CƏMİYYƏT
Salyan Rayon Mərkəzi Xəstəxanasında növbəti qanvermə aksiyası keçirilib
Bakı, 24 iyun, AZƏRTAC
Milli Hematologiya və Transfuziologiya Mərkəzi - Qan Bankı bölməsinin təşəbbüsü, Salyan Rayon Mərkəzi Xəstəxanası və Salyan Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə qanvermə aksiyası keçirilib.
AZƏRTAC Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) rəsmi feysbuk səhifəsinə istinadla bildirir ki, təşkil olunan aksiyada xəstəxananın, eləcə də rayon ictimaiyyətinin nümayəndələri iştirak edib.
Qan Bankının tibb işçiləri tərəfindən sağlamlıq imkanları əvvəlcədən müəyyənləşdirilən donorlardan toplanan qan ehtiyatı talassemiya, hemofiliya, eləcə də leykoz xəstəliyindən əziyyət çəkən xəstələr üçün istifadə olunacaq.