Sankt-Peterburqda baş verən partlayışa hərbi sursatla ehtiyatsız davranmanın səbəb olduğu güman edilir
Moskva, 2 aprel, AZƏRTAC
Sankt-Peterburqdakı A.F.Mojayski adına Hərbi Kosmik Akademiyasında baş verən partlayışa hərbi sursatla ehtiyatsız davranmanın səbəb olduğu güman edilir.
AZƏRTAC xəbər verir ki, Rusiya Müdafiə Nazirliyinin məlumatına görə, Akademiyanın ikinci mərtəbəsindəki inzibati otaqda hələlik məlum olmayan əşya partlayıb. Hadisəyə hərbi sursatla ehtiyatsız davranmanın səbəb ola biləcəyi qeyd edilir. Nəticədə dörd nəfər yaralanıb. Onların ikisinin vəziyyəti orta ağır, iki nəfərin isə yüngül kimi qiymətləndirilir. Yaralananlar arasında Akademiyanın kursantları yoxdur.
Akademiyada olan insanlar təxliyə olunublar. Hadisə yerində təhqiqat aparılır.
Fəridə Abdullayeva
AZƏRTAC-ın xüsusi müxbiri
Moskva
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 10.06.2026 [18:52]
Çində dünyanın ən böyük LNG daşıyan tankerinin inşasına başlanılıb
- 10.06.2026 [18:15]
ABŞ-də Günəş enerjisi ilə elektrik enerjisi istehsalı kömürü üstələyib
- 10.06.2026 [17:42]
Temperaturun kəskin dəyişməsi yeni reallığa çevrilir
- 10.06.2026 [17:14]