Şahmatçımız Şəhriyar Məmmədyarov dünya çempionatının blits yarışında 6-cı yeri tutub
Bakı, 30 dekabr, AZƏRTAC
Varşavada blits və rapid üzrə dünya çempionatının blits yarışı başa çatıb.
AZƏRTAC xəbər verir ki, kişilər arasında mübarizə aparan şahmatçımız Şəhriyar Məmmədyarov 21 turdan 14 xal toplayaraq 6-cı yeri tutub. Digər təmsilçilərimiz Rauf Məmmədov 13 xalla 21-ci, Məhəmməd Muradlı 12,5 xalla 26-cı, Vüqar Əsədli 12 xalla 49-cu, Vasif Durarbəyli 10,5 xalla 86-cı pillədə qərarlaşıblar.
Qadın təmsilçilərimiz isə 17 turda mübarizə aparıblar. Belə ki, yekun nəticəyə görə Zeynəb Məmmədyarova 10 xalla 15-ci, Türkan Məmmədyarova 9,5 xalla 33-cü, Xanım Balacayeva 9 xalla 39-cu, onunla eyni xalı toplayan Gülnar Məmmədova 44-cü, Gövhər Beydullayeva 8,5 xalla 56-cı pillədə qərarlaşıblar.
Qeyd edək ki, kişilər arasında rapid üzrə Özbəkistan şahmatçısı Nodirbek Abdusattorov (9,5 xal), blits yarışında fransalı Maksim Başe-Laqrav (15 xal) qalib olublar. Qadınların yarışında isə rapid üzrə rusiyalı Aleksandra Kostenyuk (9 xal), blits turnirində qazaxıstanlı idmançı Bibisara Assaubayeva (14 xal) birinci yeri tutublar.
Dünya çempionatının mükafat fondu 1 milyon ABŞ dolları təşkil edir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 13.10.2026 [13:27]
UEFA-dan Əliyar Ağayeva növbəti təyinat
- 13.10.2026 [13:23]
Azərbaycan Avropa Stolüstü Tennis Birliyinin konqresində təmsil olunur
- 13.10.2026 [13:11]
Azərbaycanlı hakim Avropa Liqasının oyununa təyinat alıb
- 13.10.2026 [12:50]
“Real Madrid”dən ayrılan Daniel Karvahal “Xetafe”yə keçib
- 13.10.2026 [12:03]
Gəncədə Beynəlxalq Şahmat Festivalı start götürüb
- 13.10.2026 [12:02]
“İmişli” klubu baş məşqçisi ilə yollarını ayırıb
- 13.10.2026 [11:15]