Samuxda yaz əkin sahələri 6 min hektarı ötüb
Samux, 11 may, Rauf Hacıyev, AZƏRTAC
İqtisadiyyatının əsasını müxtəlif kənd təsərrüfatı bitkilərinin istehsalı təşkil edən Samux rayonunda yazlıq bitkilərin əkini davam edir.
Rayon Statistika İdarəsindən AZƏRTAC-ın bölgə müxbirinə bildirilib ki, 2018-ci ilin yanvar-aprel aylarında Samuxda 6 min 206 hektar sahədə yazlıq bitkilər əkilib. Bu da əvvəlki ilin müvafiq dövrünə nisbətən 18,4 faiz çoxdur.
Bu il sahələrdə 876,5 hektar dənli və dənli paxlalılar, 692 hektar çoxillik otlar, 2 min 326,5 hektar dən üçün günəbaxan, 230,5 hektar kartof, 557,5 hektar tərəvəz, 938 hektar emal üçün şəkər çuğunduru, 138,5 hektar bostan, 432 hektar pambıq və 14,5 hektar birillik otlar əkilib.
Rayon icra hakimiyyətinin informasiya təminatı və analitik təhlil sektorunun müdiri Elmar Qarayev AZƏRTAC-ın bölgə müxbirinə bildirib ki, sahələrin suvarılması və kənd təsərrüfatı texnikası ilə təminatı həll edilib. “Hazırda sahələrdə fermerlər və təsərrüfat sahibləri tərəfindən həm ekstensiv, həm də intensiv yolla əkin aparılır. Ekstensiv əkin daha çox təyinatı dəyişdirilən və əkin dövriyyəsinə cəlb edilmiş yeni torpaqlarda, intensiv əkin isə təsərrüfat sahiblərinin əvvəlki illərdə müəyyən təcrübə qazandıqları sahələrdə tətbiq edilir. Hər iki halda fermerlər və təsərrüfat sahibləri sahələrə düzgün aqrotexniki qulluq göstərərək məhsuldarlıq dövründə yüksək məhsul tədarük etməyi planlaşdırırlar”, - deyə E.Qarayev qeyd edib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 26.08.2023 [05:30]
Bu il Oğuzun taxıl sahələrində orta məhsuldarlıq 30,9 sentner olub
- 26.08.2023 [03:21]
Balakənli fermerlər 7819 hektar sahədə dən üçün qarğıdalı yetişdiriblər
- 25.08.2023 [01:10]
Bu il Beyləqanda 23 min tondan çox pambıq istehsalı gözlənilir
- 24.08.2023 [04:45]
Beyləqanda payızlıq səpin üçün indiyədək 8750 hektarda şum qaldırılıb
- 24.08.2023 [03:17]
Bu il Ağcabədidə 40 min tondan çox pambıq istehsalı gözlənilir
- 22.08.2023 [20:19]
Bu il Balakənin fındıq bağlarından 6 min tondan çox məhsul gözlənilir
Gələcəyin texnologiyaları: “ILA Berlin 2026” sərgisindən reportaj
- 10.06.2026 [23:23]
Şəkidə şəhid Məmmədiyə Cabbarzadənin xatirəsi anılıb
- 10.06.2026 [22:22]
Azərbaycan millisinin üzvü "Şamaxı"da
- 10.06.2026 [21:36]
Böyük Britaniya enerji ödənişlərini azaltmaq üçün Aİ ilə yeni saziş istəyir
- 10.06.2026 [21:32]
Qlazqoda iğtişaşlar və irqi zəmində hücumlarla bağlı üç nəfər saxlanılıb
- 10.06.2026 [21:21]
Yasamal rayonunda obyektdə baş verən yanğın söndürülüb YENİLƏNİB
- 10.06.2026 [20:28]
Tramp İranı yenidən sərt şəkildə vuracağını elan edib
- 10.06.2026 [20:21]
"Turan Tovuz" Filip Ozobiçlə vidalaşıb
- 10.06.2026 [20:07]
Bu saata olan əsas xəbərlər
- 10.06.2026 [20:00]
“Macar-Azərbaycan ortaq etnik kökləri” kitabının təqdimatı olub
- 10.06.2026 [19:52]
İsveçrə Vəkillər Kollegiyasının sədri Azərbaycana səfər etməyi planlaşdırır
- 10.06.2026 [19:29]