Samux rayonunda bayram yarmarkası təşkil olunub
Samux, 31 dekabr, Rauf Hacıyev, AZƏRTAC
Yeni il ərəfəsində Samux rayonunda kənd təsərrüfatı məhsullarından ibarət bayram yarmarkası açılıb.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, şəhərin Heydər Əliyev prospektində təşkil olunan yarmarkada 2 ton ət və ət məhsulları, 200 kiloqram quş əti, 200 kiloqram balıq əti, 20 ton meyvə, 10 ton tərəvəz, 3 min ədəd yumurta, 300 litr süd, 80 litr qatıq və 10 ton un satışa çıxarılıb.
Yarmarkadakı məhsulların qiyməti bazar qiymətlərindən 10-20 faiz ucuz olub.