Şamaxı gəncləri: Bayrağımız qürurumuzdur!
Şamaxı, 9 noyabr, AZƏRTAC
9 Noyabr - Dövlət Bayrağı Günü münasibətilə Şamaxıda rayon gənclər və idman idarəsinin təşkilatçılığı, polis şöbəsi DYPB-nin əməkdaşlarının dəstəyi ilə “Bayrağımız qürurumuzdur!” adlı aksiya keçirilib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, aksiya çərçivəsində Şamaxı şəhərinin mərkəzi küçələrində sürücülər, parklarda istirahət edən, gəzintiyə çıxan sakinlər gənclər və idman idarəsinin işçiləri, gənc könüllülər və polis əməkdaşları tərəfindən 9 Noyabr -Dövlət Bayrağı Günü münasibətilə təbrik olunub, onlara kiçik bayraqlar hədiyyə edilib.
Gənclər, habelə şəhərin müxtəlif yerlərində, o cümlədən mərkəzi küçələrdə, fərdi yaşayış evlərinin və idman obyektlərinin qarşısından üçrəngli dövlət bayrağımızı asıblar.