Azərbaycan Dövlət İnformasiya Agentliyi

Səfir Quo Min: Birləşərək, bəşəriyyətin vahid taleyinin cəmiyyətini quraq

Səfir Quo Min: Birləşərək, bəşəriyyətin vahid taleyinin cəmiyyətini quraq

Bakı, 4 may, AZƏRTAC

Çin Xalq Respublikasının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri xanım Quo Min “Birləşərək, bəşəriyyətin vahid taleyinin cəmiyyətini quraq” sərlövhəli məqalə yazıb.

AZƏRTAC məqaləni təqdim edir.

2020-ci il qaçılmaz olaraq tarixə yazılacaq. Gözlənilmədən meydana çıxan COVID-19 pandemiyası bütün dünyanı sarsıdaraq 200-dən çox ölkəyə və bölgəyə fəlakət gətirdi. İndiyə qədər virusa yoluxmuş insanların ümumi sayı 3,4 milyonu, ölənlərin sayı isə 240 mini keçib. Qloballaşma fonunda dünya kəndində “fasilə” düyməsi basıldı və epidemiya ilə mübarizə bütün ölkələr üçün prioritet məsələyə çevrilərək, hər birinin idarəetmə sistemini və imkanlarını sınadı. Eyni zamanda, hər bir insan bu tarixi yaşayır və onun şahidi olur.

COVID-19 pandemiyasına məruz qalan ilk ölkə olaraq Çin xəstəliyin qarşısının alınması və ona nəzarət istiqamətində mübarizəyə hamıdan əvvəl başladı. Cənab Sədr Si Cinpinin şəxsi komandanlığı ilə Çin hökuməti insanların həyatının təhlükəsizliyi və sağlamlığını birinci yerə qoyaraq, çətinliklərdən qorxmayaraq və cəsarətlə vuruşaraq, ölkənin bütün qüvvələrini sürətlə səfərbər etdi, misli görünməmiş profilaktika tədbirləri gördü, virusun yayılmasını qətiyyətlə dayandırdı və xəstələrin müalicəsi üçün hər cür səy göstərdi. Üç aydan çox davam edən gərgin zəhmət, böyük səylər və fədakarlıqdan sonra Çin pandemiya ilə mübarizədə böyük bir mərhələli qələbə qazandı. Ölkə daxilində vəziyyətin yaxşılaşdırılması və dünyanın digər yerlərində pandemiya xəstəliyinin başlaması ilə Çin layiqli bir böyük dövlətin yüksək məsuliyyətini öz üzərinə götürərək, pandemiyaya qarşı beynəlxalq əməkdaşlıqda fəal iştirak edərək, vaxtında test, dərman və peyvənd tədqiqatları sahəsində əsas elmi tədqiqat nəticələrini beynəlxalq ictimaiyyətlə bölüşür. Çin koronavirus ilə ölkə daxilində mübarizə aparan zaman 140-dan çox ölkəyə və beynəlxalq təşkilatlara tibbi vasitələr yardımı edir və 20-dən çox ölkəyə tibbi ekspert qrupları göndərməkdədir. Bundan başqa, Çin qlobal iqtisadiyyatın inkişafının ümumi vəziyyəti əsasında öz iqtisadiyyatını fəal şəkildə bərpa edir, dünya iqtisadiyyatının böyük depressiyaya düşməsinin qarşısının alınması üçün ticarət maneələrinin aradan qaldırılmasına kömək edir. Həmçinin Çin Ümumdünya Səhiyyə Təşkilatına, aparıcı, əlaqələndirici rol oynamağı və qlobal ictimai sağlamlıq sahəsində nüfuzlu bir dialoq platformasını təmin etməkdə, çoxtərəfliliyə sadiq qalmaqda və bəşəriyyətin vahid taleyinin cəmiyyəti ruhunda COVID-19 ilə mübarizədə beynəlxalq əməkdaşlığı təşviq etməkdə kömək edir.

COVID-19 ilə mübarizədə Çin və Azərbaycan dünya təhlükəsizlik və inkişaf maraqlarının qorunmasında pandemiyaya qarşı mübarizədə beynəlxalq əməkdaşlığın təşviqinə mühüm töhfə verərək, ikitərəfli və çoxtərəfli müstəvidə bir-birini dəstəkləyir və sıx işbirliyi həyata keçirirlər. İkitərəfli səviyyədə Çin və Azərbaycan hökumətləri və xalqları müxtəlif yollarla qarşılıqlı dəstəyi təmin edərək çiyin-çiyinə dayanıblar: iki ölkənin liderləri bir-birlərinə başsağlığı məktubları göndərib, pandemiyanın qarşısının alınması və nəzarəti ilə bağlı təcrübə mübadiləsi aparılıb, qarşılıqlı maddi yardım göstərilib və s. Bu da yüksək səviyyədə qarşılıqlı etimad, dərin ənənəvi dostluq və iki ölkə arasında ortaq inkişaf konsepsiyasını nümayiş etdirir. Beynəlxalq aləmdə Azərbaycan Çin ilə birlikdə çoxtərəflilik prinsipini dəstəkləyir və COVID-19 ilə mübarizədə beynəlxalq əməkdaşlıqda fəal iştirak edir. Azərbaycan ÜST-ə 5 milyon ABŞ dolları məbləğində maliyyə yardımı göstərdi, epidemiya əleyhinə dərmanları İran, Gürcüstan və digər ölkələrə köçürdü, COVID-19-un geniş yayıldığı Çin, Fransa, Almaniya, İran, İtaliya, Rusiya və başqa ölkələrə dəstək, hörmət və ehtiramını bildirərək, dünya memarlığının abidələrindən biri olan - Heydər Əliyev Mərkəzinin binasında bu dövlətlərin bayraqlarını videoproyeksiya şəklində əks etdirdi. Aprelin 10-da Prezident İlham Əliyevin təşəbbüsü və sədrliyi ilə ÜST-nin Baş direktoru Tedros Adhanom Qebreyesus və Qazaxıstan, Qırğızıstan, Türkmənistan, Türkiyə, Özbəkistan, Macarıstan liderlərinin COVID-19 ilə mübarizə tədbirlərini müzakirə etdikləri videokonfransla Türk Şurasının fövqəladə Zirvə görüşü keçirildi. Həmçinin Qoşulmama Hərəkatının (NAM) sədri olaraq Azərbaycan Prezidenti İlham Əliyevin təşəbbüsü ilə mayın 4-də Hərəkatın Təmas Qrupu formatında videokonfrans vasitəsilə koronavirusla mübarizəyə həsr olunmuş “COVID-19-a qarşı birlikdəyik” mövzusunda Zirvə görüşü keçirildi. Bu, çoxtərəfli əməkdaşlığın dərinləşməsi və çətinlikləri dəf etməyə ÜST-nin çağırışına təsirli addım, Baş direktor Tedros Adhanom Qebreyesusa güclü dəstək və COVID-19-a qarşı mübarizədə sarsılmaz həmrəylik siqnalı oldu. Yuxarıda göstərilən tədbirlər Cənubi Qafqazın lider ölkəsi kimi Azərbaycanın məsuliyyətini aydın şəkildə əks etdirir və Çin bunu çox yüksək qiymətləndirir.

İnsanların viruslarla mübarizəsinin tarixi təkrarlanır, lakin bəşəriyyətin tərəqqisini dayandırmaq olmaz. Yüz ildən çox əvvəl - 1918-ci ildə ölümcül qrip virusu Birinci Dünya müharibəsi ilə birlikdə insanlara hücum edərək çaxnaşma və xaosa səbəb olmuşdu. O dövrdə təxminən 500 milyon insan virusa yoluxmuş və 50 milyondan çox insan dünyasını dəyişmişdi. Bu pandemiya bütün dünyanın tarixi prosesinə əhəmiyyətli dərəcədə təsir göstərmiş, sosial tibbin inkişafına və ictimai səhiyyənin irəliləməsinə töhfə vermiş və müəyyən dərəcədə Dünya Səhiyyə Təşkilatının (indiki ÜST) yaranmasını sürətləndirmişdi.

Yüz ildən çox vaxt keçib, hiyləgər virus inkişaf və mutasiya etməyə davam edərək, hələ də insan sağlamlığını təhdid edir. Ancaq dünya iqtisadiyyatının çiçəklənməsi, elm və texnikanın tərəqqisi, mədəniyyətin inteqrasiyası və ünsiyyət rahatlığı əcdadlarımızın təsəvvürlərindən çox uzaqdır. COVID-19-un ortaya çıxması bir daha sübut edir ki, virus sərhədləri görmür, insanları irqlərə ayırmır. Bəşəriyyət bir taleyin icmasıdır və bir epidemiya bizim ortaq düşmənimizdir. Axı “Güc birlikdədir”. Yalnız birləşərək bütün dünya özünün kollektiv müdrikliyini və gücünü qazanaraq, bəşəriyyətin sağlamlığı və rifahı üçün təhlükə yaradan epidemiyaların aradan qaldırılması üçün ümumi səyləri birləşdirə biləcək.

Sinə ilə keçsən, keçilməyəcək bir dağ yoxdur; Birləşsək, aradan qaldırılmayacaq heç bir maneə və çətinlik yoxdur. Yaxın əməkdaşlıq, beynəlxalq birliyin COVID-19 pandemiyasını məğlub etmək üçün ən güclü silahdır. Yekdil əməkdaşlıq - epidemiyanı aradan qaldırmaq üçün beynəlxalq cəmiyyətin ən güclü silahıdır. Çin ÜST-nin rəhbərliyi və koordinasiyası ilə beynəlxalq ictimaiyyət, o cümlədən Azərbaycan ilə sıx əməkdaşlıq etməyə, bütün dünyada insanların həyat təhlükəsizliyini və sağlamlığını qorumaqda və qlobal ictimai sağlamlığın daha da inkişaf etdirilməsində COVID-19-a qarşı mübarizədə Çin müdrikliyini və Çin layihələrini bölüşməyə davam etməyə hazırdır.

Sonda qardaş Azərbaycan xalqına Prezident İlham Əliyevin möhkəm rəhbərliyi altında koronavirusu ən qısa müddətdə məğlub etməsini və sosial-iqtisadi rifaha nail olmasını arzulayıram.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

FHN Qəbələ-Xankəndi ultramarafonunda təhlükəsizliyi təmin edib

Premyer Liqa: “Qarabağ” 1000-ci oyununda qələbə qazanıb

Türk dünyası gənclərinin görüşü maraqlı anlarla yadda qalıb VİDEO

Türk dünyası gənclərinin görüşü maraqlı anlarla yadda qalıb VİDEO

Ömrünü sözə və sənətə həsr etdi - Ayaz Vəfalı

Naxçıvan Dövlət Kukla Teatrında “Yeddi şəhid, bir şahid” tamaşasının premyerası olub

Azərbaycanın Mərkəzi Asiya üçün strateji əhəmiyyəti ilbəil artır ŞƏRH

Kambocanın Baş naziri Azərbaycana rəsmi səfərə gəlib

Azərbaycanlı tələbələr Türk dünyası gənclərinin birinci görüşündə iştirak ediblər

Berlində Dünya Səhiyyə Sammiti işə başlayıb VİDEO

Berlində Dünya Səhiyyə Sammiti işə başlayıb VİDEO

Zelenski Rusiyanın neft emalı zavodlarına zərbələrin hansı halda dayandırılması məsələsinə aydınlıq gətirib

Biləsuvarda zəncirvari qəza baş verib, ölən və yaralananlar var

Makrona aid edilən irqçi ifadə Fransada siyasi qalmaqala səbəb olub

Məktəblərdə geyim qaydaları: hüquqi çərçivə və vahid yanaşma

Finlandiya Ukraynaya F-16 qırıcıları üçün döyüş sursatları göndərəcək

Şəhidlərimizin xatirəsinə həsr olunan anım mərasimləri təşkil edilib

Almaniyada ifrat sağçının paylaşdığı xəritə Fransada narazılıq yaradıb

Ağdaşda “Kənddən şəhərə” yarmarkası təşkil olunub

İsveçdə hərəkətsiz həyat tərzi problemi getdikcə dərinləşir

Sakinlərə keyfiyyətli xidmət: Qax Elektrik Şəbəkəsi bu istiqamətdə səylərini artırıb

Ultramarafonun 70 yaşlı iştirakçısı: Qarabağda baş verən dəyişiklikləri görmək qürurvericidir VİDEO

Ultramarafonun 70 yaşlı iştirakçısı: Qarabağda baş verən dəyişiklikləri görmək qürurvericidir VİDEO

Şahin İsmayılov: Mərkəzi Asiya ilə əlaqələrin genişlənməsi Azərbaycanın regional mövqeyini daha da gücləndirir - ŞƏRH

Azərbaycan və Belarus üzgüçülük federasiyaları arasında memorandum imzalanıb

Məktəblərdə geyim qaydaları ilə bağlı Azərbaycan Milli QHT Forumu bəyanat yayıb

Türkiyədə dəhşətli yol qəzası: 11 nəfər ölüb, 27 nəfər yaralanıb

Qəbələ-Xankəndi III Beynəlxalq Ultramarafonunun qalibləri mükafatlandırılıb

Tovuzda qadın dəm qazından boğularaq ölüb

Müdafiə Nazirliyi həftəlik icmalı təqdim edib VİDEO

Müdafiə Nazirliyi həftəlik icmalı təqdim edib VİDEO

EYBA-nın payız konfransının iştirakçıları Ali Məhkəmədə olublar

Türk dünyası gənclərinin görüşündə 11 maddəlik yekun bəyannamə qəbul olunub VİDEO

Türk dünyası gənclərinin görüşündə 11 maddəlik yekun bəyannamə qəbul olunub VİDEO

Azərbaycanda sabaha gözlənilən hava proqnozu açıqlanıb

Nühavn – Kopenhagenin rəngarəng ürəyi - REPORTAJ VİDEO

Nühavn – Kopenhagenin rəngarəng ürəyi - REPORTAJ VİDEO

FHN Salyanda növbəti xilasetmə təlimi keçirib VİDEO

FHN Salyanda növbəti xilasetmə təlimi keçirib VİDEO

Beynəlxalq Ultramarafonun qalibi: Hər şey ideal təşkil olunmuşdu VİDEO

Beynəlxalq Ultramarafonun qalibi: Hər şey ideal təşkil olunmuşdu VİDEO

Bu saata olan əsas xəbərlər

Vətən müharibəsinin xronikası: 11 oktyabr

Qəbələ-Xankəndi III Beynəlxalq Ultramarafonunun qalibi bəlli olub VİDEO

Qəbələ-Xankəndi III Beynəlxalq Ultramarafonunun qalibi bəlli olub VİDEO

Fərid Qayıbov: III Beynəlxalq Xankəndi Ultramarafonunda iştirakçıların sayı kifayət qədər artıb VİDEO

Fərid Qayıbov: III Beynəlxalq Xankəndi Ultramarafonunda iştirakçıların sayı kifayət qədər artıb VİDEO

Süni intellektdən möhtəşəm abidələrə: Qazaxıstan paytaxtından REPORTAJ VİDEO

Süni intellektdən möhtəşəm abidələrə: Qazaxıstan paytaxtından REPORTAJ VİDEO

Azərbaycan Ankarada 4-cü Dünya Mədəniyyətləri Festivalında geniş təmsil olunub VİDEO

Azərbaycan Ankarada 4-cü Dünya Mədəniyyətləri Festivalında geniş təmsil olunub VİDEO

Gəncə terrorunun şahidləri: Altı il keçsə də, həmin gecənin ağrısı unudulmayıb

Bu gün Beynəlxalq Qız Uşaqları Günüdür

“Kür” bu gün APOEL klubu ilə cavab oyununa çıxacaq

Üçüncü Beynəlxalq Xankəndi Ultramarafonunda sonuncu mərhələyə Ağdamda start verilib

Azərbaycan Premyer Liqasında VII tura 2 oyunla yekun vurulur

Honkonqda meymunçiçəyinə yeni yoluxma halları aşkarlanıb

Azərbaycan cüdo yığması dünya çempionatının qarışıq komanda yarışında Avstriya ilə qarşılaşacaq

BMT-nin Baş katibi Ər-Riyad hava limanına hücumu pisləyib

“İnter Mayami” Messi və Suaresin dubl etdiyi matçda böyükhesablı qələbə qazanıb

ABŞ ordusu Oman körfəzində ticarət gəmisini vurub

Türk dövlətlərinin iştirakı ilə ənənəvi futbol yarışı təşkil olunacaq

Ərəb koalisiyası Ər-Riyad aeroportuna hücumda husiləri günahlandırıb

Ər-Riyadda hava limanına raket hücumu nəticəsində 12 nəfər həlak olub

Hörmüz boğazında tankerə hücum edilib

Mourinyo “Vilyarreal”la oyundan sonra mətbuat konfransını boykot edib

Tramp: ABŞ-yə Kanadanın xokkey çubuqları və maskaları lazım deyil

Makronun populyarlıq reytinqi rekord səviyyədə aşağı düşüb

Yer kürəsində son 3 ayın ən güclü maqnit qasırğası baş verib

Almaniyada gənc siyasətçi qalmaqallı xəritə paylaşımından sonra istefa verib

ABŞ-də “İsayas” qasırğası nəticəsində ölənlərin sayı artıb

Beynəlxalq Cüdo Federasiyasının bayrağı dünya çempionatının növbəti ev sahibinə təhvil verilib

Argentina səfiri: Azərbaycanla bizi birləşdirən ortaq mədəni cəhətlər var

Bakıda beynəlxalq tanqo marafonu davam edir

Premyer Liqa: “Sumqayıt” komandası mövsümdə ilk qələbəsini qazanıb

Tramp: Zelenskiyə dedik ki, Rusiyanın neft emalı zavodlarını vurma

Azərbaycan Basketbol Liqası: “Neftçi” “Ordu”nu məğlub edib

Azərbaycanlı professorun kitabı ABŞ-də təqdim olunacaq

Uşanqi Kokauri: Finalda taktiki cəhətdən səhvə yol verdim VİDEO

Uşanqi Kokauri: Finalda taktiki cəhətdən səhvə yol verdim VİDEO

Xəzərin dayazlaşması köçəri quşların məskunlaşmasına ciddi təsir göstərir

Baş nazir: Gürcüstanda yanacağın qiymətinin artımı dünyada baş verən proseslərlə əlaqədardır

Bu saata olan əsas xəbərlər

Azərbaycan cüdoçuları dünya çempionatında fərdi yarışları 7 medalla bitiriblər

Bürünc medal qazanan Azərbaycan cüdoçusu: Üçüncü yer uğrunda görüşə tam hazır deyildim VİDEO

Bürünc medal qazanan Azərbaycan cüdoçusu: Üçüncü yer uğrunda görüşə tam hazır deyildim VİDEO

Ankara Universitetinin rektoru TAU-da olub

Çin Avropaya hibrid avtomobillərin ixracını azaltmaqla bağlı Aİ ilə razılığa gəlib

Fuad Yanqildin: Hədəf həmişə yüksəkdir

Mədinə Musayeva: Sabahkı oyunda da eyni performansı göstərə biləcəyik

2027-ci il üçün Tbilisi Dövlət Peşəkar Azərbaycan Dram Teatrına ayrılan maliyyə vəsaiti artırılır

Avropa Kuboku: “Kür” ilk oyunda rəqibini məğlub edib VİDEO

Avropa Kuboku: “Kür” ilk oyunda rəqibini məğlub edib VİDEO

Uşanqi Kokauri dünya çempionatında gümüş medal qazanıb

Dünya çempionatı: Azərbaycan cüdoçusu bürünc medal qazanıb

“GastroFest 2026” festivalı yekunlaşıb

Macarıstan və Türkiyə diplomatik əməkdaşlığı genişləndirir

EYBA-nın payız konfransının iştirakçıları ADA Universitetində olub, təşkilatın Ümumi Yığıncağı keçirilib

Macarıstanın “Nepszabadsag” qəzeti on ildən sonra yenidən fəaliyyətə başlayıb

Rusiya bir sıra gürcü istehsalçılarının spirtli və qazlı içkilərinin idxalına və satışına qadağa qoyub

Ancela Kavni: Minatəmizləyənlərin cəsarətinə heyran qaldım VİDEO

Ancela Kavni: Minatəmizləyənlərin cəsarətinə heyran qaldım VİDEO

Azərbaycan cüdo nümayəndələrinə 6-cı və 7-ci dan dərəcələri üzrə sertifikatlar təqdim edilib

Rəşad Aslanov: Türk dünyası gənclərinin əməkdaşlığı böyük əhəmiyyət daşıyır

Kiyevə atılan ballistik raketlər zamanı Azərbaycan restoranı dağılıb FOTOLAR

Rektor: Türkiyə-Azərbaycan Universiteti iki qardaş ölkə arasında əlaqələrin təhsil sahəsindəki təzahürüdür

Azərbaycan Basketbol Liqasında daha bir oyun keçirilib

Ukraynanın Zaporojye vilayətində hava hücumu nəticəsində ölənlərin sayı 17 nəfərə çatıb YENİLƏNİB VİDEO

Ukraynanın Zaporojye vilayətində hava hücumu nəticəsində ölənlərin sayı 17 nəfərə çatıb YENİLƏNİB VİDEO

Çinin kənd təsərrüfatı üzrə yüksək texnologiyalar şirkətləri ilə əməkdaşlıq imkanları müzakirə edilib

Qazaxda ilk dəfə “Grace of Nature” bədii gimnastika turniri təşkil edilib

Professor Aida İmanquliyevanın elmi yaradıcılığına həsr olunmuş məqalə ərəb mediasında yayımlanıb

Beynəlxalq konfransın iştirakçıları Laçına səfər ediblər YENİLƏNİB VİDEO

Beynəlxalq konfransın iştirakçıları Laçına səfər ediblər YENİLƏNİB VİDEO

YAP-ın VIII Qurultayında Azərbaycan Prezidentinin nitqi və qarşıda duran vəzifələr – AMEA-da konfrans

Prezident İlham Əliyev və Rusiyanın Çeçenistan Respublikasının başçısı birgə nahar ediblər VİDEO

BDYPİ həftəsonu yollarda təhlükəsizliklə bağlı sürücülərə müraciət edib

Avropa Ağırlıqqaldırma Federasiyasının prezidenti Bakıya gəlib