Azərbaycan Dövlət İnformasiya Agentliyi

SƏHİYYƏ NAZİRİ OQTAY ŞİRƏLİYEVİN ÇIXIŞI

- Möhtərəm cənab Prezident!

Hörmətli müşavirə iştirakçıları!

Respublikanın bütün regionlarında olduğu kimi, Bakı şəhərində də quruculuq, təmir və abadlıq işlərinin aparılması ilə yanaşı, yaşayış məntəqələrinin ekoloji vəziyyətində, o cümlədən su təchizatında, kanalizasiya sistemlərində, çimərliklərin sanitariya vəziyyətində bir sıra nöqsan və çatışmazlıqlar mövcuddur.

Hələ keçən əsrin 70-80-ci illərində ümummilli liderimiz Heydər Əliyevin gərgin səyi nəticəsində ümumi dəyəri 400 milyon manat təşkil edən Bakının böyük kanalizasiyasının tikintisi layihələndirilmiş və inşasına başlanılmışdı. Lakin sonrakı illərdə bu iş başa çatdırılmamışdır. Hazırda Bakı şəhərinin yalnız 78 faizi mərkəzləşdirilmiş kanalizasiya sisteminə qoşulmuşdur. Çirkab sularının ümumi həcminin 27 faizi təmizlənmədən Xəzər dənizinə axıdılır.

Hazırda fəaliyyətdə olan Hövsan aerasiya stansiyasına daxil olan çirkab sularının mexaniki və bioloji təmizlənməsi tam təmin edilmir. İndiyədək çirkab suları qəza xətti ilə dənizə axıdılır. Bununla yanaşı, şəhərin bir sıra yaşayış məntəqələrinin çirkab suları da təmizlənmədən birbaşa dənizə axıdılır. Belə ki, Badamdar, Bibiheybət qəsəbələrinin və 20-ci sahə yaşayış məntəqəsinin təsərrüfat-məişət çirkab suları bilavasitə əhalinin kütləvi istirahət yeri olan Şıx çimərliyinin yaxınlığında dənizə buraxılır.

Qobustan qəsəbəsinin çoxmərtəbəli binalarının, Xətai rayonunda Zığ yolu boyunca Əbilov və Naximov qəsəbələri ərazilərində tikilən fərdi yaşayış evlərinin çirkab suları isə dənizkənarı sahəyə, oradan da dənizə axıdılır.

Əzizbəyov rayonunun Pirallahı qəsəbəsi üçün nəzərdə tutulmuş kanalizasiya təmizləyici qurğuları səmərəli işləmədiyindən, çirkab suları təmizlənmədən bilavasitə dənizə buraxılır. “Zeytun” sovxozu adlanan ərazidə tikilən yaşayış evlərinin çirkab suları yaxınlıqdakı boş əraziyə axıdılaraq, burada çirkab gölməçəsi yaratmışdır.

Bəzi hallarda kanalizasiya sistemləri olmadığına görə, çirkab suları ətraf göllərə axıdılır. Belə ki, Xocasən qəsəbəsinin şəxsi evlərindən xaric olan çirkab suları Xocasən gölünə, Binəqədi, Rəsulzadə qəsəbələrinin, Baksol yaşayış sahəsindən, o cümlədən 60-a qədər fərdi donuzçuluq təsərrüfatından çirkab suları Böyükşor gölünə, Suraxanı rayonunun Bülbülə və Əmircan qəsəbələrinin çirkab sularının əsas hissəsi Bülbülə gölünə buraxılır.

Yasamal rayonunun 1-ci Alatava massivində tikilmiş fərdi evlərin çirkab və lay suları köhnə daş karxanasının yerində yaranmış süni gölə axıdılır. Belə faktlar başqa yaşayış məntəqələrində də mövcuddur.

Respublikanın ikinci iri sənaye şəhəri olan Sumqayıtda da çirkab sularının tam təmizlənib zərərsizləşdirilməsi təmin edilmir. Belə ki, “Üzvisintez” zavodunun nəzdində olan təmizləyici qurğuların layihə gücü sutkada 182 000 kubmetr olduğu halda, şəhər ərazisindən çıxan çirkab sularının həcmi sutkada 252 000 kubmetr təşkil edir və nəticədə 70 000 kubmetr çirkab suları təmizlənmədən 9 nöqtədən Xəzər dənizinə axıdılır.

Hazırda fərdi evlərin tikintisi geniş vüsət almışdır. Lakin bunların tikintisi üçün müvafiq kommunikasiyaları olmayan ərazilər ayrılır. Məsələn, Saray qəsəbəsində fərdi tikintilər üçün nəzərdə tutulmuş ərazinin kanalizasiya sisteminin layihə-smeta sənədlərinin hələ 1999-cu ildə razılaşdırılmasına baxmayaraq, indiyədək onun tikintisinə başlanmamışdır. Ceyranbatan su hövzəsinin yaxınlığında fərdi tikililərin yerləşməsini nəzərə alaraq, yağış sularının kanalizasiya-drenaj sisteminin layihəsinin hazırlanması barədə Səhiyyə Nazirliyinin təklifi bu günə kimi həll olunmamışdır.

Son illərdə Bakı şəhərində çoxmərtəbəli binaların inşası zamanı mövcud tikinti norma və qaydalarının, eləcə də gigiyena normativlərinin tələblərinin kobud surətdə pozulması faktlarını da qeyd etmək vacibdir. Belə ki, yeni tikintilər çox hallarda şəhərin mərkəzi hissəsində, əhalinin daha sıx məskunlaşdığı yerlərdə aparılır və ərazinin kiçik olması səbəbindən əhalinin sıxlığı həddən artıq çoxalır. Bu da insan sağlamlığı üçün zəruri olan bir çox gigiyenik normativləri gözləməyə imkan vermir.

Binaların bir-birinə, o cümlədən köhnə tikililərə yaxın tikilməsi, ilk növbədə, təbii hava axınının çətinləşməsinə və mikroiqlimin digər göstəricilərinin də pozulmasına gətirib çıxarır. Yeni layihələr üzrə tikilən evlərdə mənzillərin bir qismi dalan sistemi ilə yerləşdirildiyindən, mənzillərə havanın təbii axını olmur. Belə şəraitdə qısa müddətdə otaqlarda havanın həm fiziki və həm də kimyəvi göstəriciləri pisləşir. Bu, binalardakı mənzillərin təbii işığın düşməsində də ciddi çətinliklər yaradır və sakinləri düz düşən təbii günəş şüalarından məhrum edir.

Bununla yanaşı, binalara nəqliyyat vasitələrinin, xüsusilə təcili yardım, yanğınsöndürmə maşınlarının və digər xidmət nəqliyyatının yaxınlaşması məsələsi də çox problem yaradır.

Bütün bunları nəzərə alaraq, respublika sanitariya-epidemioloji orqanları tərəfindən obyektlərin tikintisinin layihələşdirilməsi dövründə ətraf mühitin mühafizəsi tədbirlərinin yerinə yetirilməsi üzərində nəzarət gücləndirilmişdir. Belə ki, 2005-ci ilin axırlarında və 2006-cı ilin ötən dövrü ərzində ətraf mühitin mühafizəsi üzrə tədbirlərin lazımi səviyyədə nəzərə alınmaması səbəbindən, bir sıra obyektlərin layihələrinə mənfi rəylər verilmişdir. O cümlədən, Balaxanı qəsəbəsində beton zavodunun tikintisinə, Qaradağ rayonunda gips istehsalı, Səngəçal qəsəbəsində modul tipli elektrik stansiyasının tikintisi və s. Sanitariya norma və qaydalarına cavab vermədiyi üçün Bakı şəhərində 17 yaşayış evinin tikintisinə icazə verilməmişdir.

Bundan əlavə, dövlət sanitariya nəzarəti orqanları ilə razılaşdırılmadan qəbiristanlıqdan 5-10 metr aralıda (Şərifzadə küçəsində) aparılan tikintinin, Nizami rayonunda məktəbin sanitariya mühafizə zonası gözlənilmədiyinə görə, tikintinin dayandırılması barədə qərar çıxarılmış və Bakı Şəhəri İcra Hakimiyyətinə göndərilmişdir. Təkcə 2005-ci ilin axırlarında və 2006-cı ildə yaşayış məntəqələrinin sanitariya təmizliyinə görə, ərazidə torpağın mühafizəsi qaydalarının pozulmasına görə, su təchizatında, kanalizasiya sistemlərində nöqsanlara görə 147 nəfər vəzifəli şəxs cərimələnmişdir.

Digər problem Abşeron yarımadası və Xəzərsahili çimərliklərdir. Onların sanitariya-mühafizə zonalarına çirkab sularının axıdılması, dəniz suyunun bakterioloji çirklənməsi müxtəlif xəstəliklərin əmələ gəlməsinə şərait yaradır. Şıx, Novxanı, Buzovna çimərliklərinin və Şüvəlan-Mərdəkan sahələrinin suyunun mikrobioloji göstəricilərinin normadan 20 dəfə yüksək olması səbəbindən, həmin ərazilərdən çimərlik kimi istifadə olunması dövlət sanitariya-epidemioloji nəzarəti orqanları tərəfindən qadağan edilmişdir. Lakin qərarın çıxarılmasından bir aydan yuxarı vaxt keçməsinə baxmayaraq, indiyədək çimərlik rəhbərləri tərəfindən onun icrası təmin olunmur. Ona görə hazırda biz Azərbaycan Respublikası Ali Məhkəməsinə müraciət etmişik.

Möhtərəm cənab Prezident!

Yuxarıda sadalanan ekoloji problemlər və digərləri Sizin nəzərinizdədir. Belə ki, Bakı şəhəri qəsəbələrinin 2006-2007-ci illər üzrə sosial-iqtisadi inkişafının sürətləndirilməsinə dair qəbul olunmuş Proqramda su və kanalizasiya sistemlərinin təmiri, tikintisi üçün 30 milyon manat məbləğində vəsait ayrılmışdır ki, bunun da 23 milyon manatı kanalizasiya xətlərinin bərpasına sərf olunacaqdır.

Daha bir vacib qərar Fövqəladə Hallar Nazirliyi nəzdində Tikintidə Təhlükəsizlik İşləri üzrə Agentliyin yaradılmasıdır. Bu da tikintidə baş verə biləcək, o cümlədən tikinti üçün torpaq sahələrinin ayrılması, tikintidə istifadə olunacaq inşaat materiallarının keyfiyyəti, sanitariya-mühafizə zonalarının gözlənilməsi, lazımi yolların çəkilməsi sahəsində olan nöqsan və çatışmazlıqların qabaqcadan qarşısının alınmasına imkan verəcəkdir.

Əminik ki, görüləcək bütün bu tədbirlər Bakı şəhəri əhalisinin, xüsusən gələcək nəslin sağlam ekoloji mühitdə yaşamasını təmin edəcəkdir.

Diqqətinizə görə minnətdaram.

X X X

İLHAM ƏLİYEV: İndi ekoloji vəziyyətin insanların səhhətinə təsiri haqqında dünyada kifayət qədər məlumatlar var, kitablar var, dissertasiyalar müdafiə olunubdur. Azərbaycanda da gərək bu təhlil daha da dəqiq aparılsın. Ekoloji vəziyyətin insanların sağlamlığına olan təsiri və onun nəticələri haqqında geniş təhlil işləri aparılmalıdır. Biz bunu onsuz da bilirik. Bu həqiqətdir ki, ekoloji vəziyyət bərbad olanda, əlbəttə, insanların sağlamlığına mənfi təsir göstərir. Amma bunu da tam dəqiqliklə bilməliyik ki, hansı xəstəliklərə gətirib çıxarır? Azərbaycanda bu təsir nə dərəcədə yüksəkdir, insanların sağlamlığına nə dərəcədə təsir göstərir? Yəni biz buna kompleks şəkildə baxmalıyıq.

Bütövlükdə, ekoloji tədbirlərin görülməsinin də əsas məqsədi insanlarımızın sağlamlığını qorumaqdır. Əlbəttə ki, təmiz dəniz, təmiz torpaq, meşələr, təbiət, bu, dünyanın gələcəyinə lazımdır, bəşəriyyətin inkişafına lazımdır. Eyni zamanda, bizim üçün əsas məqsəd insanlarımızın sağlamlığıdır. Ekologiyanın bərbad vəziyyətdə olması, ilk növbədə, insanlarımızın sağlamlığına mənfi təsir göstərir, Azərbaycan millətinin genefonduna böyük zərbə vurur. Ona görə də mən istəyirəm ki, bu məsələlərə kompleks şəkildə yanaşaq.

Ekoloji vəziyyətin yaxşılaşması, insanların sağlamlığının təmin olunması, havanın təmizlənməsi, Bakının içməli su ilə təmin edilməsi, Şimal dağlarından çəkiləcək su kəməri - hamısının məqsədi məhz bundan ibarətdir. Eyni zamanda, bəlkə ekoloji məsələlərə bilavasitə bunun aidiyyəti yoxdur, ancaq mənə verilən məlumata görə, Azərbaycanda istehsal olunan məhsulların da bəzi hallarda tərkibi standartlara o qədər də uyğun gəlmir. Harada ki, ekoloji normalar pozulur, standartlar pozulur, orada çox ciddi sanksiyalar tətbiq olunmalıdır. Mən hesab edirəm ki, cərimələr burada çox böyük təsir göstərməz. Çünki iri şirkətlər var, onların böyük gəlirləri var. İndi Hüseynqulu Bağırov dedi, o cərimələrdən cəmi nə qədər pul yığılıbdır, köhnə pulla 650 milyon manat.

HÜSEYNQULU BAĞIROV: 2001-ci ildə 650 milyon, 2005-ci ildə 5 milyard manata yaxın.

İLHAM ƏLİYEV: 5 milyard, yəni yeni pulla 1 milyon manat. Ancaq bəzi şirkətlər üçün 1 milyon da artıq o qədər də böyük cərimə deyildir. Ona görə, ciddi sanksiyalar tətbiq olunmalıdır. O şirkətlər bağlanmalıdır, o istehsalatlar bağlanmalıdır. Buna həm Səhiyyə Nazirliyi, həm Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Agentliyi, Ekologiya və Təbii Sərvətlər Nazirliyi, bütün digər aidiyyəti qurumlar baxmalıdılar. Çünki bizim üçün əsas vəzifə insanlarımızın sağlam olmasıdır, gənc nəslin, uşaqların sağlamlığıdır.

Mən yenə də deyirəm, bizim iqtisadi göstəricilərimiz çox yaxşıdır, iqtisadi imkanlarımız artır. Ancaq bu tərəfdən insanlarımızın sağlamlığı zərbə altındadır, ekoloji vəziyyət bərbad, sanitariya normalarına riayət olunmur, kanalizasiya suları təmizlənmədən dənizə axıdılır. Neft Şirkəti bütün torpaqları çirkləndirir.

Neft Şirkətini biz son zamanlar tərifləmişik və böyük uğurları var. Amma bu gün tənqid etməliyik. Çünki uzun illərdir bu məsələyə heç bir əhəmiyyət verilmirdi, heç bir vəsait qoyulmurdu. Düzdür, vaxt var idi maddi imkanlarımız yox idi, indi bu imkanlar var. İndi neft şirkətinin özünün imkanları var, başqa şirkətlərin imkanları var, “Azərikimya”nın imkanları var. Bu sahəyə diqqət göstərilməlidir. Bu, bizim gələcəyimizdir, millətimizin sağlamlığı bir nömrəli məqsəddir.

İndi Bibiheybət neft yatağından söhbət düşdü. Mən bu yaxınlarda dağa çıxmışdım, oradan aşağı baxırdım. Bu, demək olar ki, ekoloji fəlakətdir. Özü də buradan, mərkəzdən beş dəqiqəlik yoldur. Təcili olaraq vəziyyətin aradan qaldırılması üçün işlər görülməlidir və mən Neft Şirkətinə artıq göstəriş verdim. Mənə deyirlər iki ilə, iki il çoxdur. Qısa müddət ərzində ora tamamilə təmizlənməlidir. Belə sahələr çoxdur və buna çox böyük diqqətlə yanaşmalıyıq.

Bir də demək istəyirəm, mən hesab edirəm, bugünkü müşavirənin nəticələri məhz bundan ibarət olacaq ki, bütün bu məsələlərə kompleks şəklində baxaq və lazımi qərarlarımızı verək.

X X X

Bakı Şəhəri İcra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbova söz verildi.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Bakıda beynəlxalq tanqo marafonu davam edir

Premyer Liqa: “Sumqayıt” komandası mövsümdə ilk qələbəsini qazanıb

Tramp: Zelenskiyə dedik ki, Rusiyanın neft emalı zavodlarını vurma

Azərbaycan Basketbol Liqası: “Neftçi” “Ordu”nu məğlub edib

Azərbaycanlı professorun kitabı ABŞ-də təqdim olunacaq

Uşanqi Kokauri: Finalda taktiki cəhətdən səhvə yol verdim VİDEO

Uşanqi Kokauri: Finalda taktiki cəhətdən səhvə yol verdim VİDEO

Xəzərin dayazlaşması köçəri quşların məskunlaşmasına ciddi təsir göstərir

Baş nazir: Gürcüstanda yanacağın qiymətinin artımı dünyada baş verən proseslərlə əlaqədardır

Bu saata olan əsas xəbərlər

Azərbaycan cüdoçuları dünya çempionatında fərdi yarışları 7 medalla bitiriblər

Bürünc medal qazanan Azərbaycan cüdoçusu: Üçüncü yer uğrunda görüşə tam hazır deyildim VİDEO

Bürünc medal qazanan Azərbaycan cüdoçusu: Üçüncü yer uğrunda görüşə tam hazır deyildim VİDEO

Ankara Universitetinin rektoru TAU-da olub

Çin Avropaya hibrid avtomobillərin ixracını azaltmaqla bağlı Aİ ilə razılığa gəlib

Fuad Yanqildin: Hədəf həmişə yüksəkdir

Mədinə Musayeva: Sabahkı oyunda da eyni performansı göstərə biləcəyik

2027-ci il üçün Tbilisi Dövlət Peşəkar Azərbaycan Dram Teatrına ayrılan maliyyə vəsaiti artırılır

Avropa Kuboku: “Kür” ilk oyunda rəqibini məğlub edib VİDEO

Avropa Kuboku: “Kür” ilk oyunda rəqibini məğlub edib VİDEO

Uşanqi Kokauri dünya çempionatında gümüş medal qazanıb

Dünya çempionatı: Azərbaycan cüdoçusu bürünc medal qazanıb

“GastroFest 2026” festivalı yekunlaşıb

Macarıstan və Türkiyə diplomatik əməkdaşlığı genişləndirir

EYBA-nın payız konfransının iştirakçıları ADA Universitetində olub, təşkilatın Ümumi Yığıncağı keçirilib

Macarıstanın “Nepszabadsag” qəzeti on ildən sonra yenidən fəaliyyətə başlayıb

Rusiya bir sıra gürcü istehsalçılarının spirtli və qazlı içkilərinin idxalına və satışına qadağa qoyub

Ancela Kavni: Minatəmizləyənlərin cəsarətinə heyran qaldım VİDEO

Ancela Kavni: Minatəmizləyənlərin cəsarətinə heyran qaldım VİDEO

Azərbaycan cüdo nümayəndələrinə 6-cı və 7-ci dan dərəcələri üzrə sertifikatlar təqdim edilib

Rəşad Aslanov: Türk dünyası gənclərinin əməkdaşlığı böyük əhəmiyyət daşıyır

Kiyevə atılan ballistik raketlər zamanı Azərbaycan restoranı dağılıb FOTOLAR

Rektor: Türkiyə-Azərbaycan Universiteti iki qardaş ölkə arasında əlaqələrin təhsil sahəsindəki təzahürüdür

Azərbaycan Basketbol Liqasında daha bir oyun keçirilib

Ukraynanın Zaporojye vilayətində hava hücumu nəticəsində ölənlərin sayı 17 nəfərə çatıb YENİLƏNİB VİDEO

Ukraynanın Zaporojye vilayətində hava hücumu nəticəsində ölənlərin sayı 17 nəfərə çatıb YENİLƏNİB VİDEO

Çinin kənd təsərrüfatı üzrə yüksək texnologiyalar şirkətləri ilə əməkdaşlıq imkanları müzakirə edilib

Qazaxda ilk dəfə “Grace of Nature” bədii gimnastika turniri təşkil edilib

Professor Aida İmanquliyevanın elmi yaradıcılığına həsr olunmuş məqalə ərəb mediasında yayımlanıb

Beynəlxalq konfransın iştirakçıları Laçına səfər ediblər YENİLƏNİB

YAP-ın VIII Qurultayında Azərbaycan Prezidentinin nitqi və qarşıda duran vəzifələr – AMEA-da konfrans

Prezident İlham Əliyev və Rusiyanın Çeçenistan Respublikasının başçısı birgə nahar ediblər VİDEO

BDYPİ həftəsonu yollarda təhlükəsizliklə bağlı sürücülərə müraciət edib

Avropa Ağırlıqqaldırma Federasiyasının prezidenti Bakıya gəlib

Prezident İlham Əliyev Rusiyanın Çeçenistan Respublikasının başçısını qəbul edib YENİLƏNİB VİDEO

Prezident İlham Əliyev və Rusiyanın Çeçenistan Respublikasının başçısı “Bakı Ağ Şəhər”də olublar VİDEO

Səfir: İndoneziya şirkətlərinin Qarabağın bərpasında iştirakı əməkdaşlığımızın mühüm istiqamətlərindəndir

Ramzan Kadırov Bakı-Qroznı təyyarəsinin qəzası ilə əlaqədar bir daha başsağlığı verib VİDEO

Ramzan Kadırov Bakı-Qroznı təyyarəsinin qəzası ilə əlaqədar bir daha başsağlığı verib VİDEO

Torpaqdan yoğurulan sənət: Naxçıvanda təndirqoyma ənənəsi yaşadılır –  REPORTAJ  VİDEO

Torpaqdan yoğurulan sənət: Naxçıvanda təndirqoyma ənənəsi yaşadılır – REPORTAJ VİDEO

İradə Axundova: Son 10 ildə Azərbaycanda vərəmdən ölüm göstəricisi üç dəfədən çox azalıb

“Gözəl və Bədheybət” tamaşası yenilənmiş səhnə tərtibatı ilə yenidən təqdim olunub

Soltan Məmmədov: Azərbaycanın Mərkəzi Asiya ilə strateji tərəfdaşlığı yeni inkişaf mərhələsinə qədəm qoyur

Dünyada dizel yanacağı ucuzlaşacaq

Türkiyəli nazir 15-18 yaşarası yeniyetmələrin sosial media hesablarının bağlanacağını bildirib

Dünya çempionatı: Azərbaycan cüdoçusu finala yüksəlib

Baş direktor: Tənəffüs sistemi xəstəliklərinin qarşısının alınması müxtəlif ixtisaslar arasında sıx əməkdaşlıq tələb edir

Maks Ferstappen Sinqapur Qran-Prisində sprint yarışının qalibi olub

Dünya səyyahları Cəbrayılda minaların zərərsizləşdirilməsi prosesini izləyiblər VİDEO

Dünya səyyahları Cəbrayılda minaların zərərsizləşdirilməsi prosesini izləyiblər VİDEO

III Beynəlxalq Xankəndi Ultramarafonunda üçüncü mərhələyə yekun vurulub

Kürşad Zorlu: Türk dünyası gənclərinin əməkdaşlığı genişləndiriləcək VİDEO

Kürşad Zorlu: Türk dünyası gənclərinin əməkdaşlığı genişləndiriləcək VİDEO

Şərqşünaslıq İnstitutunda Aida İmanquliyevanın elmi irsindən danışılıb

Bakıda ağciyər sağlamlığının qorunması istiqamətində müzakirələr aparılıb VİDEO

Bakıda ağciyər sağlamlığının qorunması istiqamətində müzakirələr aparılıb VİDEO

Prezidentin Mətbuat Xidmətinin məlumatı

Gəncə teatrında müharibənin insan taleyinə təsiri səhnələşdirilib

TƏBİB: Azad edilmiş ərazilərdə tibbi xidmətlərin müasir yanaşmalar əsasında qurulması istiqamətində işlər görülür

Belarus Üzgüçülük Federasiyasının sədri: Bakıdakı konqres yüksək səviyyədə təşkil olunub

Antoniu Silva: Bakı su idman növlərinin xəritəsində öz yerini tutur

Azərbaycanda sabaha gözlənilən hava proqnozu açıqlanıb

Səyyah: Azad olunmuş ərazilərdə görülən bərpa-quruculuq işləri heyranedicidir VİDEO

Səyyah: Azad olunmuş ərazilərdə görülən bərpa-quruculuq işləri heyranedicidir VİDEO

Naxçıvanda Ərzurum Şəhər Teatrının “Madmazelin pişiyi” tamaşası nümayiş olunub

Fisincana at nalı atdı! Timur Pivkinlə “Yeməyə dəyər” VİDEO

Fisincana at nalı atdı! Timur Pivkinlə “Yeməyə dəyər” VİDEO

Çarlz Veley: Azərbaycan tərəfindən görülən bu işlər mənim üçün böyük irəliləyiş deməkdir VİDEO

Çarlz Veley: Azərbaycan tərəfindən görülən bu işlər mənim üçün böyük irəliləyiş deməkdir VİDEO

Kürşad Zorlu: Türkiyə-Azərbaycan qardaşlığı ortaq tarix, sarsılmaz birlik və vahid gələcək deməkdir

Səfir: İndoneziya və Azərbaycan arasında beş əməkdaşlıq layihəsi mövcuddur

Dünyada təxminən 1 milyard insan psixi pozuntulardan əziyyət çəkir

Bu saata olan əsas xəbərlər

Vətən müharibəsinin xronikası: 10 oktyabr

Meksikada “Azərbaycan: Təbiətin palitrası” adlı sərgi açılıb

Dünyada hər səkkiz quş növündən biri nəsli kəsilmək təhlükəsi ilə üz-üzədir

Azərbaycanın 5 boksçusu Avropa çempionatının finalına yüksəlib

Rostov vilayətinə dron hücumu nəticəsində altı nəfər yaralanıb və iki gəmiyə ziyan dəyib

Türkiyə Üzgüçülük Federasiyasının prezidenti: Azərbaycan Avropa Su İdmanı Federasiyasının Konqresinə çox ciddi çalışıb

Türkiyənin "Oruç Rəis" gəmisi Şimali Kiprə çəkilən qaz kəməri marşrutunun seysmik tədqiqatını aparacaq

Dünya səyyahları Horadiz-Ağbənd avtomobil və dəmir yolunda görülən işlərlə tanış olub VİDEO

Dünya səyyahları Horadiz-Ağbənd avtomobil və dəmir yolunda görülən işlərlə tanış olub VİDEO

Azərbaycanda Pencak Silat İcmasının fəaliyyəti təsdiqlənib

Türkiyədə keçirilən 77-ci Beynəlxalq Astronavtika Konqresi başa çatıb

Deputat: Milli Məclisin payız sessiyasında vərəm xəstəliyinə həsr olunmuş dinləmə keçiriləcək

Azərbaycan nefti 130 dollardan baha satılır VİDEO

Azərbaycan nefti 130 dollardan baha satılır VİDEO

Nazir: Azərbaycan idmana böyük maraq göstərir

Üzgüçülük Federasiyasının baş katibi: Bu cür tədbirlərin Azərbaycanda keçirilməsi sevindiricidir

Milli Məclisin deputatları, bir sıra QHT rəhbərləri ABŞ Konqresinin Senator və Nümayəndələr Palatasının üzvlərinə müraciət ediblər

Bir sıra birinci instansiya məhkəmələri hakimlərinin təyin edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

“Azərbaycan Respublikası ilə Gürcüstan arasında dövlət sərhədinin delimitasiyası və demarkasiyası üzrə Dövlət Komissiyası haqqında” Azərbaycan Respublikası Prezidentinin 2002-ci il 30 iyun tarixli 966 nömrəli Sərəncamında dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 23 fevral tarixli 1256 nömrəli Fərmanı ilə təsdiq edilmiş “İnzibati xətalar haqqında işlərə baxmağa səlahiyyəti olan vəzifəli şəxslərin Siyahısı”nda dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Səhiyyə Nazirliyi: Azərbaycanda qeyri-infeksion xəstəliklərin göstəricisi və ümumi xəstəlik yükü artmaqdadır

Dünya birjalarında neftin qiyməti artıb VİDEO

Dünya birjalarında neftin qiyməti artıb VİDEO

Psixi sağlamlıq və insan hüquqları: Ombudsmanın əsas çağırışları - MÜSAHİBƏ

Naxçıvanda ilk dəfə Gənclərin Süni İntellekt Forumu keçirilib

Lənkəranın bir sıra kəndlərinə dolu düşüb

Bu gün Azərbaycanda yanğınsöndürənlərin peşə bayramı qeyd olunur

Görkəmli şərqşünas-alim Aida İmanquliyevanın elmi irsində Azərbaycan-ərəb ədəbi əlaqələri

Azərbaycanın Mərkəzi Asiya Dövlətləri ilə yaxın münasibəti ikitərəfli əlaqələri daha da gücləndirir - ŞƏRH

Bu ay Hörmüz boğazı yaxınlığında 10-dan çox gəmiyə hücum edilib

Zenfira Şıxəlibəyli: Aida xanım bizdə elmi diskussiyalar aparmaq bacarığı formalaşdırırdı

Bu gün Mingəçevirdə həndbol üzrə Avropa Kubokunun oyunu keçiriləcək