Salyanda kişi meyiti tapılıb VİDEO
Salyan, 10 iyul, Aydın Yavərzadə, AZƏRTAC
Kür çayının Salyan rayonundan keçən hissəsində 25-30 yaşlı naməlum kişi meyit tapılıb.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, hadisə bu gün səhər saatlarında Kür çayı üzərində Salyan şəhər və Babazənan yaşayış məntəqəsini birləşdirən körpünün yaxınlığında qeydə alınıb. Hadisə yerinə aidiyyəti qurumların əməkdaşları cəlb olunub. Meyit çaydan çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.
Hazırda meyitin şəxsiyyəti dəqiqləşdirilir.
Faktla bağlı araşdırma gedir.