Saxta məhsulların satışı Macarıstan iqtisadiyyatına 189 milyon avro ziyan vurub
Budapeşt, 1 mart, AZƏRTAC
Macarıstan mağazalarının rəfləri hələ də saxta məhsullarla doludur.
AZƏRTAC Macarıstan Milli Əqli Mülkiyyət İdarəsinə istinadla xəbər verir ki, saxta məhsulların ticarəti Macarıstan şirkətlərinə 189 milyon avroya başa gəlib və 4 466 iş yerinin itirilməsinə səbəb olub.
İdarə öz nəticələrini Avropa İttifaqının Əqli Mülkiyyət İdarəsinin 2018-2021-ci illəri əhatə edən hesabatı üzrə əsaslandırıb. Saxta geyim, kosmetika və oyuncaq ticarətinə yönəlmiş hesabat, yerli tikiş müəssisələrinin 126 milyon avro dövriyyə itirdiyini və 3.247 nəfəri işdən çıxardığını aşkarlayıb.
Macarıstanın kosmetika sənayesi şirkətləri 51 milyon avro itiriblər və 870 işçini ixtisar etməli olublar, saxta oyuncaqlar yerli şirkətlərin gəlirlərinin 12 milyon avro həcmində itirilməsinə və işçi qüvvəsinin 349 nəfər azalmasına səbəb olub.
Vüqar Seyidov
AZƏRTAC-ın xüsusi müxbiri
Budapeşt
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 13.10.2026 [12:52]
Gürcüstan Rusiya ilə sərhəddə müasir keçid məntəqəsi inşa edib
- 13.10.2026 [12:47]
Dünyada bütöv bir saat naminə “uzun saniyə” meyarından imtina edilə bilər
- 13.10.2026 [12:07]
Beynəlxalq Valyuta Fondu: Bu il qlobal iqtisadi artım cəmi 3,1 faiz olacaq
- 13.10.2026 [12:02]
Gürcüstanın xarici ticarət dövriyyəsi 9,2 faiz artıb
- 13.10.2026 [11:52]