SƏHİYYƏ NAZİRLİYİNİN KOLLEGİYASINDA TİBB MÜƏSSİSƏLƏRİNİN QIŞ MÖVSÜMÜNƏ HAZIRLIĞI MÜZAKİRƏ OLUNMUŞDUR
Nazir tibb müəssisələrinin rəhbərlərinə qış mövsümünə hazırlıqla əlaqədar problemlərlə daha məsuliyyətlə məşğul olmağı tapşırmışdır.
İclasda vətəndaşların şikayətləri ilə bağlı vəziyyət də müzakirə olunmuşdur. Son yarım ildə nazirliyə daxil olan 6500 şikayətdən təxminən 2 mini müalicədə, diaqnostikada yol verilən nöqsanlara aiddir. Nazir xəstəxanaların ərazilərində apteklərin fəaliyyət göstərməsinin yolverilməzliyini, poliklinikalarda aparılan dezinfeksiya işlərinə diqqətin artırılmasının vacibliyini vurğulamışdır. O.Şirəliyev onu da bildirmişdir ki, yoxlamalar zamanı əlavə qazanc məqsədi ilə xəstələri qəsdən özəl klinikalara göndərən dövlət tibb müəssisələrinin həkimləri ilə əlaqədar faktlar aşkara çıxarılmışdır və həmin həkimlər cəzalandırılacaqdır.