ŞƏHİD AİLƏLƏRİ VƏ QARABAĞ MÜHARİBƏSİ ƏLİLLƏRİ ÜÇÜN YAŞAYIŞ BİNASI TİKİLİR
İmişlidə regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramına uyğun olaraq, şəhid ailələri və Qarabağ müharibəsi əlilləri üçün on altı mənzilli yaşayış binası tikilir. Podratçı təşkilat “Orion” MMC qısa müddətdə 40 min manatlıqdan artıq iş görmüşdür. İnşaat sahəsində 30 nəfərə yaxın adam çalışır.
İcra hakimiyyətindən AZƏRTAC-ın müxbirinə bildirmişlər ki, yeni mənzillər ilin sonunadək sahiblərinə təhvil veriləcəkdir.
Bundan əlavə, oktyabrda Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin sifarişi ilə rayonda eyni kateqoriyadan olan əhali qrupu üçün on altı mənzilli daha bir yaşayış binasının tikintisinə başlamaq nəzərdə tutulur.