SALYANDA MİLLİ QURTULUŞ GÜNÜ QEYD EDİLMİŞDİR
İncəsənət ustaları və məktəblilərin hazırladıqları ədəbi-bədii kompozisiya, zəngin konsert proqramı iştirakçılarda xoş bayram ovqatı yaratmışdır.
Heydər Əliyev muzeyində Heydər Əliyev Universitetinin “Milli Qurtuluş günü milli xilas günümüzdür” mövzusunda növbəti məşğələsi keçirilmişdir. İcra hakimiyyətinin başçısı Rasim Bəşirov, Milli Məclisin deputatı Əkrəm Abdullayev və digər natiqlər müstəqil Azərbaycan dövlətinin memarı olan böyük şəxsiyyətin parlaq dühasından söz açmışlar. Ulu öndərin müəyyənləşdirdiyi siyasi xəttin Prezident İlham Əliyev tərəfindən inamla davam etdirildiyi xüsusi vurğulanmışdır.
Həmin gün şəhid ailələri və Qarabağ müharibəsi əlilləri üçün inşa olunmuş 8 mənzilli yaşayış binasının açılışı olmuşdur. Yeni mənzillərin orderlərini alan sakinlər göstərilən yüksək diqqət və qayğıya görə ölkə başçısına minnətdarlıqlarını bildirmişlər.