barədə danışıb.

Kənd təsərrüfatı naziri İnam Kərimov çıxışında kənd təsərrüfatının inkişafı sahəsində həyata keçirilən tədbirlərdən, aqrar sahənin inkişafında sahibkarlığın rolundan bəhs edib, Azərbaycan dövlətinin daim sahibkarlara dəstəyini davam etdirdiyini vurğulayıb.

Dövlət Gömrük Komitəsinin sədri Səfər Mehdiyev tədbirdəki çıxışında dövlət başçısının rəhbərliyi ilə gömrük sahəsində həyata keçirilən islahatlar, həyata keçirilən tədbirlərin iqtisadiyyatın və ticarətin inkişafındakı rolu, gömrük orqanlarının modernləşdirilməsi, gömrük işinin daha səmərəli təşkili istiqamətində həyata keçirilən innovativ tədbirlər barədə məlumat verib.

Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının sədri Səttar Möhbalıyev bildirib ki, dövlət başçısı tərəfindən “Sahibkarlar Günü”nün qeyd edilməsi ilə bağlı Sərəncamı özəl bölməyə ölkə iqtisadiyyatında əsas prioritet istiqamətlərdən biri kimi böyük önəm verildiyinin daha bir nümunəsidir. Səttar Möhbalıyev sahibkarlıq subyektlərində işçilər üçün əlverişli və təhlükəsiz əmək şəraitin yaradılmasının əhəmiyyətini, sosial məsuliyyətin vacibliyini, sahibkarların sosial məsələlərin həllində mühüm rol oynadığını vurğulayıb.

Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının prezidenti Məmməd Musayev qeyd edib ki, dövlət başçısının özəl bölmənin inkişafına göstərdiyi dəstək sahibkarların daha yaxşı işləməsində, ölkə iqtisadiyyatının inkişafında sahibkarlığın rolunun artırılmasında önəmlidir. Azərbaycanın biznes mühitinin əlverişliliyi, sahibkarların rahat işləməsi üçün ən çox islahat aparan ölkələrdən olduğunu diqqətə çatdıran Məmməd Musayev, qüdrətli və müasir Azərbaycanın davamlı inkişafı üçün sahibkarların da çox işlər görməli olduğunu qeyd edib və bu sahədə konfederasiyasının görəcəyi işlər barədə məlumat verib.

Kiçik və Orta Sahibkarlığın İnkişafı Agentliyinin icraçı direktoru Orxan Məmmədov kiçik və orta sahibkarların fəaliyyətinin əlaqələndirilməsi, onlara göstərilən dəstəyin ünvanlılığının təmin edilməsi və bu sahənin inkişafının stimullaşdırılması məqsədilə yaradılmış agentliyin fəaliyyətinin təşkili istiqamətində tədbirlərin görüldüyünü, qurumun KOS-lara dəstək tədbirləri barədə danışıb, göstərilən xidmətlərin bir məkanda - “Kiçik və Orta Sahibkarlıq Evi”ndə birləşdirəcəyini qeyd edib.

Sonra Azərbaycan Respublikasında sahibkarlıq fəaliyyəti və sahibkarlarla iş sahəsində fərqlənən şəxslərin təltif edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı oxunub.

Tədbirdə çıxış edən sahibkarlar son dövrlərdə həyata keçirilən islahatları, bu istiqamətdə qəbul edilmiş hüquqi aktları böyük razılıqla qarşıladıqlarını bildirib və sahibkarlığın inkişafına göstərilən diqqət və qayğıya, həyata keçirilən çoxsaylı dəstək tədbirlərinə, fəaliyyətlərinə verilən yüksək qiymət üçün dövlət başçısına dərin minnətdarlıqlarını ifadə ediblər.

Konfransın sonunda Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə konfrans iştirakçıları adından müraciət qəbul olunub. Ölkə başçısına sahibkarlığın inkişafı üçün görülən işlərə görə təşəkkür bildirən sahibkarların müraciətində deyilir: “Sizin rəhbərliyinizlə həyata keçirilən kompleks islahatlar, qanunvericiliyin təkmilləşdirilməsi, inzibati prosedurların sadələşdirilməsi, biznes və investisiya mühitinin davamlı olaraq yaxşılaşdırılması tədbirləri və yeni dəstək mexanizmlərinin tətbiqi sahibkarlığın inkişafını daha da sürətləndirir. Görülən işlər, genişmiqyaslı dəstək tədbirlərinin nəticəsidir ki, ölkəmizdə sahibkarlıq fəaliyyəti genişlənir, özəl bölmənin Ümumi Daxili Məhsulda və məşğulluqda xüsusi çəkisi artır, yeni istehsal və xidmət sahələri yaradılır, ölkəmizin rəqabətqabiliyyətli məhsul istehsalı və ixrac imkanları genişlənir.

Hazırda ölkə rəhbərliyinin təşəbbüsü ilə yerli istehsalın davamlı olaraq dəstəklənməsi, investisiyaların və ixracın təşviqi mexanizmlərinin uğurlu tətbiqi, Kiçik və Orta Sahibkarlığın İnkişafı Agentliyinin yaradılması Azərbaycan iqtisadiyyatında özəl bölmənin rolunun və rəqabət qabiliyyətinin artırılmasına mühüm təsir göstərməkdədir”.

“Sahibkarlıq günü”nə həsr olunmuş konfrans keçirilib YENİLƏNİB VİDEO

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Azərbaycanın və İranın xarici işlər nazirləri arasında telefon danışığı olub

Almaniyada ölkənin yenidən birləşməsinin 36-cı ildönümü – Birlik Günü qeyd olunur

Yeni Azərbaycan Partiyasının VIII Qurultayı dövlətçilik siyasətinin yeni mərhələsidir - ŞƏRH

Orxan Səfərov: Cüdoda proqnoz vermək çətindir, lakin komandamızdan yüksək nəticə gözləyirik

Avropa təamları diplomatların təqdimatında: Bakıda Kulinariya Festivalı

İntensiv yağışlarla əlaqədar sukanal idarələri gücləndirilmiş rejimdə çalışır

YAP-ın VIII Qurultayı Azərbaycanın gələcək inkişaf prioritetlərinə işıq salır – ŞƏRH

Kubanıçbek Ömüralıyev: Bu gün Türk Dövlətləri Təşkilatı daha möhkəm təməllər üzərində dayanır

YAP-ın VIII Qurultayında qarşıya qoyulan vəzifələr gələcək uğurlar, zəfərlər üçün yol xəritəsidir ŞƏRH

Heydər Əliyevin siyasəti yaşayır, qalib gəlir və Azərbaycan xalqını xoşbəxt gələcəyə aparır - ŞƏRH

III Beynəlxalq Opera Festivalı Gəncədə sənətsevərləri bir araya gətirib

Bakının bəzi yollarında sürət həddi endirilib

Ümummilli Lider Heydər Əliyev idealları işığında dövlət, Vətən sevgisi ilə yaşamalı, çalışmalıyıq ŞƏRH

Azərbaycanın son illərdə beynəlxalq münasibətlər sistemində artan çəkisi təsadüfi proses deyil ŞƏRH

Ayxan Abbasov: Son oyundakı məyusluğu geridə qoyub, Litvaya qarşı daha yaxşı oynamalıyıq

Proqnoz: Bəzi yerlərdə yağış, dağlıq ərazilərdə isə qar yağacaq

Xalq yazıçısı İlyas Əfəndiyev vəfatının 30-cu ildönümündə məzarı başında anılıb

Suqovuşan və Talış zəfəri: Şimal cəbhəsində strateji üstünlüyü təmin edən əməliyyat VİDEO

Suqovuşan və Talış zəfəri: Şimal cəbhəsində strateji üstünlüyü təmin edən əməliyyat VİDEO

Çində dəmir yolu ilə sərnişin daşınmasında rekord qeydə alınıb

Tural Gəncəliyev: 3 oktyabr Azərbaycan dövlətçiliyinin möhkəmlənməsi yolunda tarixi dönüşün rəmzlərindəndir

Xalqın inamından tarixi Zəfərə ŞƏRH

“Yeni nəsil energetiklər: Şəbəkənin memarları” ümumrespublika yarışının daha bir regional turu geridə qalıb

Dubay-Ben-Qurion uçuş reysində terror aktına cəhd olub

3 oktyabr – dövlətçiliyimizin taleyini müəyyən edən tarixi seçim - ŞƏRH

Rusiya ordusunun hərbi və komanda məntəqələrinə hava zərbələri endirilib

Bakıda bir sıra yolötürücülərində gecə saatlarında instrumental müayinələr aparılacaq

Ulu Öndərin xarici siyasət kursunda milli maraqların qorunması əsas prinsip idi RƏY

Heydər Əliyev siyasi irsi Azərbaycanın siyasi və iqtisadi suverenliyinin möhkəm təməlidir – ŞƏRH

Suqovuşan qəsəbəsinə və Talış kəndinə köçürülən sakinlərdən 230-u məşğulluq tədbirlərinə cəlb edilib

ADY: Yağışlı və küləkli hava şəraitində dəmir yollarına nəzarət gücləndirilib

Vətəndaşlar “Açıq qapı” günü aksiyalarında pulsuz hüquqi yardımdan yararlanıblar

FHN Qaz Emalı Zavodunda yanğın-taktiki təlim keçirib

Bu saata olan əsas xəbərlər

Vətən müharibəsinin xronikası: 3 oktyabr

Qrız, Xınalıq, Qusar və Şahdağda qar yağır - Faktiki hava

“Ordunun Səsi Radiosu” - bir il sizinlə...

Azərbaycanın batut gimnastları beynəlxalq turnirdə 6 medal qazanıblar

“Turan Tovuz” və “Fənərbağça” bu gün 32 ildən sonra yenidən üz-üzə gələcək

Türkiyə XİN: Türk Əsrini birlik içində qururuq

DİN: Dələduzluğa görə axtarışda olan 3 nəfər saxlanılıb

Tovuzda fərdi yaşayış evində bir nəfərin ölümü ilə nəticələnən yanğın olub

İraq Respublikasının Prezidenti Zati-aliləri cənab Nizar Amidiyə

Koreya Respublikasının Prezidenti Zati-aliləri cənab Li Cemyönə

Almaniya Federativ Respublikasının Prezidenti Zati-aliləri cənab Frank-Valter Ştaynmayerə

Prezident İlham Əliyev Beynəlxalq Cüdo Federasiyasının prezidentini qəbul edib VİDEO

3 Oktyabr Türk Dövlətlərinin Əməkdaşlıq Günüdür

Bakıda ərzaq satışı köşkündə yanğın olub, bir nəfərin meyiti aşkarlanıb

Ötən gün 63 cinayətin açılması təmin olunub

Ulu Öndər Heydər Əliyevin Prezident seçilməsi müstəqil Azərbaycanın tarixində yeni mərhələ yaratdı ŞƏRH

Azərbaycanın U-20 millisi bu gün Moldova ilə yoxlama görüşü keçirəcək

Ladislau-Marius Vizerin “Dostluq” ordeni ilə təltif edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Qubada ilk qar VİDEO

Qubada ilk qar VİDEO

Tovuzda baş verən ölüm hadisəsinin təfərrüatları məlum olub YENİLƏNİB VİDEO

Tovuzda baş verən ölüm hadisəsinin təfərrüatları məlum olub YENİLƏNİB VİDEO

Azərbaycan nefti 124 dollara satılır VİDEO

Azərbaycan nefti 124 dollara satılır VİDEO

Suqovuşan və Talış kəndlərinin işğaldan azad edilməsindən 6 il ötür

Yaponiya 2030-cu ildə yeni raketlərin kütləvi istehsalına başlayacaq

Ulu Öndərin dövlətçilik irsi müasir Azərbaycan tarixinin öyrənilməsində mühüm mövzulardan biridir

Ulu Öndər Heydər Əliyev - Müstəqil Azərbaycanın xilaskarı və dövlətçilik ideologiyasının banisi

Suraxanı rayonunun bəzi ərazilərində işıq olmayacaq

ABŞ BMT üzvlərini İrana qarşı sanksiyalara əməl etməyə çağırıb

Hörmüz boğazında neft tankerinə atəş açılıb

G20 ölkələri ərzaq ticarətinin siyasi məqsədlər üçün istifadəsini pisləyib

BMT: 2025-ci ildə dünyada 6 milyona yaxın qaçqın uşaq məktəbdən kənarda qalıb

Şimali Koreya Yapon dənizinə doğru raket atıb

Tramp dizel yanacağının ixracına qadağa qoyulmayacağını bildirib

İsrail ordusu Suriyanın cənubundakı Kuneytra əyalətini atəşə tutub

Tramp ASEAN sammitində iştirak etmək üçün Filippinə səfər edəcək

ABŞ-Ukrayna fondu ilk mədən müqaviləsini imzalayıb

Millətlər Liqası: Türkiyə Belçikaya uduzub, Fransa İtaliya ilə heç-heçə edib

Fransada lisey şagirdlərinin etirazlarında 5000-dən çox insan saxlanılıb

3 oktyabr 1993-cü il müstəqil Azərbaycanın inkişaf mərhələsinin başlanğıcıdır RƏY

Zığ dairəsi-Hava Limanı yolunda bütün zolaqlar üzrə sürət həddi endirilib

Husilər: Səudiyyə Ərəbistanı son sutka ərzində Yəmənə 94 hava zərbəsi endirib

Şimali Kiprdə batan gəminin qəza səbəbi açıqlanıb

G7 ölkələri İranı enerji təhlükəsizliyini pozmaqda günahlandırıblar

“Fənərbağça”dan paylaşım: Salam, qardaş, Can Azərbaycan!

“The Guardian”: Qərb ölkələri səfirliklərini Kiyevdən köçürə bilər

Azərbaycanın U-19 futzal millisinin seçmə mərhələdəki rəqibləri müəyyənləşib

Avrozonada inflyasiya 3 ilin ən yüksək səviyyəsindədir

Oğuzda intellektual bilik yarışının qalibləri bəlli olub

Üzgüçülük üzrə Dünya Kubokunun ikinci yarış günü yekunlaşıb

Avropada təbii qaz qiymətləri həftəlik müqayisədə 2,5 faiz artıb

Naxçıvanda avtomobil piyadanı vurub VİDEO

Naxçıvanda avtomobil piyadanı vurub VİDEO

Fatih Birol: Dizel qiymətləri inflyasiya rəqəmlərinə yuxarı istiqamətli təzyiq göstərəcək

Sankt-Peterburqda yeni Azərbaycan dili dərsliyi nəşr olunub

İrkutsk vilayətində taun xəstəliyinə yoluxma şübhəsi ilə xəstəxanaya yerləşdirilən pasiyent vəfat edib

Müdafiə sənayesi və daxili təhlükəsizlik bir məkanda: “ADEX 2026” və “Securex Caspian” FOTOREPORTAJ

Qarabağdakı tələbə və influenserlərin yeni təşəbbüslərinin reallaşdırılması imkanları müzakirə edilib

DTX süni intellekt vasitəsilə həyata keçirilən kiberdələduzluq halları ilə bağlı növbəti xəbərdarlıq edib

Avropa İttifaqı Şurasının üzvləri işğaldan azad olunmuş ərazilərə səfər ediblər

Bu saata olan əsas xəbərlər

“ADEX 2026”da süni intellekt və təhlükəsiz rəqəmsal sistemlər müzakirə olunub

Yeqor Kornyev: Dünya rekordunu təkrarlamaq mənim üçün böyük məna kəsb edir

Avropa İttifaqı Şurasının üzvləri Ağdam rayonunda olublar VİDEO

Avropa İttifaqı Şurasının üzvləri Ağdam rayonunda olublar VİDEO

“DOST Müfəttiş” layihəsinin iştirakçıları mükafatlandırılıblar

Azərbaycanın sənətkarlıq ənənələri “CraftIstanbul” sərgisində təqdim olunur

Yeni Azərbaycan Partiyasının VIII Qurultayı başa çatıb YENİLƏNİB

Pastodan Bakıya: Daniel de la Kruz Kolumbiyanın sənətkarlıq ənənələrini təqdim edir MÜSAHİBƏ

Fatimə Alkərəmova: Məqsədim Özbəkistandakı yarışda da ölkəmizi layiqincə təmsil etməkdir

YAP-ın VIII Qurultayı: Zəfərdən doğan yeni siyasi reallıqlar