Şəhriyar Məmmədyarov Moskvada şahmat üzrə Qran-pri yarışlarının ikinci mərhələsində vitse-çempion olub
Bakı, 22 may, AZƏRTAC
Azərbaycan qrossmeysteri Şəhriyar Məmmədyarov Moskvada şahmat üzrə Qran-pri yarışlarının ikinci mərhələsində vitse-çempion olub.
AZƏRTAC xəbər verir ki, yarışın yekunlarına görə Şəhriyar 9 mümkün xaldan 5,5 xal toplayıb. Çin nümayəndəsi Din Lijen 6 xal toplayaraq turnirin qalibi olub.
Seriyanın Moskva mərhələsinin turnir cədvəlində 3-9-cu yerləri Maksim Vaşye-Laqrav (Fransa), İkaru Nakamura (ABŞ), Aniş Giri (Hollandiya), Pyotr Svidler, Aleksandr Qrişşuk (hər ikisi - Rusiya), Teymur Rəcəbov (Azərbaycan) və Hou İfan (Çin) bölüşdürüblər.
Seriyanın iki dövrəsinin yekunlarına görə (birinci dövrə fevral ayında Ərəb Əmrliklərinin Şarcə şəhərində keçirilib) qrossmeyster Şəhriyar Məmmədyarov 280 bal ilə liderdir. Din Lijen (240 bal) və Aleksandr Qrişşuk (211,4 bal) müvafiq sürətdə ikinci və üçüncü yerləri tutur.
Qrossmeysterlərin mübarizəsi Cenevrədə davam edəcək. Qran-prinin 3-cü mərhələsi iyulun 6-dan 15-dək bu şəhərdə keçiriləcək. Sonuncu turun bu il noyabrın 16-dan 25-dək Estoniyanın Palma-de-Mayorka şəhərində keçirilməsi nəzərdə tutulub. Seriyanın yekunlarına əsasən iki qalib müəyyən ediləcək. Onlar 2018-ci ildə iddiaçıların turnirində çıxış edəcək və hazırkı dünya çempionu Maqnus Karlsenlə qarşılaşma hüququ uğrunda mübarizə aparacaqlar.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 01.10.2026 [11:19]
Azərbaycan klubu amerikalı basketbolçunu heyətinə qatıb
- 01.10.2026 [10:56]
“Turan Tovuz” – “Fənərbağça” oyununa 20 mindən çox bilet satılıb
- 01.10.2026 [10:15]
Bakıda üzgüçülük üzrə Dünya Kuboku start götürüb
- 01.10.2026 [10:05]
Millətlər Liqası: Azərbaycan yığması Lixtenşteyni qəbul edir
- 30.09.2026 [23:21]
"Neftçi" basketbol komandası FIBA Avropa Kubokunun əsas mərhələsinə yüksəlib
- 30.09.2026 [22:04]
Azərbaycan Basketbol Liqası: "Sabah" mövsümə qələbə ilə başlayıb
- 30.09.2026 [19:53]
Ayxan Abbasov: Milli komandalar səviyyəsində zəif rəqib anlayışı qalmayıb
Texnologiyanın sərhədləri Bakıda: “ADEX-2026”
- 30.09.2026 [23:51]
"Neftçi" basketbol komandası FIBA Avropa Kubokunun əsas mərhələsinə yüksəlib
- 30.09.2026 [23:21]
Fransa şəkərli məhsullara yeni vergi tətbiq etməyi planlaşdırır
- 30.09.2026 [22:56]
Murad Hüseynov: Üzeyir Hacıbəyli Festivalı mədəni əlaqələri genişləndirir
- 30.09.2026 [22:28]
Fransa Böyük Britaniya ilə qeyri-qanuni miqrasiya sazişini dayandırır
- 30.09.2026 [22:11]
Azərbaycan Basketbol Liqası: "Sabah" mövsümə qələbə ilə başlayıb
- 30.09.2026 [22:04]
Mərkəzi Asiyanı Pakistan limanları ilə birləşdirəcək yeni layihə
- 30.09.2026 [21:55]