ŞAMAXI GƏNCLƏRİ RAYONUN SOSİAL-İQTİSADİ İNKİŞAFINDA FƏAL İŞTİRAK EDİRLƏR
AZƏRTAC xəbər verir ki, Azərbaycan Gənclərinin V Forumuna hazırlıq məqsədi ilə Şamaxı Rayon İcra Hakimiyyətinin iclas zalında gənclərin ümumrayon toplantısı keçirilmişdir.
Toplantıda rayon gənclər və idman idarəsinin rəisi Şahmar Hüseynov Azərbaycan Gənclərinin IV Forumundan keçən dövr ərzində rayonda görülmüş işlər və qarşıda duran vəzifələr barədə hesabat məruzəsi ilə çıxış etmiş, müzakirələr aparılmışdır.
Qeyd olunmuşdur ki, ulu öndərimiz Heydər Əliyevin müəyyənləşdirdiyi və Prezident İlham Əliyev tərəfindən uğurla həyata keçirilən dövlət gənclər siyasəti Azərbaycan gənclərinin həyatımızın bütün sahələrində fəallığını təmin etmiş, dövlət quruculuğunda onların rolunu artırmışdır. Bu gün Azərbaycan gəncliyi nəinki sosial-iqtisadi, mədəni həyatımızda oncül mövqedə dayanır, o, həm də Vətənimizin etibarlı müdafiəçisi olmaqla, özünün dərin zəkası, idman bacarığı ilə beynəlxalq miqyasda tanınır.
Məruzə və çıxışlarda son illər Şamaxıda sosial-iqtisadi sahədə qazanılan uğurlarda gənclərin xüsusi rolu qeyd olunmuş, mədəni-kütləvi tədbirlərdə, müxtəlif idman yarışlarında onların qazandıqları uğurlardan danışılmışdır. Çıxış edən gənclər Prezident İlham Əliyevin ətrafında sıx birləşməklə bundan sonra da hər işdə ona dəstək olacaqlarını bir daha bəyan etmişlər. Dəfələrlə belə bir fikir vurğulanmışdır ki, şamaxılı gənclər qarşıdakı prezident seçkilərində ümummilli liderimiz Heydər Əliyev siyasi kursunun layiqli davamçısı İlham Əliyevə heç bir alternativ görmürlər.
Ümumrayon toplantısında Azərbaycan Gənclərinin V Forumuna 15 nəfər fəal gənc nümayəndə seçilmişdir.
Gənclər və İdman Nazirliyinin regionlarla iş sektorunun müdiri İlqar Nəcəfov toplantıda çıxış etmişdir.
Sonda iştirakçılar adından Prezident İlham Əliyevə müraciət qəbul olunmuşdur.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bu saata olan əsas xəbərlər
- [12:00]
Dünyanın ən təhlükəli 7 vulkanı
- [05:44]
Əlilliyi olan şəxslərə hüquqlarının müdafiəsi ilə əlaqədar məlumat verilib
- 12.06.2026 [23:55]
Minlərlə metallurgiya işçisi Almaniyada etiraz aksiyalarına çıxıb
- 12.06.2026 [23:40]
BDU-nun Qazax filialında Milli Qurtuluş Gününə həsr olunmuş tədbir
- 12.06.2026 [23:32]
“Sabah” braziliyalı müdafiəçini transfer edib
- 12.06.2026 [23:25]
Heydər Əliyev Sarayında “Jizel” baleti növbəti dəfə təqdim edilib
- 12.06.2026 [23:20]
Azərbaycanın 23 vətəndaşının Suriyadan repatriasiyası həyata keçirilib
- 12.06.2026 [22:50]
Qərbi Azərbaycan İcmasında “Zərkənd əmanətimizdir” kitabının təqdimatı olub
- 12.06.2026 [22:29]
Lənkəran və Astarada güləş zallarına baxış keçirilib
- 12.06.2026 [22:20]
Albaniyada Milli Qurtuluş Gününə həsr olunan tədbir baş tutub
- 12.06.2026 [21:53]
Şahbaz Şərif: ABŞ və İran arasında sazişin yekun mətni razılaşdırılıb
- 12.06.2026 [21:23]
Əraqçi: İran və ABŞ sazişin imzalanmasına çox yaxındır
- 12.06.2026 [21:15]
Rafael Hüseynov: BDU Azərbaycanın inkişafına xidmət edən nəsillər yetişdirib
- 12.06.2026 [20:49]
Nəzrin Atakişiyeva: Kəlbəcərin ilk məzunu olmaq mənim üçün böyük qürurdur
- 12.06.2026 [20:22]
Azərbaycan Beynəlxalq Xizək Konqresində təmsil olunub
- 12.06.2026 [20:01]
Bu saata olan əsas xəbərlər
- 12.06.2026 [20:00]
Ağdamda Milli Qəhrəman Allahverdi Bağırovun xatirəsi anılıb
- 12.06.2026 [19:16]