Samuxda iri fermer təsərrüfatlarında monitorinq aparılıb
Samux, 17 sentyabr, AZƏRTAC
Prezident İlham Əliyevin 2026-cı il 25 may tarixli Sərəncamı ilə təsdiq olunmuş “Azərbaycan Respublikasında kənd təsərrüfatı, balıqçılıq və akvakultura məhsullarının istehsalı və emalı sahələrinin inkişafına dair 2026–2030-cu illər üçün Dövlət Proqramı” çərçivəsində Samux rayonunda həyata keçirilməsi nəzərdə tutulan işlərin monitorinqi keçirilib.
AZƏRTAC-ın bölgə müxbirinin verdiyi məlumata görə Samux Rayon İcra Hakimiyyətinin, Prezident Administrasiyasının, Kənd Təsərrüfatı Nazirliyinin məsul şəxsləri rayon ərazisində fəaliyyət göstərən iri fermer təsərrüfatlarına və yeni intensiv meyvə bağlarına baxış keçiriblər.
Görüşdə kənd təsərrüfatının inkişaf etdirilməsi, əhalinin işlə təmin olunması və istehsalın artırılması üçün lazımi tövsiyələr çatdırılıb.
Müxbir – Vüsalə Cənnətova