Şahzadə Harrinin Kral III Çarlzla bağlı müsahibəsi tənqidlərə səbəb olub
London, 4 may, AZƏRTAC
Sasseks hersoqu Şahzadə Harri atası Kral Çarlzın səhhəti ilə bağlı verdiyi açıqlamaya görə ciddi tənqid hədəfinə çevrilib.
AZƏRTAC xəbər verir ki, o, “BBC”yə verdiyi müsahibədə “atamın nə qədər vaxtı qaldığını bilmirəm” deyərək, kral ailəsi ilə münasibətləri və şəxsi hüquqi mübarizəsi barədə danışıb.
Sasseks hersoqu bildirib ki, Kral III Çarlz onun təhlükəsizlik məsələlərinə dair hüquqi iddiasına görə onunla danışmaqdan imtina edir. Harrinin kral ailəsindən uzaqlaşmasından sonra təhlükəsizlik tədbirlərində edilən dəyişikliklər məhkəmə çəkişməsinə səbəb olub və o, bu mübarizəni uduzub.
Harri BBC-yə müsahibəsində deyib: “Mən ailəmlə barışmaq istəyirəm. Artıq bu mübarizəni davam etdirməyin mənası yoxdur. Atamın nə qədər vaxtı qaldığını bilmirəm”.
Bu sözlər ictimaiyyət və ekspertlər tərəfindən sərt qarşılanıb. Kraliça II Yelizavetanın sabiq mətbuat katibi Ailsa Anderson “Sky News”a açıqlamasında bildirib ki, bu cür açıqlamalar medianı və ictimaiyyəti Kralın sağlamlığı ilə bağlı daha çox suallara sürükləyəcək: “Bu isə gələcək üçün son dərəcə zərərli və narahatedici bir vəziyyətdir. Əgər siz doğrudan da ailə ilə barışmaq istəyirsinizsə, bunu “BBC News” vasitəsilə deyil, özəl şəkildə etməlisiniz”,- deyə o, bildirib.
Aytən Abbaslı
AZƏRTAC-ın xüsusi müxbiri
London
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 01.10.2026 [11:26]
İsveçrədə quraqlıq nəticəsində Qədim Roma dövrünə aid xarabalıqlar üzə çıxıb
- 01.10.2026 [08:26]
Marko Rubio İran nümayəndə heyətinin ABŞ-ni dərhal tərk etməsini tələb edib
- 01.10.2026 [08:10]
CENTCOM: ABŞ qüvvələri İranla əlaqəli 125 ticarət gəmisini nəzarətə götürüb
- 01.10.2026 [07:44]
Nyu-Yorkda Van Qoq, Mone və Sezanın nadir əsərləri hərraca çıxarılacaq
- 01.10.2026 [06:50]
Tramp: ABŞ Hörmüz boğazına tam nəzarət edir
- 01.10.2026 [06:07]
NASA-nın "Crew-13" heyəti bu gün Beynəlxalq Kosmik Stansiyaya yola düşəcək
- 01.10.2026 [05:35]
Tramp: Rusiyanın neft emalı zavodlarındakı vəziyyət dizel qıtlığına yol açır
- 01.10.2026 [04:40]
Tramp inanır ki, Rubio Kuba probleminə həll yolu tapacaq
Texnologiyanın sərhədləri Bakıda: “ADEX-2026”
- 30.09.2026 [23:51]
"Neftçi" basketbol komandası FIBA Avropa Kubokunun əsas mərhələsinə yüksəlib
- 30.09.2026 [23:21]
Fransa şəkərli məhsullara yeni vergi tətbiq etməyi planlaşdırır
- 30.09.2026 [22:56]
Murad Hüseynov: Üzeyir Hacıbəyli Festivalı mədəni əlaqələri genişləndirir
- 30.09.2026 [22:28]
Fransa Böyük Britaniya ilə qeyri-qanuni miqrasiya sazişini dayandırır
- 30.09.2026 [22:11]
Azərbaycan Basketbol Liqası: "Sabah" mövsümə qələbə ilə başlayıb
- 30.09.2026 [22:04]
Mərkəzi Asiyanı Pakistan limanları ilə birləşdirəcək yeni layihə
- 30.09.2026 [21:55]
MDB ölkələrinin xarici işlər nazirləri Türkmənistanda görüşəcəklər
- 30.09.2026 [20:55]