İDMAN
“Səbail” klubu mövsümün antirekorduna imza atıb
Bakı, 21 fevral, AZƏRTAC
“Səbail”in Azərbaycan Premyer Liqasındakı qələbəsiz oyunlar seriyası 8-ə çatıb. XVI turun “Qəbələ” ilə səfər matçında 0:2 hesabı ilə uduzan Bakı klubu sonuncu dəfə VIII turda qalib gəlib. Ötən il oktyabrın 25-də “Qarabağ” üzərində 3:1 hesablı qələbədən sonra 8 oyun keçirən Aftandil Hacıyevin yetirmələri 2 heç-heçə edib və 6 dəfə uduzub.
AZƏRTAC xəbər verir ki, bu, mövsümün yeni antirekordudur. Bunadək ən uzun qələbəsizlik “Sabah”a məxsus idi. Paytaxt klubu çempionatın ilk 7 matçında qələbə qazana bilməmişdi. Üçüncü göstəriciyə “Sumqayıt” malikdir. İki dəfə altı oyunluq qələbəsizlik yaşayan komandanın bu seriyalarından biri davam etməkdədir.
AZƏRTAC—0—
(SəQ)
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 03.05.2024 [17:19]
Azərbaycan idmançılarının yeni reytinq cədvəli açıqlanıb
- 03.05.2024 [16:54]
İstanbuldakı lisenziya turnirinə qatılacaq Azərbaycan güləşçiləri dəqiqləşib
- 03.05.2024 [15:32]
Azərbaycan gimnastı Bakıdakı Avropa Kubokunda finala yüksəlib
- 03.05.2024 [15:11]
Bakı güləş üzrə Avropa çempionatına ev sahibliyi edəcək
- 03.05.2024 [15:07]
Paytaxtın abad məhəllələrində minifutbol yarışları başa çatıb
- 03.05.2024 [15:00]