Şəkili sənətkarların yüz illərdir yaşatdığı əl işləri FOTO
Bakı, 26 avqust, AZƏRTAC
Qədim və zəngin tarixə, yüksək mədəniyyətə malik Şəki şəhəri tarixən sənətin və sənətkarlığın inkişaf etdiyi ərazilərdən biri olub. El sənətkarlarının misilsiz sənət ənənələrini davam etdirən şəkili sənətkarların fədakar əməyi sayəsində bu qədim şəhərdə zəngin tarixi-mədəni irs yaranıb.
Dəmirçilik, misgərlik, dulusçuluq, papaqçılıq, şəbəkə, ağac üzərində oyma, ipəkçilik və digər istehsal sahələri Şəki sənət məbədinin başlıca sütunlarını təşkil edib. Şəki sənətkarlarının yüzillər boyunca əldə etdikləri təcrübə nəsildən-nəslə keçməklə zəmanəmizədək gəlib çatıb.
Bu qədim diyar 2010-cu ildə “Azərbaycanın sənətkarlıq paytaxtı” seçilib. Həmçinin 2017-ci ildə UNESCO-nun “Yaradıcı şəhərlər şəbəkəsi” siyahısına, 2019-cu ildə isə Azərbaycanın “Xan Sarayı ilə birgə Şəkinin tarixi mərkəzi” adlı nominasiyası UNESKO-nun Ümumdünya İrs Siyahısına daxil edilib.
AZƏRTAC fotoqraf Roman İsmayılovun şəkili sənətkarların əl işləri olan xalq sənətkarlığı nümunələrindən hazırladığı fotoreportajı təqdim edir.